“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
32
Herman Hesse
Meşə adamı
Qədim dövrlərdə, hələ gənc insan nəslinin Yerdə məskunlaşmadığı çağlarda meşə
adamları var idi. Onlar vəhşi meşələrin ala-toranlığında qorxu ilə bir-birinə qısılaraq və
yaxın əcdadları olan meymunlarla düşmənçilik edərək yaşayırdılar. Onların məişəti
üzərində yalnız bir tanrı, bir qanun hökmranlıq edirdi: bu meşə idi. Meşə onların vətəni
və sığınacaq yeri, beşiyi, yuvası və qəbri idi. Meşə adamlarından heç biri meşədən
kənarda həyatı ağlının ucundan belə keçirmirdi. Onlar meşənin qurtaracağına
yaxınlaşmağa qorxurdular və taleyin hökmü ilə hansısa ovçu və ya qaçaq ora düşsəydi,
onlar geri qayıtdıqda qorxu içində meşənin kənarlarından başlayan ağ boşluq, qızmar,
ölümcül günəşin şüaları altında uzanan Heçlik haqqında danışardılar. Və meşə adamları
arasında nə vaxtsa, çox-çox illər əvvəl vəhşi heyvanlardan qaçaraq meşəni tərk edən və
elə həmin an kor olan bir qoca yaşayırdı. İndi o kahin və müqəddəs idi. Onu Mata Dalam
çağırırdılar, bu isə "üçüncü gözü ilə görən‖ deməkdir. O, meşənin müqəddəs nəğməsini
qoşmuşdu, bu nəğməni tufan yaxınlaşdıqda oxuyardılar və meşə adamları kahinə tabe
olardı. Onun öz gözləri ilə günəşi görüb sağ qalması kahinin şöhrətinin sirri idi.
Meşə adamları qısa boylu, qaraşın və tüklü idilər. Onlar əyilərək gəzir, ətrafa vəhşi
heyvanlar kimi ehtiyatla baxırdılar. Onlar insanlar kimi gəzməyi, meymunlar kimi
dırmaşmağı bacarırdılar və budaqların üzərində yaşamaq onlar üçün yerdə yaşamaq qədər
asan idi. O zamanlar onlar nə ev, nə də koma tikməyi bacarmırdılar, lakin silah və
müxtəlif alətlər, bəzəklər düzəltməyi bacarırdılar. Onlar möhkəm ağacdan yay və oxlar,
nizə və toppuzlar, ağac liflərindən olan ipə düzülmüş qoz və giləmeyvələrdən
boyunbağılar düzəldirdilər, onlar başlarında və boyunlarında qiymətli bəzək əşyaları –
qaban dişləri, pələng caynaqları, rəngarəng quş lələkləri daşıyırdılar. Ucu-bucağı
olmayan əsrlik meşənin ortasında gur suları olan nəhəng çay axırdı, lakin meşə adamları
yalnız qaranlıq gecələrdən onun sahilinə yaxınlaşmağa cəsarət edirdilər, bir çoxları isə
çayı ümumiyyətlə görməmişdi. Yalnız ən cəsurlar gecə vaxtı qorxu içərisində gizlənə-
gizlənə qalın meşədən sahilə yaxınlaşar və bu zaman solğun gecə işığında çayda fillərin
çimməsini görərdilər. Gözlərini sahilin üzərinə sallanan budaqlara qaldırdıqda çoxşaxəli
manqa ağaclarının cəngəlliyində parlayan ulduzlara qorxu ilə baxardılar. Onlar Günəşi
heç vaxt görmürdülər və suda onun əksini görməyi çox böyük təhlükə hesab edirdilər.
Kor Mata Dalamın başçılıq etdiyi həmin meşə adamları qəbiləsində Kubu adlı bir gənc
vardı. O, gənc və narazı olanların başçısı və müdafiəçisi idi. Narazılıqlar isə Mata Dalan
qocalmağa, onun hakimiyyətpərəstliyi isə artmağa başladıqdan sonra yaranmışdı
Bir vaxtlar onun digərləri qarşısında yalnız bir üstünlüyü vardı: o həmqəbilələrindən
yemək alır, onlar isə kahinin yanına məsləhət almaq üçün gəlir və onun meşə nəğməsini
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
33
oxuyurdular. Lakin zamanla, o, qəbilədə müxtəlif yeni və ağır adətlər qoymağa və bu
adətləri meşə tanrısının göndərdiyini deməyə başladı. Lakin bəzi hər şeydən şübhələnən
gənclər qocanın yalançı olduğunu və yalnız öz xeyrini güddüyünü deyirdilər.
Korun çıxardığı ən axırıncı adət yeni ay bayramı idi. Bu zaman o, insanların əhatəsində
oturur və üzərinə buğa dərisi çəkilmiş barabanını çalırdı. Qalan hər kəs "Qolo Ela‖
nəğməsini oxuyaraq yorğunluqdan yıxılana qədər dairədə rəqs etməli idilər. Və onda hər
kəs iti uclu tikanla sol qulağın sırğalığını deşməli idi. Gənc qızları isə kahinin yanına
gətirir və onların qulağını iti uclu tikanla o özü deşirdi.
Kubu və onun bir neçə həmyaşıdı bu adəti yerinə yetirməkdən yayınırdılar; onlar qızları
da kahinə müqavimət göstərmələri üçün dilə tutmaq istəyirdilər. Və günlərin bir günü
onlar üçün ümid yolu açıldı – onlar kahinin hakimiyyətinə qələbə çala, onu məhv edə
bilərdilər. Həmin dəfə, o, yenə yeni ay bayramı keçirirdi və qızların sol qulağını deşirdi.
Və birdən güclü bir qız hündürdən qışqıraraq kahini itələdi və buna görə o, tikanla qızın
gözünə vurdu və göz çıxdı. Bu zaman qız elə acı-acı qışqırdı ki, hər kəs onların yanına
gələrək nə baş verdiyini gördü. Dəhşətə gəlmiş və hiddətlənmiş adamlar səssizlik içində
donub qaldılar. Lakin gənclər artıq qələbə sevinci ilə irəli çıxdıqda və Kubu cəsarətlənib
kahini çiyinlərindən tutduqda, o ayağa qalxdı, barabanın qabağını tutub xırıltılı və
istehzalı səslə elə dəhşətli lənətlər yağdırmağa başladı ki, bütün qəbilə qorxu içərisində
qaçdı, Kubunun qəlbi isə qorxu içində titrədi.
Qoca kahin mənası heç kəsə məlum olmayan sözlər deyirdi, lakin bu sözlərin elə
səslənməsi belə qorxunc dərəcədə dəhşətli lənətlərə bənzəyirdi. Və kahin öz dəhşətli
sözləri ilə gəncin gözlərini lənətlədi, onların quzğunlara qismət olacağını söylədi, onun
qaraciyərini və ürəyini lənətlədi, qızmar günəşin onları meşədən kənarda məhv edəcəyini
dedi. Ardınca həmin an malik olduğu hakimiyyət görünməmiş həddə çatmış qoca itaət
etməyən qızı yenidən yanına gətirmələrini əmr etdi və qızın ikinci gözünü də çıxartdı.
Meşə adamları nəfəs almaqdan belə çəkinərək aciz-aciz baş verənlərə baxırdılar.
- Sən orada – kənarda öləcəksən – qoca Kubunu belə lənətləndi və o gündən bütün meşə
adamları ondan çəkinməyə başladılar. "orada – kənarda‖ vətəndən,
ala-toran meşədən
kənarda demək idi, dəhşətli, qızmar günəşin şüaları altında, alışıb-yanan, ölüm gətirən
səhrada demək idi.
Kubu qorxu içərisində meşədə dolaşırdı. Hər kəsin ondan qaçdığını başa düşdükdə isə
onun itdiyini düşünmələri üçün ağacın koğuşunda gizləndi. Günlər və gecələr o, gah
qorxudan, gah da hiddətdən titrəyərək koğuşda qaldı. O, qəbilədaşlarının gəlib onu
öldürmələrindən, günəşin qalın budaqların arasından keçib onu tapmasından, məhv
etməsindən qorxurdu. Lakin ox və nizələr atılmadı, günəş və ildırımlar onu yandırmadı.
Onu dəhşətli yorğunluq və aclıqdan başqa heç nə ziyarət etmədi.
Və onda oyanmış və gözlədikləri baş verməmiş Kubu qalxıb koğuşdan düşdü.