Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə19/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   15   16   17   18   19   20   21   22   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

57 


 

Axşam saatlarında o, əlinin altındakı ensiklopediyaları, elmi monoqrafiyaları gözdən 

keçirsə də, ilbizlərin nikahı barədə heç bir bilgiyə rast gəlmədi. Halbuki orada 

istridyələrin çoxalma üsulları barədə uzun-uzadı sicilləmələr var idi. İki gün sərasər fikir 

aləminə qapılan mister Knoppert qət elədi ki, onun şahidi olduğu səhnə bəlkə də heç… 

cinsi təmas deyilmiş. Arvadı Edna hikkəylə bildirdi ki, əgər bu evdə bir daha ilbiz 

bişirilməyəcəksə, onda o varlıqların evi təcili qaydada tərk eləmələri məsləhətdir. Bunu 

deməzdən bir az əvvəl o, döşəmənin üstündə sürünən növbəti ilbizi tapdalamışdı. Əgər 

Darvinin «Növlərin mənşəyi» adlı əsərində qarınayaqlılarla bağlı fəsildə bir cümləyə rast 

gəlməsəydi, elə mister Knoppert də arvadının bu qənaəti ilə razılaşacaqdı. Cümlə 

fransızca idi və mister Knoppert bu dili bilmirdi. Buna rəğmən, oradakı «sensualite» 

kəlməsi onu eynilə şikarın qoxusunu qəfil alan tazı kimi pusquya yatmağa məcbur elədi. 

Həmin vaxt o, kitabxanasında oturmuşdu. İngiliscə-fransızca lüğəti əlinə alıb, həmin 

cümləni sözbəsöz tərcümə elədi. Həmin açıqlama təxminən yüz sözdən ibarət idi və 

məğzi ondan ibarət idi ki, cinsi əlaqə əsnasında ilbizlərin sərgilədiyi həssaslığa və 

ehtirasa heyvanlar aləminin bütün qalan təmsilçiləri yalnız qibtə edə bilərlər. Vəssəlam. 

Bu deyim Andre Fabrın qeyd dəftərçəsindən gətirilən sitat idi. Görünür, yeniyetmələrin 

diqqətini çəkəcəyindən ehtiyatlandığı üçün müəllif bu cümləni ozu tərcümə eləməmişdi. 

Onsuz da bunu oxuyub, anlamaq alimlər üçün çox da müşkül olmayacaqdı. İndi mister 

Knoppert də özünü alimlər cərgəsinə aid eləmək hüququ qazanmışdı və duyduğu qürur 

hissindən pənbə yanaqları allanmışdı. 

 

Dəqiqləşdirdi ki, onun saxladığı bu ilbizlər şirin sularda yaşayır, öz yumurtalarını 



torpağa, ya da qumluğa qoyurlar. Buna görə o, iri bir qaba azac?q nəm torpaq və 

nəlbəkidə su qoyub, ilbizlərini oraya yerləşdirdi. Hadisələrin sonrakı gedişatını izləməyə 

başladı. İlbizləri birbəbir əlinə alıb, diqqətlə süzsə də, onlarda hamiləlikdən hər hansı 

əsər-əlamət sezmədi. Lakin onlardan bircəciyi sanki onun bütün səylərini boşa 

çıxartmağa niyyətliydi. Elə bil onun qını torpağa yapışmışdı. Mister Knoppert həmin 

ilbizin başını torpağın altına soxduğunu, bu yolla ölmək istədiyini düşündü. Aradan iki 

gün də ötdü və üçüncü günün səhəri həmin ilbizin bulunduğu torpağın qalaq-qalaq 

olduğu mister Knoppertin diqqətindən yayınmadı. Marağını yenə bilmədiyindən o, kibrit 

çöpüylə həmin qalaqları ehmallıca eşdi, oradakı çuxurda parlaq rəngdə, bir yığın təzə 

yumurta qoyulduğunu görüncə, yamanca heyrətləndi. Bunlar ilbiz kürüsüydü. Yox, 

yanılmayıbmış! Mister Knoppert xanımını və aşpaz qadını çağırıb, tapıntısının sevincini 

onlarla paylaşdı. İlbizin torpağa qoyduğu dənəvər şeylər zahirən balıq kürüsünü xatırlatsa 

da, bunlar qara və ya qırmızı rəngdə deyildi, ağappaq idi.  

 

Ev sahibəsi dedi: 



 

- Təbii ki, onlar da hansısa yolla çoxalmalıdırlar da. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

58 


Arvadının bu məsələyə niyə belə səthi maraq duyduğunu anlamaqda mister Knoppert 

acizlik çəkirdi. Evdə olduğu vaxt şəxsən o, saatbaşı gedib, ilbiz kürüsünün durumuyla 

maraqlanırdı. Hər səhər ilk işi gedib, kürüdə bir dəyişiklik olub-olmadığına baxmaq idi. 

Gecə yuxuya gedərkən də yumurtalar barədə düşünürdü. Həm də daha bir ilbiz də özü 

üçün çuxur qazmağa başlamışdı. Bundan əlavə, başqa bir cütlük nikaha girmiş, bir-birinə 

ağuşunu açmışdı! 

 

İlk kürü boz rəngə boyanmışdı və onların hər birində bapbalaca bir bədənin cizgilərini 



sezmək mümkün idi. 

 

Bunun sevinci mister Knoppertin qəlbini görünməmiş şəkildə cuşa gətirmişdi. 



 

Mister Knoppertin dəqiq hesablamalarına görə, yumurta qoyulandan sonrakı on 

səkkizinci günün səhəri o, kiçicik başın tərpənişini, bir cüt buynuzun xəfif yırğalanışını 

sezdi. Mister Knoppert ilk övladı dünyaya gələn ata qədər bəxtəvər idi. Bir dəfədə 

qoyulan kürülərin sayı yetmişdən çox idi və indi onların hər birində yeni həyatın 

başlanması əsl möcüzəni xatırladırdı. Uğurla bitən bu çoxalma prosesinin o, bütün 

mərhələlərinin canlı şahidinə çevrilmişdi. Tanış-bilişdən heç kəs onun hansı sirrə qədəm 

basdığını anlayammaz, biləmməzdi. Elə buna görə də sirli bilgiyə qovuşması, bu sahədə 

bir ilkə imza atması onun qəlbini fərəh hissiylə doldururdu. Baş tutan hər cinsi təmasın, 

hər kürü tökümünün qeydiyyatını mister Knoppert görünməmiş ciddiyyətlə aparırdı. 

İlbizlərin bioloji həyatı barədə detalları öz dostlarına və qonaqlarına açıq-saçıq tərzdə 

anlatmasından bezən arvadının axırda bir gün səbir kasası daşdı: 

 

- Piter, bütün bunların bir sonu olacaq, ya yox? Əgər onlar bu sürətlə artmağa davam 



eləsələr, yaxın vaxtda bütün evi dolduracaqlar! 

 

Bu söhbət ilbizlərin on beşinci, ya da iyirminci kürü tökümünə təsadüf etmişdi. 



 

Əri gülər üzlə ona cavab verdi: 

 

- Təbiət fasilələri sevmir. Həm də ki onlar sadəcə kabinetimdə çoxalırlar. Orada bunun 



üçün yetərincə yer var. 

 

Bütün bunlara baxmayaraq, ehtiyac duyulan qabların və bankaların sayı durmadan artırdı. 



Zoomağazadan yolunu salan mister Knoppert oradan biri neçə gümrah ilbiz aldı. 

Bunların bir cütü küncə çəkilərək, ilk gündən eşqbazlığa başladı. Torpağın səthində, 

natəmiz şəraitdə qoyulan kürülərin miqdarı günbəgün artırdı və bunların hər birindən 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə