“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
34
O, təəccüblə "Kahinin lənəti heç nədir‖ deyə düşündü və yemək axtarışı ilə məşğul oldu.
Qarnını doyuzdurduqda isə, həyat qüvvəsinin yenidən bədəninə can verməsini, qəlbində
qürur və nifrətin oyanmasını hiss etdi. Indi o, özününkülərin yanına qayıtmağı arzu
etmirdi. Indi o, tənha olmaq, qaçaq olmaq, hər kəsin nifrət etdiyi, gözsüz kahinin gücsüz
qəzəbi ilə lənətlədiyi adam olmaq istəyirdi. O tənha olmaq, tənha qalmaq istəyirdi. Lakin
ilk öncə, o, intiqam almalı idi.
Və o, hey gedir və düşünürdü. O, nə vaxtsa şübhələndiyi və indi yalan olduğunu başa
düşdüyü şeylər, ən çox da kahinin barabanı, onun bayramları haqqında düşünürdü və
düşündükcə və tənha qaldıqca daha aydın başa düşürdü: bəli, hər şey yalan və aldanış idi.
Bunu başa düşdükdə, o, düşünməyə davam etdi və bütün inamsızlığını həqiqi və
müqəddəs hesab edilən anlamlara yönəltdi. Meşə tanrısı və ya müqəddəs meşə nəğməsi
bəs nə idi? Onlar da heç nədir, burada da yalan var! Və o qəlbindəki dəhşəti dəf edərək
müqəddəs meşə nəğməsini istehza ilə, ikrah hissi ilə, sözlərini dəyişərək oxudu və meşə
tanrısının adını üç dəfə bağırdı. Bəli, kahindən başqa heç kəsin ölüm qorxusu altında
səsləndirə bilmədiyi o adı. Və heç nə baş vermədi, ildırım çaxmadı, tufan başlamadı!
Qəbiləni tərk edən günlərlə və gecələrlə meşədə dolaşdı. Onun alnına, qaşlarının arasına
qırışlar düşdü, baxışı itiləşdi. O, heç kəsin heç vaxt cəsarət etmədiyi bir şeyi etdi: ay işıq
saçarkən meşə çayının sahilinə çıxdı. Orada o, uzun müddət ayın çaydakı əksinə, sonra
isə ayın özünə, ulduzlara qorxusuz baxdı və heç bir bədbəxtlik baş vermədi. O, bütün
gecə suyun sahilində oturub işığın qadağan olunmuş sevincinə daldı və düşündü. Onun
qəlbində bir çox cəsur və qorxunc fikirlər doğurdu. "Ay mənim dostumdur – o düşündü –
ulduzlar da mənim dostumdur, qoca kor isə düşmənimdir. Deməli "meşədən kənarda
olan‖ da "meşədə olan‖dan yaxşı ola bilər və bəlkə də meşənin müqəddəs olduğunu
deyənlər də yalan deyirlər!‖ Və o, bir gecə bir çox nəsil insanı qabaqlayaraq çox cəsur və
heyrətamiz bir fikrə düşdü: bir neçə ağacın gövdəsini lianalarla bağlayıb, onların üzərinə
oturub axınla üzmək olar. Onun gözləri parıldayır, qəlbi bərk-bərk döyünürdü. Lakin bu
fikrini həyata keçirmək mümkün olmadı, çay timsahlarla dolu idi.
Beləcə gələcəyə gedən yeganə yol meşənin kənarları mövcud idisə, həmin yerlərə çıxmaq
və özünü qızmar boşluğun, "kənarda olan‖ dəhşətli torpaqların ixtiyarına buraxmaq oldu.
O, bu dəhşətli bədheybətin – günəşin qarşısında dayanmalı idi. Çünki – kim bilir – bəlkə
də günəşin dəhşətli olması haqqında qədim əfsanə də daha bir yalan idi?
Fikirlərinin sonsuz axarında bu son, dəli xəyal Kubunun titrəməsinə səbəb oldu. İndiyə
kimə heç vaxt, heç bir dövrdə meşə adamı meşəni könüllü surətdə tərk etməyə və özünü
qorxunc günəşin hökm sürdüyü yerlərə təslim etməyə cəsarət etməmişdi. Və o, yenə
günbəgün meşədə dolaşaraq bu fikir üzərində düşündü. Və nəhayət qərara gəldi. Aydın
bir günorta, o, titrəyərək çaya doğru irəlilədi, qorxu içində parlayan su axınına tərəf
süründü və günəşin suda əks olunmuş simasına gözucu nəzər saldı. Gözqamaşdırıcı
şüalar düz onun gözlərinə düşdülər və o, gözlərini tez qıydı, lakin bir az sonra gözlərini
yenidən açmağa cəsarət etdi və nəhayət, üçüncü dəfədə o bacardı. O bacardı, dözdü və
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
35
qəlbi sevinc və cəsarətlə döyündü. Kubu günəşə etibar etdi. O, günəşi sevdi və kahinlərin
hökmranlıq etdiyi, onun kimi cavan və cəsur olanların isə qovulduğu qoca, qaranlıq və
çürümüş meşəyə nifrət etdi.
İndi onun qərarı daha da möhkəmləndi və hərəkətlərinin ardıcıllığı ona gün işığı qədər
aydın oldu. Səhər açılanda Kubu dəmirağacından düzəltdiyi, nazik, lakin çox möhkəm
sapı olan yeni və yüngül gürzü ilə qoca kahini tapmaq üçün yola düzəldi; o, kahinin izinə
düşdü, onu tapdı və gürzlə onun başına vurdu. Və kahinin ruhunun əyilmiş ağzından
çıxıb-uçmasını gördü. O, hər kəsin qatilin kim olduğunu bilməsi üçün düzəltdiyi silahı
kahinin sinəsinə qoydu, gürzün hamar səthində isə balıqqulağı parçası ilə çox böyük
çətinliklə bir şəkil cızdı: düz şüaları olan dairə – günəşin siması.
O, meşənin uzaq sərhədlərini tapmaq üçün cəsarətlə yola düzəldi, hey irəli getdi, gecələr
ağaclarda yatdı, gündüzlər isə yenə irəli yol aldı. O, saysız-hesabsız gecələr və gündüzləri
yollarda keçirdi, çaylardan və qaranlıq bataqlıqlardan keçdi və günlərin bir günü indiyə
qədər heç vaxt görmədiyi yüksəkliyə qalxan dağ yamacına, mamırlı qayalara rast gəldi.
O, təhlükəli uçurumlardan keçərək yüksəyə, dağın zirvəsinə qalxmağa başladı. O, yamac
boyunca nəhəng əsrlik meşədən keçdi və yol o qədər uzun çəkdi ki, qəlbində şübhə və
kədər toxumları cücərdi: bəlkə də, doğrudan da, hansısa tanrı meşə sakinlərinin doğma
diyarları tərk etmələrini qadağan edib?
Və gecəyə doğru, yamacla uzun müddət qalxdıqdan sonra havanın getdikcə daha da
təmiz olduğu bir yerdə, o, meşənin qurtaracağında olduğunu gördü. Meşə sona çatırdı,
lakin onunla birlikdə torpaq da sona çatırdı. Meşə burada havanın boşluğunda – sanki
dünya iki yerə bölünübmüş kimi qurtarırdı. Burada üfüqdə qızaran tutqun şüalardan və
səmadakı seyrək ulduzlardan başqa heç nə görmək mümkün deyildi.
Kubu dünyanın qurtaracağında torpağa oturdu və özünü aşağı yuvarlanmaması üçün
lianalarla ağaca bağladı. Hiss etdiyi təlaşdan rəngi ağarmış Kubu bütün gecə yuxusuz
oturdu və günəşin ilk şüaları göründükdə səbirsizliklə ayağa qalxıb ətrafın tam
işıqlanmasını gözləyərək boşluq üzərindən aşağı sallandı.
Aydın işığın sarı zolaqları uzaqda şəfəq saçdılar və açıq havada günün doğmasını heç
vaxt görməmiş Kubu kimi sanki səmanı da intizar titrəyişi ağuşuna aldı. Və üfüqdə qızılı
işığın qığılcımları şölə saçdı və uzaqda – dünyaların bitməz ənginliyi üzərində səmaya
nəhəng al günəş ucaldı. O, sonsuz, solğun Heçliyi tərk edərək səmaya yüksəldi və Heçlik
qapqara bir dənizə çevrildi.
Həyəcandan titrəyən meşə adamının qarşısında meşənin qurtaracağından başlayan Heçlik
durmuşdu. Kubunun ayaqları altında dumanlı dərinliklərdə yoxa çıxan sıldırımlı dağ
yamacı uzanırdı, qarşıda qayalı dağların çəhrayı kristalları ucalırdı, solda nəhəng, qara
dəniz və ağ, köpüklü dalğaların ləpələndiyi, kiçik ağacların bitdiyi sahil görünürdü. Və