“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
26
- Musiqiçilər salonda əyləşəcək - dedi gənc tələbə - onlar simli sazlarını çalacaq, sevgilim
isə arfa ilə skripkanın sədaları altında reqs edəcək. Elə xəfif rəqs edəcək ki, ayaqları belə
yerə dəyməyəcək, saray əyanları çevrəsinə yığışacaq. Amma o mənimlə rəqs etməyəcək,
çünki ona verə biləcək al qızılgülüm yoxdu- deyərək özünü otların üstünə atdı və üzünü
əlləriylə örtüb ağladı.
Quyruğu havada balaca yaşıl bir kərtənkələ yanından keçərkən soruşdu:
- Nə üçün ağlayır?
Günəş hərarətiylə çırpınan kəpənək soruşdu:
- Həqiqətən niyə?
Bir qızçiçəyi yanındakına fısıldadı:
- Doğrudan niyə?
- Bir qızılgül üçün ağlayır - dedi bülbül.
Hər biri bir ağızdan:
- Bir qızılgül üçünmü? - dedilər, - necə də gülməlidir. Kərtənkələ kinayə ilə güldü.
Lakin bülbül onun kədərinin sirrini anladı. Yaşıl ağacda səssiz-səssiz oturub eşqin
müəmmasını düşünməyə başladı.
Birdən uçmaq üçün qanadlarını açdı və göyə doğru yüksəldi. Kölgə kimi ağacların
arasından keçdi və bağçanı gəzdi.
Çəmənliyin ortasında gözəl bir gül fidanı vardı və bülbül onu görəndə onun üstünə şığıdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
27
- Mənə al bir qızılgül ver, sənə ən gözəl mahnımı oxuyum-dedi bübül.
Amma gül başını yellədi.
- Mənim güllərim ağdır-deyə cavab verdi gül. - Dənizin köpüyü kimi ağ, dağların
başındakı qarlardan daha ağ, amma köhnə günəş saatının yanındakı qardaşımın yanına
get, bəlkə istədiyini o sənə verə bilər.
Beləliklə bülbül köhnə günəş saatının yanındakı gül fidanının yanına getdi.
Mənə al bir qızılgül versən sənə ən gözəl mahnımı söyləyərəm,-deyə səsləndi bülbül.
Gül fidanı başını yellədi.
- Mənim güllərim sarıdı,-deyə cavabladı gül fidanı,-taxta kəhrəbanın üstündə oturan su
pərisinin saçı kimi sarı. Biçinçi dəryazıyla gələnə qədər çəmənlikdə açan nərgiz gülü
kimi sarı. Amma sən tələbənin pəncərəsinin altında yetişən qardaşımın yanına get, bəlkə
o istədiyini sənə verər.
Bülbül tələbənin pəncərəsinin altında yetişən gül fidanının yanına getdi.
- Mənə al bir qızılgül versən sənə ən gözəl mahnımı oxuyacağam-dedi bülbül.
Gül fidanı başını yellədi.
- Mənim güllərim al qırmızıdır,-dedi gül fidanı, -göyərçinin ayaqları kimi qırmızı okean
mağarlarında dalğalanan mərcan qanadlarından daha qırmızı. Amma qış damarlarımı
soyutdu, şaxta qönçələrimi qopartdı, fırtına mənim budağımı qırdı. Bu il heç gül
gətirməyəcəyəm.
- İstədiyim sadəcə al bir qızılgüldür-deyə hayqırdı bülbül. -Bircə al gül. Onu əldə
etməyimin heç bir çarəsi yoxdur?
Gül fidanı:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
28
- Bir çarə var, - dedi, -ancaq o qədər dəhşətlidir ki onu deməyə belə cəsarət etmirəm.
- Söylə, -dedi bülbül, - mən qorxmuram.
- Al bir qızılgül istəyirsənsə onu ay işığının melodiyasından özün yaradıb öz qanınla
boyamalısan. Ürəyini bir tikana dayayıb mənə mahnı oxumalısan. Tikan ürəyini deşməli
sənin can qanın mənim damarlarımdan içəri boşalmalı və mənim olmalıdır.
- Bir al gül üçün ölüm çox yüksək bir dəyərdir! - deyə hayqırdı bülbül. - Bütün aləm üçün
yaşam çox qiymətlidir. Yaşıl meşədə oturub qızıl arabasında günəşi mirvari arabasında
da ayı seyr etmək necə də xoşdur. Yemişanın qoxusu şirin vadilərdə gizlənən zəngçiçəyi
xoş, təpədə bitən yasəmən sevimlidir. Ancaq yenə də eşq həyatdan üstündür. İnsan
qəlbinin yanında bir quşun ürəyi nədir ki?
Beləliklə boz qanadlarını açıb havaya yüksəldi. Bağçanın üstündən bir kölgə kimi silindi.
Ağaclı yamacdan bir kölgə kimi yerə endi.
- Xoşbəxt ol, - deyə bağırdı bülbül, - xoşbəxt ol! Al gülə qovuşacaqsan. Mən onu ay
işığında melodiyalardan yaradıb, ürəyimin qanıyla boyayacağam. Bunun qarşılığında
səndən bütün istəyim dürüst aşiq olmağındır çünki fəlsəfə ağıllıdır, amma eşq fəlsəfədən
daha ağıllıdır. Güc dəhşətlidir, amma eşq gücdən də dəhşətlidir... Qanadları alov
rəngindədir. Alovla boyanmış bədəni vardır. Dodaqları bal qədər şirin nəfəsi qərənfil
kimidir.
Tələbə başını qaldırıb baxdı və dinlədi lakin bülbülün ona nə söylədiyini anlamadı, çünki
o yalnız kitablarda yazılan şeyləri anlayırdı.
Ancaq yaşıl ağac anladı, kədərləndi, çünki onun budağı üzərində yuva qurmuş bülbülə
vurğun idi.
- Mənə son bir mahnı oxu - deyə pıçıldadı, - çünki sən gedəndə mən tamamilə yalnız
qalacağam.
Və bülbül son dəfə ağaca bir mahnı oxudu, səsi sanki gümüş bərnidən süzülən suyun
səsini xatırladırdı.