“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
16
Ka diksindi… O, başını endirdi. Onun gözləri pırpız qaşları altında xırda və qəmli
görünürdü.
- Mən bilirdim ki, bunun axırı belə olacaq. Mən koamm təəssübkeşi deyiləm, siz bunu
gözəl bilirsiz. Amma Günəş qanunları toplusunun beşinci qaydasına görə, mən ruhların
qəzəbinə tuş gəlməmək üçün bu məsələdən imtina edirəm.
Nə istəyirsiz düşünün. Amma O bu mağaradan kənara çıxmayacaq.
- Mən isə deyirəm çıxacaq! Özü də indi.
Orda, sivilizasiya naminə, xalqın rifahı, Sülh naminə! – general bağırdı. O az əvvəl Kanın
etdiyi kimi sağ aliylə daşı qapıb qəzəb, nifrət hissi ilə qüvvətlə professorun başına
endirdi. Ka zərbədən yerə çöküb ətrafını qana buladı.
General dəhşət içində əlindəki silaha baxırdı. Sonra təkəbbürlə gülümsündü. Bu
təbəssümdə qəddarlıq, amansızlıq vardı.
- Bu bir… - o pıçıltıyla dedi.
Tərcümə: Cavid Cəfərzadə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
17
Umberto Eko
O
(Hekayənin ikinci tərcüməsi)
- İşlər necə gedir, Professor? – General hövsələsizliyini göstərməmək üçün özünü zorla
saxlayırdı.
- Hansı işlər? – Professor Ka soruşdu. O, cavabdan yayınmağa çalışırdı.
- Düz beş ildir ki, siz burada – aşağıda işləyirsiniz və sizi hələ heç kəs narahat etməyib.
Biz sizə etibar edirik. Amma boş sözlərə daha nə qədər güvənmək olar?! Artıq işi
göstərməyin zamanıdır.
Generalın səsində hədə hiss olunurdu və Ka yorğun şəkildə əlini havada yellədi, sonra isə
gülümsədi.
- Siz tam hədəfə vurdunuz, General. Mən hələ gözləmək fikrindəydim. Ancaq siz məni
indi danışmağa həvəsləndirdiniz. Məni Onu düzəltmişəm, – Professor pıçıltıya keçdi, –
və Günəşə and içirəm ki, Onu dünyaya göstərməyin vaxtı gəlib çatıb!
O, Generalı əl işarəsilə mağaraya dəvət etdi. Ka qonağını lap dərinliyə – divarın ensiz
çatından nazik günəş şüası düşən yerədək apardı.
Orada düz və hamar yerə O
qoyulmuşdu.
O, formasına görə badamı xatırladırdı, çoxlu xırda kənarları vardı və parlayırdı.
- Bu ki... – General çaşqınlıq içində dilləndi, – daşdır.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
18
Professorun qalın qaşlarının altında gizlənmiş mavi gözlərində hiyləgər qığılcımlar
parladı.
- Elədir, – o təsdiq etdi. – Daşdır. Lakin adi daş deyil. Biz onu ayaqlar altına atmarıq.
Yaxşısı budur, onu əlimizə alaq.
- Əlimizə?
- Əlbəttə, General. Bu daşda bəşəriyyətin indiyədək arzulamağa cəsarət etmədiyi belə,
güc – milyonlarla insanın gücünə bərabər güc toplanıb. Baxın...
O, əllərini daşın üstünə qoydu, barmaqlarını sıxdı və onu bərk-bərk tutdu, sonra qaldırdı.
Əl daşı sıx şəkildə tutmuşdu, daşın enli hissəsi ovcun içində idi,
iti hissəsi isə kənarda
qalıb Professorun əlinin hə
Birdən Professor əli ilə qəfil hərəkət etdi və daşın ucu havada trayektoriya cızdı.
Professor yuxarıdan aşağıya doğru zərblə vurdu və daş divardakı kövrək xassəli
çıxıntının – möcüzəyə bir bax! – içinə girərək onda çat əmələ gətirdi. Professor yenə və
yenə vurdu, əvvəlcə bir balaca girinti, sonra deşik, daş həmin yeri dağıdıb toza
döndərdikcə dərin çuxur əmələ gəldi.
General bunu bərələ qalmış gözlərlə səssizcə izləyirdi.
- İnanılmazdır, – o, ağzının suyunu udaraq dedi.
- Bu nədir ki?! – Professor şadlıq edirdi. – Uşaq oyuncağı! Amma qeyd edim ki, belə bir
şeyi adi əllə etmək mümkünsüzdür. İndi isə baxın! – Alim
küncdəki iri, nahamar, bərk
kokosu götürdü və onu Generala uzadaraq dedi:
- Hə, sıxın onu, əzin əllərinizlə.
- Bəsdir görək, Ka, – Generalın səsi titrədi, – Siz çox yaxşı bilirsiniz ki, bu mümkün
deyil, belə bir şey heç birimizin əlindən gəlməz... Yalnız dinozavr bir pəncə hərəkəti ilə
onu yara bilər və yalnız dinozavr lət və südünü belə asanlıqla əldə edə bilər...