“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
36
bütün bunların – minlərlə görünməmiş əsrarəngiz mənzərələrin üzərindən dənizin üstünə
günəş ucalır, səmanı parlaq şüalarına qərq edir və dünyanı şölə saçan rənglərə boyayırdı.
Kubu günəşin üzünə baxa bilmədi. Lakin o, günəş şüalarının parlaq rənglərin axını ilə
dağları, qayaları, sahili və dənizin maviliyində görünən adaları işıqlandırdığını gördü və
Kubu dizləri üstünə düşərək parlayan dünyanın tanrıları qarşısında baş əydi. Kim idi ki,
Kubu? O, balaca, çirkli bir heycancığaz idi və onun bütün solğun, tutqun rənglərə
boyanmış həyatı qalın meşənin qaranlıq talalarında keçmişdi və o, qorxu və zülmət
içərisində, meşələrin alçaq tanrılarına tabe olaraq yaşamışdı. Burada isə dünya vardı və
onun baş tanrısı günəş idi. Və meşədə keçən həyatın uzun və mənfur yuxusu sona çatdı
və kahin haqqında olan xatirələr unudulub-getdiyi kimi, o meşə həyatının da yaddaşı
tutqunlaşıb, günəşin şüaları qarşısında əriməyə başladı.
Kubu daşlardan tutaraq dik qayalarla uçuruma doğru, işığa və dənizə doğru düşməyə
başladı və onun qəlbi azad, yalnız və yalnız günəşə baş əyən insanların işıq içində
yaşadığı, günəşə tabe torpaqların çağırışında, misilsiz bir xoşbəxtlik içində titrəməyə
başladı.
Qeyd: Hekayə 1914-cü ildə qələmə alınmışdır. Mövzusu Hindistana səyahətlə
əlaqədardır.
Meşə adamları bütpərəstdirlər.
Kənarda – yəni xarici dünyada. Bu anlayışın ziddiyyətliliyinə diqqət yetirmək lazımdır:
o, meşə adamlarının təsəvvüründə şər və qaranlıq xaotik qüvvə kimi, onlardan qaçan
Kubunun təsəvvüründə isə xeyir, işıq, təkallahlılıq rəmzi kimi yer alır. Bu, Hessenin
digər əsərləri üçün də xarakterikdir.
Tərcümə edəni: Fəridə Paşa
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
37
Nikolay Leskov
Səfeh
Kimi axmaq hesab eləmək lazımdır? Adama elə gəlir ki, bunu hamı bilir, amma kimin
necə bildiyi barədə sorğuya başlasaq, məlum olacaq ki, axmaqlığı hərə bir cür başa düşür.
Bütün sözlərin mənasının izahlarının yer aldığı akademik lüğətə görə, «səfeh» ağlı zəif,
axmaq, düşünmə bacarığından məhrum, təlxək adamdır... Bu izahı qüvvətləndirmək üçün
də aşağıdakı misal gətirilir: "O həmişə səfeh olub, səfeh də qalacaq". "Səfeh – axmaq
sözünün yumşaldılmış şəklidir".
Bu izahdan daha elmi olanını axtarmağın daha heç bir mənası yoxdur, bu arada həyatda
da tez-tez belə səfehlər və ya axmaqlarla, bu ləqəbləri qazanmış adamlarla üz-üzə gəlmək
olur, amma bəzən bu adamlar heç də ağılsız, axmaq, təlxək-zad olmurlar... Bu adamlar
sadəcə hər şeylə çox maraqlanırlar, mən indi sizə bax, belə bir adam barədə danışacağam.
Bizim kənddə bir kimsəsiz, təhkimli oğlan uşağı – Panka vardı. O, ağa qapısında
böyüyür, nə versələr, onu geyinir, inəksaxlayan arvad və onun balaları ilə eyni damın
altını və yeməyi bölüşürdü. Onun işinin adı «hamıya kömək eləmək» idi. Bu, o demək idi
ki, ağa qapısında istənilən işin qulpundan yapışan adamın ixtiyarı var idi ki, öz işlərini
Pankaya tapşırsın. Buna görə də o aramsız işləməli olurdu. İnd idə yadımdadı, birdən elə
olurdu ki, qış günü – bizim qışlar isə adamın iliyini dondurur – səhər oyanıb, pəncərənin
qabağına yaxınlaşan kimi, görürdük ki, Panka belini əyə-əyə ya saman, ya sünbül
dərzləri, ya da mal-qara, toyuq-cücə üçün dənli yem daşıyır. Biz təzə qalxırdıq, o isə artıq
işləyib, əldən düşmüş olurdu, nadir hallarda onun tövləyə söykənib, quru çörək qırağı
gəvələyib, üstündən su içdiyini görmək olurdu.
Hərdən soruşurduq:
- Panya, sən niyə quru çörək yeyirsən?
O isə zarafatsız-zadsız soruşurdu:
- Bəs, necə yeyim? .
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
38
- Yanına kələmdən, kartofdan, xiyardan bir şey istə də!
Panya başını yelləyib, deyirdi:
- Yox bir!.. Mən elə belə də doyuram, allaha çox şükür!
Beləcə, qurşağının altını bərkidib, təzədən həyətə nəsə bir şey daşımağa yollanırdı. O
həyətdə iş heç vaxt qurtarmırdı, odu ki, onu durmadan bu və ya başqa işi görməyə
məcbur eləyirdilər. O, tövlələri, axurları təmizləyir, mal-qaraya yem verir, qoyunları
suvarmağa aparır, axşamlar isə əlcək hörür və yəqin ki, hamıdan gec yatıb, hamıdan tez
oyanırdı. Həmişə də hamıdan pis və nazik geyinirdi. Özü də heç kimin ona yazığı
gəlmirdi, əksinə hamı deyirdi ki:
- Ona nə var e – o, səfehin biridi.
- Onun səfehliyi nədədi ki?
- Elə hər şeydə...
- Məsələn?
- Nə məsələn? – ode, malsaxlayan arvad əlinə keçən bütün xiyarı, kartofu öz balalarına
yedizdirir, bu da bir dəfə də şikayət eləmir...Səfehdi!
Biz uşaq olduğumuza görə, belə şeylərdən yaxşı başımız çıxmırdı. Pankanın dilindən heç
vaxt səfeh söz eşitməsək, hətta hərdən onun mehribanlığını – o hərdən bizə ağacdan
balaca oyuncaq dəyirmanlar düzəldirdi - görsək də, biz də hamı kimi deyirdik ki, Panka
səfehin biridi. Heç kim də bu barədə bizimlə mübahisə eləmirdi və tezliklə elə bir hadisə
oldu ki, bu barədə mübahisə eləməyin daha yeri olmadı.
Bizim bir ciddi, çox ciddi işlər müdirimiz vardı, o hər şeyə görə adamları bərk
cəzalandırırdı. Bəzən görürdün ki, cığırla gedə-gedə yan-yörəsinə baxır: görsün bir kəm-
kəsir varmı? Gözünə nəsə bir kəm-kəsir dəydisə, o dəqiqə dayanıb, günahkarı yanına
çağırıb deyirdi:
- Bu dəqiqə kontora get, köməkçimə mənim adımdan denən ki, sənə iyirmi beş qamçı
vursunlar, əgər biclik eləsən, axşam sənə iki qatını özüm vuracam.
Heç kim ondan günahının əfv olunmağını xahiş eləmirdi, çünki onun belə şeylərdən
zəhləsi gedirdi və belə hallarda adətən cəzanı artırırdı.
Dostları ilə paylaş: |