Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə47/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

 
190 
Amma  burada  Puşkinin  öz  şəxsi,  fərdi  cizgiləri 
də  ifadə  olunmuşdur,  Lenskinin taleyində  Vurğun da 
öz taleyini görmüşdü. 
Özünü  Puşkinin  tələbəsi  adlandıran  S.Vurğun 
istər  bədii  əsərlərində,  istərsə  də  elmi-nəzəri 
məqalələrində  böyük  rus  şairini  həmişə  ehtiramla, 
məhəbbətlə yad etmişdir. 
Məsələn,  müharibə  günlərində  yazdığı  hər  iki 
şeirində  («Moskva»  23.X.1941,  «Salam,  Moskva» 
5.II.42)  Puşkini  bir    ustad  kimi,  bəşəri  bir  şair  kimi 
xatırlayır. Moskvanı, Rusiyanı böyük şairin şeirlə vəsf 
etdiyi,  ucaltdığı,  ülviləşdirdiyi  məbədgah,  müqəddəs 
bir məkan kimi təsvir edir:  
 
Moskva! — Nə qədər doğmadır bu səs.  
Doğmalar dar gündə yad ola bilməz!  
 
  Misraları  əsər  boyu  bir  neçə  dəfə  leytmotiv 
kimi səslənir, mahnı nəqəratı kimi oxunur. 
  Puşkinin  Moskvasına  Vurğunun  doğma  övlad 
məhəbbəti
 
də  şeirdə  son  dərəcə  səmimiyyətlə  ifadə 
olunur.  
Sən ey xəyaliylə deyib güldüyüm,  
Qədrini canımdan əziz bildiyim,  
Tarixlər şahidi qocaman şəhər!  
Nədir qəlbindəki o döyüntülər?  
Başından əssə də min acı külək,  
Dayanmaz sinədə çırpınan ürək  
Dayanmaz yayından ayrılan oxlar...  
Tarixin ağsaçlı bir qanunu var:  
Zülmət oynasa da bir an göylərdə,  


 
191 
Tutulmaz günəşin üzünə pərdə.  
Kəmənd də atılmaz axar sulara,  
Həqiqət boğazdan çəkilməz dara.  
   
Şair bu dəhşətli təhlükə anlarında  böyük inamla 
deyir:  
 
Moskva! Basılmaz sənin qüdrətin,  
Canlı heykəlisən əbədiyyətin! 
 
Moskvada qələmə alınan «Salam, Moskva» şeiri 
barədə xalq yazıçısı M.Hüseyn bir xatirə yazmışdır: 
S.Vuğrun Moskvanı çox sevirdi. Lakin müharibə 
ilə əlaqədar olaraq xeyli vaxt idi ki, o, Moskvada ol-
mamışdı:  8  ay  görmədim  camalını  mən,  —  misrası 
məhz buna işarədir. Moskvada bərk qar yağırdı, möh-
kəm şaxta idi. Biz birbaşa Puşkinin heykəli ucalan ye-
rə getdik. Hamının üzündə bir kədər, sərtlik vardı. Sə-
məd heykəlin lap yaxınına getdi, fikirli- fikirli heykə-
lə xeyli tamaşa edərək, öz-özünə nə isə dodaqaltı da-
nışırdı. Mən bu zaman özümdən asılı olmayaraq qəl-
bimdən  belə  bir  fikir  keçirdim:  müxtəlif  dövrlərin  iki 
böyük şairi üz-üzə dayanmışdır — biri qranit heykələ 
çevrilmiş şəkildə, biri isə canlı, bu günün müasir şairi. 
Elə isə bunlar bir-birinə necə də yaraşırdılar. Səmədin 
misraları qeyri-ixtiyari olaraq yadıma düşdü: 
 
Mən səni sevmişəm körpəliyimdən,  
Sənsən mehribanım, sənsən ustadım!  
Nə qədər bəxtiyar bir insanam mən  
Ki, sənin tələbən çağrılır adım. 


 
192 
  Sən  demə  Səməd  bu  anda  yazacağı  həmin  şei-
rin misralarını düşünürmüş. 
 
Biz yenə görüşdük qalmadı o qəm...  
Keçdi o duyduğum hicran günləri;  
Başıma pərvanə olmuşdur bu dəm  
Bir şair qəlbinin xəyal şəhəri. 
Yenə də keçirəm küçələrindən,  
Yenə qaynayırsan qocaman şəhər!  
Yenə hökm edirsən şüurlara sən, 
Yenə də işdədir yaradan əllər! 
 
Onu  da  deyək  ki,  faşizmin  törətdiyi  dəhşətlərə 
baxmayaraq, sanki hər şey öz qaydasındadır:  
 
Göylərə baş vuran qədim binalar  
Dayanmış əvvəlki əzəmətilə. 
 
Lakin  təbiət  də,  insanlar  da,  dostlar  da,  tanışlar 
da bir qədər  sərtləşmişdir: 
 
Qaşlar çatılmışdır, sərtdir baxışlar 
İndi müsəlləhdir bizim nəslimiz!.. 
 
Bayırda şaxtadır, buz bağlamış qar,  
Deyirlər rus qışı bərk gəlmiş bu il.  
 
Şair buna da məna verir: 
 
 O, dünya görmüşdür... bilir, yağılar. 
Boransız, süngüsüz məhv olan deyil! 


 
193 
Son  hissə  şeirin-sənətin  ölməzliyinə,  Puşkin 
lirasının  səfərbəredici  məzmun  və  mənasına,  onun 
odlu misralarının və saf məhəbbət  mücəssəməsi kimi 
əbədiləşdirdiyi  dastan  qəhrəmanlarının  Vətənin  dar 
günündə  müsəlləh,  mübariz  qüvvə  kimi  birləşərək 
faşizm  taunu  önündə  qranit,  keçilməz  sədd  kimi 
dayandığına  oxunan  himn  təsiri  bağışlayır.  Nəticə 
etibarilə  deməliyik  ki,  Puşkinin  adı  bizim  şairimizin 
xalısının  əlvan  ilmələrinə,  çiçəyinə,  orta  xalına, 
toxumasına çevrilmişdir. 
 
2007 


 
194 
 
MİR CƏLALIN ƏDƏBİ-TƏNQİDİ 
GÖRÜŞLƏRİNDƏ MÜASİR POEZİYA 
MƏSƏLƏLƏRİ 
 
Mir  Cəlal  öz  elmi-tədqiqat  işlərində  zaman 
məhdudiyyəti  bilmədiyi  kimi,  bədii  əsərlərin  forma, 
növ və janrlarında da heç bir hüdud, sərhəd tanımazdı; 
o,  ədəbiyyat  tariximizin  bütün  məsələləri  və  bütün 
görkəmli  şəxsiyyətlərinin  bədii  irsinə  dair  qiymətli 
tədqiqlər  aparır  və  onların  hamısında  müvəffəq 
olurdu; necə deyərlər, istər klassiklər olsun, istərsə də 
müasirlər,  böyük  yazıçı  üçün  bunun  elə  də  fərqi  ol-
mazdı. Məsələn, 1933-cü ildə M.S.Ordubadinin «Du-
manlı  Təbriz»  romanının  yaranması  yazıçının  inq-
ilabi-tarixi 
mövzuya  münasibətindəki  yeniliyin, 
sənətkarlıq  bənzərsizliyinin,  epik  vüsətin  əyani  sü-
butuna çevrildi. Bu roman Azərbaycan bədii nəsrinin, 
xüsusən onun monumental, çoxcildli, çoxşaxəli növü-
nün qələbəsi olmaqla, həm də siyasi, inqilabi mübari-
zənin  epik  lövhələrdə  təsviri  ilə  lirik  üslubi  haşi-
yələrin sintezinə necə nail olmağın inkaredilməz bədii 
faktı kimi ümumittifaq miqyasında ədəbi tənqidin diq-
qətini cəlb etməyə başladı və sovet romançılığının qı-
zıl fonduna daxil olan bir əsər kimi qiymətləndirildi. 
Azərbaycan  ədəbi  tənqidi  bu  əsərin  bədii  mate-
rialına  arxalanaraq,  tarixi  -inqilabi  romanın  bir  sıra 
nəzəri  probleminin  həllinə  girişdi.  Bu  məqalələrdən 
özünün konseptual, monoqrafik xarakterinə, obyektiv-
liyinə,  yüksək  tənqidçi  təfəkkürünün  parlaqlığına, 
aydınlığına  görə  Mir  Cəlalın  «Böyük  problemlər  ro-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə