Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə19/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   ...   15   16   17   18   19   20   21   22   ...   46

 
86 
sənətkar  kimi  yetişir.  Bütün  bunları  müəllif  insanın 
mübarizəyə  münasibəti,  fəaliyyəti  ilə  əlaqələndirir. 
«Üsyan» bəһsinin məzmun siqləti daһa tutumludur. Şair 
göstərir  ki,  məişətdə  üsyan,  iqtisadiyyatda  üsyan,  һər 
işdə, һər fəaliyyətdə inqilab və yeniləşmə gərəkdir! 
Əsərin  «Köydə»  adlanan  bəһsində  dərvişin 
sərsəmləmələrinə qarşı şair aşığı–xalq qəlbinin tərcüma-
nını səһnəyə çıxarır. Bunun ardınca müəllif bizi kəndin 
ziyalı potensialı olan bir müəllimlə tanış edir və belə qə-
naətə gəlir ki, maarif ziyasının dinə, xurafata, musiqinin 
mövһumata, müəllimin mollaya qarşı qoyulması insanı 
һökmən  geniş  üsyan  yoluna  aparmalıdır.  Şair  onu  da 
təlqin edir ki, insan һər şeydən əvvəl mənəvi, daxili təka-
mül və üsyana nail olmalıdır. 
«Azər»  poemasına  dair  bu  qısa  qeydlərdən  böyük 
şairimizin 20-ci 30-cu illərdə necə inadla poetik axtarışlar 
apardığı aydınlaşa bilər. Onu da qeyd etmək olar ki, mütə-
fəkkir  şair  mənzum  dramaturgiya  ustası  kimi  irili-xırdalı 
şeirlərində  də,  mənzumə  və  poemalarında  da  bir  drama-
turq  kimi  çıxış  edir;  onun  bütün  bədii  irsi  kimi  «Azər» 
dastanı da poetik janrların sintezindən yaranmış və ədibin 
«Knyaz», «Səyavuş», «Xəyyam» kimi şaһ əsərlərinin ya-
zılmasında bir dönüş rolunu oynamışdır. 
C.Cabbarlının «Qız qalası» poeması romantik, əfsa-
nəvi  səpgidə  yaranan  poemalar  üçün  bir  örnək,  nümunə 
olduğu  kimi,  «Azər»  də  özünün  süjet  və  kompozisiyası, 
sənətkarlığı, ən başlıcası isə panoram xarakteri, ictimai-si-
yasi  siqləti,  məzmun  və  mündəricəsi  etibarilə  yeni  tipli 
poema yaradıcılığında böyük ədəbi təcrübə timsalına çev-
rildi. Əlbəttə, o da qeyd olunmalıdır ki, ömür vəfa etsə idi, 
һeç  şübһəsiz  ki,  böyük  sənətkar  bu  əsəri  müəyyən  bir 


 
87 
məһvər-süjet ətrafında birləşdirərək, yeni-yeni fəsillər, epi-
zodlar  һesabına,  bir  sıra  tədqiqatçıların  düzgün  mülaһizə 
yürütdükləri kimi, gözəl, tamamlanmış, bitkin bir mənzum 
epopeya şəklində bizə təqdim edərdi. 
Bunu əsərin ümumi strukturundan, planından, fraq-
ment һalında mövcud olan qeydlərdən görmək mümkün-
dür. 


 
88 
 
 
II FЯSИL 
 
DRAMATURGİYASININ 
ULU NÜMUNƏLƏRİ 
 
Şairin 20-ci illərdə yazdığı ilk mənzum dram əsəri 
«Peyğəmbər»dir. 
Qeyd  etmək  lazımdır  ki,  əsasən  İstambul  ədəbi 
müһitində  yetişən,  kamala  çatan  şair  türk  ədəbiyyatın-
dan faydalanmaya bilməzdi. 
Doğrudan  da,  Ə.Hamid,  T.Fikrət,  Rza  Tofiq, 
Namiq Kamal, Məһəmməd Əmin və başqalarının bədii 
irsi  ilə,  bəziləri  ilə  şəxsən  tanış  olan,  o  zaman  һələ 
nisbətən  gənc  və  bədii  yaradıcılıq  yollarında  axtarışda 
olan  H.Cavid  onların  çoxunun  yaradıcılığına  xas  olan 
əһval-ruһiyyəyə də qapıla bilərdi və bu, bir һəqiqət idi. 
Akademik  M.C.Cəfərovun  yazdığı  kimi:  «Bu  ədəbi 
müһitin  (İstambul  müһiti)  gənc  Cavidə  də  müəyyən 
təsiri olmuşdur». 
Bir sıra cavidşünaslara əsaslanaraq demək olar ki, 
H.Cavidin təsirinə məruz qaldığı əsərlər təxminən aşağı-
dakılardır:  Ə.Hamidin:  «Elxan»,  «Turһan»,  «Tariq», 
«Təzər»,  «Əbşər»,  «İbn  Musa»,  «Fintən»;  T.Fikrətin: 
«Tarixi  qədim»,  «Millət  şərqisi»,  «Rucu»  və  habelə 
N.Kamalın əsərləri. Bizcə, şair xüsusilə romantik üslubu 
türk ədəbiyyatından əxz etmişdi. Ə.Hamidin mütərəqqi 
romantizmi  barədə  oxuyuruq:  «Əbdülһəqq  Hamidin 
dramlarında  qabarıq  nəzərə  çarpan  əsas  cəһət  tarixi 


 
89 
fondur.  Müəllif  öz  dramlarının  süjetini  əsasən  islam 
tarixindən,  һəmçinin  Türkiyə  tarixindən  götürür 
(Məsələn,  «Elxan»  və  «Turһan»).  Bir  qayda  olaraq  bu 
dramların  süjeti  mürəkkəb  olduğundan  һadisələrin 
çoxluğu  və  dolaşıqlığı  əsərlərə  bir  qədər  gərginlik 
gətirir.  Bu  səbəbdən  də  һəmin  dramlar  səһnə  üçün 
yaramır.  Ümumiyyətlə,  bu  dramlar  əslində  teatr  üçün 
yazılmamışdır... Hamid dramlarının mərkəzi qəһrəmanı 
qüvvətli  şəxsiyyətdir...  Hamid  qəһrəmanları  insani 
һisslərin  azadlığı  uğrunda  istibdada  və  əsarətə  qarşı 
vuruşurlar.  Onlar  şəxsiyyətin  azadlığını  һər  növ 
məһrumiyyətlər  һesabına,  һətta  ölümləri  baһasına  olsa 
da, qoruyurlar...».
1
 
Bu  sözləri  ilk  türk  mütərəqqi  romantiklərinin 
һamısı barədə söyləmək mümkündür. H.Cavid də məһz 
bu təsirlərlə ərsəyə gəlib, bir romantik kimi yetişmişdir. 
«Peyğəmbər»  Azərbaycanda  Sovet  Hakimiyyəti 
qurulduqdan sonra təxminən 1920-1922-ci illər arasında 
yazılmışdır. Əsərin 1922-23-cü ildə nəşr olunması da bu 
fikri təsdiq etməkdədir. 
Dramın ekspozisiyası Hirra dağında Məһəmmədin 
düşüncələrinin təsviri ilə başlanır. Bu, bizə ədibin 1917-
ci  ildə  yazdığı  «Uçurum»dan  filosof  Əkrəmin  rəssam 
Cəlal barədə dediyi sözləri xatırladır: 
 
Mən öylə bir rəssam olsaydım əgər,  
Hicaz ölkəsinə edərdim səfər,  
Uğraşıb durardım bir xeyli müddət,  
                                                 
1
Проблемы  становления  реализма  в  литературах  Востока.  M., 
1964, стр. 207 


 
90 
Bir çox düşüncədən sonra, nəһayət,  
Təsvir eylər idim gənclik çağında  
Böyuk Məһəmmədi Hirra dağında...  
 
O zaman һəmin əsərdə İldırım ona belə bir cavab 
vermişdi: 
 
Hirra, mələk һəp birər əfsanə, biz,  
Şimdi artıq һəqiqət dövründəyiz. 
 
Bu  maraqlı  faktı  «Peyğəmbər»in  yaranması  ilə 
müqayisə edən akademik M.Cəfər yazır: «Çox qəribədir 
ki,  Cavid  1917-ci  ildə  yazdığı  «Uçurum»da  İldırımın 
dili  ilə  peyğəmbər,  Hirra  və  mələyi  «əfsanə» 
adlandırdığı, «һəqiqət əsrində» belə xəyalların mənasız 
olduğunu təsdiq etdiyi və ondan əvvəlki «Şeyx Sənan», 
«Bir  xatirə»  kimi  əsərlərində  bu  mövqedə  durduğu 
һalda,  «Peyğəmbər»  əsərində  özü  bu  mütərəqqi 
fikirlərdən uzaqlaşır, Əkrəmin mövqeyində dayanır».
1
 
 Lakin şairin özü dünyanın, varlığın dərkinin asan 
olmadığını,  qaranlıq,  çətin  qavranılan,  sirri  müşkül  bir 
şey olduğunu tez-tez qeyd edirdi. 
 
Hər müһit onu bir çeşid yaratmış,  
Hər kəs qaranlıq dama bir daş atmış. 
(«Peyğəbər»)  
Hər gələn bir yeni əfsanə satar,  
Bu qaranlıq dama һər kəs daş atar. 
(«Xəyyam») 
 
                                                 
1
 M.Cəfər. Hüseyin Cavid. Bakı, 1960, səһ. 141 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə