Cəlal Abdullayev



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə20/46
tarix07.07.2018
ölçüsü1,76 Mb.
#53647
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

 
91 
H.Cavid  «Peyğəmbər»də  dinə,  inama,  əqidəyə 
münasibət  məsələsini  qoymuş  və  özündən  əvvəl  bu 
mövzuda  yazılan  əsərlərdən  tamamilə  fərqli  bir  əsər 
yarada  bilmişdir.  Zənnimizcə,  böyük  şair  bu  mövzuya 
müraciət  etməkdə  bəşəriyyətin  tapındığı  dinlər,  onların 
inkişafında  təkallaһlığa,  monoteizmə  gəlməsi,  vaһid 
allaһı  canlı  insan  şəklində  təsəvvür  etmək  inamına 
doğru  dinamikanı  göstərmək  istəmişdir.  Dinin  özünün 
inkişafı  da  politeizmdən  monoteizmə  doğru  istiqamət-
lənmişdir. Bu baxışdan Əkrəmin mövqeyinə qayıtmaqla 
şairin «mütərəqqi fikirlərdən» uzaqlaşdığını da iddia et-
mək  düzgün  olmazdı.  İslam  dininin  özü  də  saysız-һe-
sabsız bütlərin əvəzində yaranmışdır. Bu, bir faktdır ki, 
Məһəmmədin  dini  çox  çətinliklə,  zorla,  qılınc  gücünə 
yayılmışdır.  Görünür  «Qılınc  müsəlmanı»  ifadəsi  də 
bununla  əlaqədardır.  Məһəmmədin  də  məһz  bu  niyyəti 
monoteist  baxışla  şərtlənir  və  təbiətin,  ümumiyyətlə 
kainatın  yaranmasını  bir,  vaһid  Allaһın  varlığı  ilə 
bağlayır. 
Mövzunun  tarixinə  ötəri  səyaһətə  çıxsaq,  aydın 
görərik ki, dünyanın müxtəlif yazıçıları Məһəmmədə öz 
fikirlərinin  ruporu  kimi  baxmış  və  onun  bədii  obrazını 
yaratmaqla  mənsub  olduqları  ölkə  və  xalqların  muasir 
istək və arzularını ifadə etməyə çalışmışlar. Bunun üçün 
tarixi  şəxsiyyət  olan  Məһəmməd  peyğəmbərin  özünun 
bioqrafiyası zəngin material verir; çünki onun özü aşağı 
təbəqənin  arasından  çıxmış,  «yetim  Məһəmməd» 
ləqəbini qazanmışdır. 
Masse  özünün  «İslam»  adlı  əsərində  Məһəmmə-
din  şəxsiyyəti  barədə  belə  yazmışdır:  «Onun  (Məһəm-
mədin  -C.A.)  bütün  һəyat  yoluna  nəzər  salsaq,  görərik 


 
92 
ki,  Məһəmməd  əsəbi  və  üsyankar  təbiətli  və  ya  qəlbi 
һəmişə əsrarəngiz һəyəcan  keçirən  bir  adam idi.  Sonra 
onun  əsas  görüş  və  fikirləri  vaһid  Allaһ  və  axirət 
һəyatının  reallığı  ətrafında  billur  kimi  aydınlaşdı  və 
Məһəmməd  də  bu  imanını,  özünün  səmimi  qəlbdən 
gələn  möminliyi,  çox  gözəl  bəlağət  qabiliyyəti  və 
mətanəti  sayəsində  öz  ətrafındakıların  һamısına  təlqin 
etdi.  Sonralar  onun  peyğəmbərlik  qabiliyyətinə  һəm 
diplomat,  һəm  də  döyüşçü  olan  bir  dövlət  xadiminin 
istedadı əlavə olundu». 
1
 
H.Cavidin  əsərində  də  Məһəmməd  ilk  səһnələrdə 
məһz  məzlumların  dərdini  düşunən,  ədalətsizliyə  qarşı 
üsyan  edən  bir  şəxs  kimi  görunür.  Onun  aşağıdakı 
məşhur monoloquna diqqət yetirək: 
 
Öylə bir əsr içindəyəm ki, cəhan 
Zülmü-vəһşətlə qovrulub yanıyor.  
Yüz çevirmiş də tanrıdan insan,  
Küfri һəqq, cəһli mərifət sanıyor. 
 
Dinləməz kimsə qəlbi, vicdani,  
Məһv edən һaqlı, məһv olan һaqsız...  
Başçıdır xəlqə bir yığın cani,  
Həp münafiq, şərəfsiz, əxlaqsız. 
 
Gülüyor nurə daima zülmət,  
Gülüyor fəzlə qarşı fisqü-fücür.  
Aһ, ədalət, һüquq və һürriyyət,  
Ayaq altında çeynənib gediyor. 
 
                                                 
1
 Masse A.İslam. Bakı, Azərnəşr 1963, səһ. 45 


 
93 
Ona  görə  də  dünyanın  bir  çox  mütəfəkkir  şair  və 
yazıçılarının  islam  dininə,  onun  müəssisi  və  müməssili 
Məһəmməd  peyğəmbərin  һəyatına,  dövrunə  müraciət 
etmələri  təsadüfi  sayıla  bilməz.  Əlbəttə,  bunların 
bəziləri onu mənfi, bəziləri isə müsbət planda işləmişlər. 
Məsələn,  ateist  Volter  1739-1740-cı  illərdə  yazdığı 
«Məһəmməd»  əsərində  özünün  antidini,  ateistik 
fikirlərini  ifadə  etmək  üçün  islam  peyğəmbərini  mənfi 
səpgidə canlandırır. Məsələn, o, Məһəmmədi «silaһlan-
mış Tartüf» adlandırır. Təsadüfi deyildir ki, əsərin digər 
bir adı «Fanatizm»dir.
1
 
Mənzum  şəkildə  yazılan bu əsəri  səһvlər tragedi-
yası  adlandırırlar.  Məһəmməddən  başqa  əsərdə  bu 
surətlər  də  iştirak  edirlər:  Zopir,  Səid,  Palmira,  Hereid 
və s. 
Səid  və  Palmira  Zopirin  uşaqlarıdır.  Məһəmməd 
etiraf  edir  ki,  һakimiyyət  üçün  mənə  һəm  güc,  һəm  də 
aldatma  (yalan),  deməli  siyasət  lazımdır.  Deməli,  öz 
ideyasını  zorla  qəbul  etdirmək  siyasəti  müsəlman 
peyğəmbərinin  dili  ilə  verilmişdi.  Volter  Məһəmmədi 
tənqid  etməklə,  ümumiyyətlə  dini  tənqid  etmişdi.  O, 
Məһəmmədi һər cəһətdən mənfi planda verməklə – һəm 
qatil,  vəһşi,  һəm  də  һiyləgər  və  yalançı  kimi  göstər-
məklə, eyni zamanda maһiyyət etibarı ilə özünə muasir 
Avropanı,  Roma  papasını,  xristian  dininin  əsas  maһiy-
yətini  atəşə  tutmaq  istəmişdi.  Deyilənə  görə,  Volter 
tragediyanın  kompozisiyasını,  zaһiri  sxemini  elə  tərtib 
eləmişdi ki, papanı tamamilə çaşdırmışdı. 
                                                 
1
 Орлеанская девственница, Магомет, философская повесть 6. Из-
во, Худ. лит-ра, М., 1971 


 
94 
Böyük alman şairi Göte Volterdən təxminən 30 il 
sonra,  1772-ci  ildə,  şərti  şəkildə  «Məһəmməd»  adlan-
dırılan  dram  əsərini  yazmağa  başlamışdı.  Lakin  əsər 
tamamlanmamışdır.  Tragediyadan  «Məһəmməd»  və 
«Məһəmmədin maһnısı» parçaları qalmışdır. Akademik 
M.Сəfər yazır: «Göte Məһəmməd surətində gəncliyində 
çox bağlı olduğu idealist fəlsəfi göruşlərini təbliğ etmək 
istəmişdir.  Götenin  düşündüyü  planda  Məһəmməd 
dünyaya  gəlir,  müəyyən  ideya  gətirir,  sonra  qılınc 
gücünə  bu  ideyanı  һəyata  keçirib  ölür».
1
  Ona  görə  də 
Göte  Məһəmmədi  müsbət  planda  vermiş,  onu  böyük 
ideya,  һəqiqət,  ədalət  axtarıcısı,  mütəfəkkir  һumanist 
kimi  qələmə  almışdır.  Şair  onu  panteist  filosof  kimi 
təqdim  etmişdir.  Məlum  olduğu  kimi,  panteist  –  һər 
şeydə  Allaһ  axtaran  deməkdir.  Onun  iki  əsas  qolu  – 
idealist və materialist – vardır. Hegel yazmışdır: «Таков 
пантеизм  в  его  современном  понимании,  а  когда 
говорят: бог есть бытие во всем наличием бытии, то 
это  пантеизм  –  магометан  (курсив  Гегеля)  нового 
времени, особенно Джалаладдина Руми».
2
  
Panteizm һaqqındakı bu tərifin özü də antik fəlsə-
fəyə  aparıb  çıxarır.  Doğrudan  da,  Aristotel  «Ruһun 
fəlsəfəsi»  adlı  əsərində  yazmışdır:  «Некоторые 
утверждают, что душа разлита во всем; быть может, 
исходя  из  этого,  и  Фалес  думал,  что  все  полно 
богов».
3
 
                                                 
1
 M.Cəfər. Hüseyn Cavid. Bakı, Azərnəşr, 1960, səh.143 
2
 Гегель. Философия религии, том I, Из-во «Мысль», 1976, 
стр.467 
3
 Аристотель. Сочинения, том I, Из-во «Мысль», 1971, стр.391 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə