Cənub qafqazin landşaftlarinin təkamüLÜ g r



Yüklə 187,46 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix08.04.2018
ölçüsü187,46 Kb.
#36739
1   2   3   4   5   6   7

Üst  Pliosen  çökünütüləri  yer  səthinə  çıxır.  Bu  çöküntülər  dəniz  və  kontinental 

mənşəlidir  və  əsasən  gilli,  az  miqdarda  isə  çaqıldaşı  və  qumlu  materiallardan 

ibarətdir. 

Rion düzənliyinin geoloji quruluşu da Kür çökəkliyinə oxşardır. Lakin burada 

yağıntılar çox düşdüyünə görə qumlu və gilli materiallar daha geniş yayılmışdır. 

Rion  düzənliyinin  səthində  dəniz  və  kontinental  mənşəli  çöküntülər  geniş 

yayılsa da 2000-2500 m dərinlikdə kristallik özülü təşkil edən metomorfik süxurlar 

yerləşir. 

Zaqafqaziya  ərazisində  ən  mürəkkəb  geoloji  quruluşlu  bölgə  Kiçik  Qafqazın 

ə

razisidir.  Bu  bölgədə  ən  qədim  süxurlar  alt  paleozoydan  başlayaraq  devon, 



karbon,  perm,  tiras  çöküntülərinə  qədər  Naxçıvan  MR-nın  Sədərək  rayonu 

yaxınlığında, Tovuz rayonunun əsrikçayın aşağı hissəsində yer səthinə çıxır. 

Kiçik Qafqazın suayrıcı zonası və orta dağlıq ərazisində yura və az miqdarda 

təbaşir  çöküntüləri  dəniz  və  vulkan  mənşəli  çöküntülər  yer  səthinə  çıxır.  Çökmə 

süxurlar dəniz mənşəli əhəngdaşı, mergel, argillit, qumdaşı tərkibli çöküntülərdən 

ibarətdir. Vulkan süxurları isə turş və əsası intururiv çöküntülərdən ibarətdir. Kiçik 

Qafqazın suayrıcı zonasında həmçinin ultro əsası süxurlar da yer səthinə çıxır. 

Kiçik  Qafqazın  ərazisində  paleogen  və  neogen  çöküntüləri  də  geniş 

yayılmışdır.  Bunlar  məeşəcə  dəniz  və  vulkanogen  mənşəlidir.  Kiçik  Qafqazın 

ə

razisində  Dördüncü  Dövr  çöküntüləri  də  geniş  yayılmışdır.  Bu  çöküntülər 



xüsusilə  Axalkalaki,  Başkənd-Dəstəfur,  Domu-Tuğ  çökəkliklərini  qalın  örtük 

şə

kildə  örtmüşdür.  Bundan  başqa  həmin  çöküntülər  çayların  gətirmə  konuslarını 



örtmüşdür. Genetik tərkibcə həmin çöküntülər allüvial, allüvial-prolüvial, delüvial, 

delüvial-prolüvial, ellüvial, göl, buzlaq və s. geniş inkişaf etmişdir. 

Talış-Lənkəran təbii vilayətinin geoloji quruluşuna görə Lənkəran düzənliyinə 

və  Talış  dağlarına  ayrılır.  Lənkəran  düzənliyi  Dördüncü  Dövr  yaşlı  dəniz  və 

kontinental  çöküntülərin  növbələşməsindən  ibarətdir.  Genetik  tərkibcə  allüvial, 

allüvial-prolüvial, dəniz, delüvial mənşəli çöküntülər üstünlük təşkil edir. 

Talış  dağlarının  geoloji  quruluşunda  isə  bütün  ərazi  dəniz  və  vulkanogen 

mənşəli  paleogen  çöküntüləri  geniş  yayılmışdır.  Bəzən  bu  süxurlar  bir-bir  ilə 

Behruz Melikov

Behruz Melikov




növbələşir. Yalnız ərazinin şimal-şərqində ensiz zolaq şəkildə neogen çöküntüləri 

iştirak edir. 

Orta  Araz  təbii  vilayətinin  dağlıq  ərazisi,  həmçinin  paleogen  yaşlı  dəniz  və 

vulkanik  süxurlar    geniş  inkişaf  etmişdir.  Ermənistan  yaylasında  isə  yura,  təbaşir 

və eksen yaşlı vulkanik və çökmə süxurlar yayılmışdır. 

 

Behruz Melikov



Behruz Melikov


CƏNUB  QAFQAZIN TORPAQ ÖRTÜYÜ 

 

Zaqafqaziyanın  (Cənubi  Qafqazın)  torpaq  örtüyü  yüksəklik  zonallığa  tabe 

olaraq  formalaşdığı  kimi,  həm  də  qərbdən  şərqə  doğru  aridləşmə  prosesinin 

güclənməsi ilə əlaqədar olaraq dəyişir. 

Yüksəklik  zonallığının  dəyişməsi  və  qərbdən  şərqə  doğru  torpaq  örtüyünü 

dəyişməsi  Böyük  Qafqazın  ərazisində  daha  aydın  nəzərə  çarpır.  Belə  ki,  Kerç 

boğazından başlayaraq Tuapsi şəhərinə qədər karbonatlı qara torpaqlar, bütün Qara 

dənizin şimal-şərq sahili boyu Böyük Qafqazın cənub yamacında yağıntıların çox 

düşməsi  ilə  əlaqədar  olaraq  qonur,  qələv  meşə  torpaqları  üstünlük  təşkil  edir. 

Böyük  Qafqazın  bu  bölgəsində,  xüsusilə  Rion  düzənliyinin  şimalında  Böyük 

Qafqaza  bitişik  zonada  qəhvəyi  torpaqlar  inkişaf  etmişdir.  Lakin  Mərkəzi  Böyük 

Qafqazın  cənub  yamacında  qonur  meşə  torpaqları  daha  geniş  yayılmışdır.  Bu 

bölgələrdə,  həmçinin,  meşələrin  qırılmış  olduğu  sahələrdə  geniş  talalar  şəklində 

humuslu  qara  torpaqlar  da  yayılmışdır.  Şərqi  Böyük  Qafqazın  cənub-şərq 

yamacında isə qonur-qəhvəyi dağ meşə torpaqlar formalaşmışdır. Böyük Qafqazın 

meşə  örtüyündən  yuxarıda  (2200-2800  m)  yüksəklikdə  bütün  böyük  Qafqazın 

cənub  yamacında  çınqıllı,  bəzən  tərkibində  iri  süxur  parçaları  saxlayan  çınqıllı 

çəmən torpaqları yayılmışdır. Böyük Qafqazın əksər yüksək dağ qurşağında (2800-

3500  m)  boyca  qısa  və  sıx  ot  örtüyü  altında  çimli-torflu  çəmən  torpaqları 

formalaşmışdır. 3500-4000 m-dən yuxarıda isə nival-buzlaq landşaftları yerləşir. 

Kür-  Rion  dağarası  çökəkliyinin  torpaq  örtüyü  də  şərqdən  qərbə  doğru 

yağıntıların azalması ilə əlaqədar olaraq dəyişir: Rion düzənliyində yağıntıların çox 

düşməsilə  əlaqədar  olaraq  bataqlaşmış  torpaqlar  daha  geniş  yayılmışdır.  Rion 

düzənliyinin cənubunda, xüsusilə Batumi şəhəri ətrafında yağıntının yüksək olması 

(2500  mm)  burada  tropik  qurşağa  məxsus  olan  qırmızı  torpaq  örtüyü  daha  geniş 

yayılmışdır.  Düzənliyin  kənarlarında  qonur  ə  qələvi  meşə  torpaqları 

formalaşmışdır. 

Behruz Melikov

Behruz Melikov



Kür  və  Rion  düzənliklərini  bir-birindən  ayıran  Lix  silsiləsinin  qərb  və  şərq 

ə

təklərində  əsasən  qonur  meşə  torpaqları  üstünlük  təşkil  etsə  də,  qərb  yamacında 



qələvi qonur meşə torpaqları da müşahidə edilir. 

Geniş  dağarası  Kür  çökəkliyinin  torpaq  örtüyü  də,  qərbdən  şərqə  doğru  

dəyişir.  Yuxarı  Kür  çökəkliyində  qonur  meşə  torpaqları  daha  geniş  yayılmışdır. 

Lakin  meşələrin  qırıldığı  bölgələrdə  geniş  dağarası  çökəkliklərdə  (Kartali 

çökəkliyi) və silsilələrdə (Kartali silsiləsi) qonur şabalıdı və tünd şabalıdı, bəzən də 

humuslu qara torpaqlar müşahidə edilir. 

Orta  Kür  çökəkliyində  Gəncə-Qazax,  Qarabağ,  Mil  düzənliklərində  əsasən 

ş

abalıdı  və  açıq-şabalıdı  torpaqlar,  Ceyrançöl  ərazisində  dağ-şabalıdı  torpaqlar, 



Ceyrançölün 

şə

rqində 



qismən 

ş

oranlaşmış, 



bozumtul-şabalıdı 

torpaqlar 

yayılmışdır.  Gəncə-Qazax,  Qarabağ  düzənliklərinin  Kiçik  Qafqaza  bitişən  kənar 

hissələrində tünd-şabalıdı torpaqlar formalaşmışdır. 

Kür  –  Araz  ovalığında  boz  rəngli  çəmən  torpaqları  bütün  mərkəzi  Kür 

çökəkliyini  örtmüşdür.  Şirvan  düzənliyində  boz-çəmən  və  boz  yarımsəhra 

torpaqları geniş ərazini tutur. 

Tərtər  çayının  aşağı  axınında  boz  çəmən  torpaqları,  Kür  çayının  dərəsində 

ensiz zolaq şəkilində allüvial, allüvial-bataqlıq tipli torpaqlar formalaşmışdır. 

Lənkəran  düzənliyinin  dəniz  sahili  düzənliyində  sarı  torpaqlar,  düzənliyin 

kənar və dağətəyi bölgəsində orta və kəskin qələviləşmiş sarı torpaqlar, peştəsər və 

Burovar  silsilələrin  yamaclarında  az  qalınlığa  malik  dağ  sarı  torpaqlar  (zəif 

qələviləşmiş), suayrıcı zonada dağ-meşə qonur torpaqlar formalaşmışdır. 

Masallı,  Cəlilabad  rayonları  ərazisində  çəhrayı  və  şabalıdı  torpaqlar,  dəniz 

sahili zonada çəmən və bataqlıq-çəmən torpaqları yayılmışdır. Biləsuvar ərazisində 

açıq şabalıdı, bəzən boz rəngli şoranlaşma əlamətləri olan torpaqlar yayılmışdır. 

Kiçik  Qafqazın  ərazisində  torpaqların  formalaşması  şaquli  zonallıq  üzrə 

formalaşsa da, qərbdən şərqə doğru da dəyişir. Belə ki, Kiçik Qafqazın Qara dəniz 

sahillərində,  xüsusilə  Acar- meriten  və  Trealit  silsilələrinin  dəniz  sahili 

kənarlarında  subtropik  zonaya  məxsus  qırmızı  torpaqlar,  buranın  meşə  altında 

yerləşən zonasında qələvi-qonur-meşə torpaqları üstünlük təşkil edir. 

Behruz Melikov

Behruz Melikov



Yüklə 187,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə