Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

124  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

məsum imamın üzüyü ilə möhür vurulmuş daş var 

idi.

1

 



Hübabə  Valibiyə  özü  deyir  ki,  Əmirəl-möminin 

Əliyə  (ə)  dedim:  “Allahın  sizə  lütf  və  mərhəməti 

оlsun! İmamətinizin dəlili nədir?” 

İmam  Əli  (ə)  cavabında  belə  buyurdu:  “O  xırda 

daşları mənim yanıma gətir!” 

Mən  o  daşı  götürüb  İmama  (ə)  verdim.  İmam  (ə) 

üzüyü  ilə  o  daşı  möhürlədi.  Buyurduğu  kimi  də 

daşın üzərində möhürün izi həkk oldu. Bununla da 

həzrət  Əli  (ə)  üzünü  mənə  tutub  belə  davam  etdi: 

“Ey Hübabə! İmamlıq iddiası edənlər mənim kimi bu 

daşa  möhür  vura  bilsə,  deməli  o,  imamdır  və  ona 

itaət etmək vacibdir. İmam istədiyi hər bir şeyi bilən 

şəxsdir.” 

Mən  öz  işimin  ardınca  getdim.  İmam  Əli  (ə) 

dünyadan köçdü. Sonra İmam Həsənin (ə) hüzuruna 

getdim. İmam Həsən (ə) Əmirəl-möminin Əlinin (ə) 

oturduğu  yerdə  əyləşmişdi.  Camaat  ona  müxtəlif 

suallar verirdi. İmam Həsən (ə) məni gördükdə belə 

buyurdu: “Ey Hübabə Valibiyə!” 

Cavab verdim: “Bəli, mənim ağam!”  

İmam (ə) buyurdu: “Özünlə gətirdiyini mənə ver!” 

                                                 

1. “Tənqihul-Məqal”, 23-cü cild, səh. 75. 



İMAM ZAMANIN (ƏC.) QIYAMI 

125 


Mən  də  daş  parçasını  ona  verdim.  İmam  (ə) 

kübarcasına atası Əli (ə) kimi üzüyü ilə daşa möhür 

vurdu və möhür daşa həkk oldu. 

Daha  sonra  Peyğəmbər  (s)  məscidində  olduğu 

zaman İmam Hüseynin (ə) hüzuruna getdim. O məni 

görən kimi yanına çağırdı və xoş gəldin dedi və belə 

buyurdu: “Sənin istədiyin şey üçün dəlil mənimlədir. 

İmamətin nişanəsini istəyirsən?” 

Dedim: “Bəli, mənim ağam.” 

Buyurdu: “Özünlə gətirdiyini ver.” 

Mən  də  əlimdəki  daş  parçasını  ona  verdim.  O  da 

atası  və  qardaşı  kimi  üzüklə  daşın  üzərinə  öz 

möhürünü vurdu və möhürün yeri orada həkk oldu. 

İmam Hüseyndən (ə) sonra imam Səccadın (ə) dövrü 

gəlib  çatdı.  O  qədər  qocalmışdım  ki,  belim 

bükülmüşdü.  Axı  mənim  113  yaşım  var  idi.  Mən 

içəri girərkən İmam Səccad (ə) rüku və səcdədə idi. 

O ibadət edirdi və mənim daxil olduğuma varmadı. 

Elə  bunun  üçün  də  imamətin  nişanələrini  almaqda 

ümidsiz  halda  qayıtmaq  qərarına  gəldim.  İmam  (ə) 

kiçik  barmağı  ilə  işarə  etdi.  Mən  onun  işarəsi  ilə 

cavanlığıma  qayıtdım.  Dedim:  “Ey  mənim  ağam! 

Dünyadan nələr gedib, nələr qalıb!” 

Buyurdu: “Keçmişə baxanda çox şeylər keçib, amma 

gələcəyə baxanda, heç nə! (Yəni, bizim keçmişdə baş 

verən  hadisələr  barəsində  elmimiz  var,  amma 




126  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

gələcəyi  Allahdan  başqa  heç  kəs  bilmir).  Bəlkə  də, 

sizə deməyim məsləhət deyil.” 

Sonra buyurdu: “Özünlə gətirdiyini ver!” 

Mən  o  daşı  İmama  (ə)  təqdim  etdim  və  İmam  (ə) 

оnun  üzərinə  öz  möhrünü  həkk  etdi.  Bir  neçə 

müddətdən  sonra  İmam  Baqirin  (ə)  hüzuruna 

getdim.  O  da  həmin  daşı  möhürlədi.  Daha  sonra 

İmam  Sadiqin  (ə)  imaməti  dövründə  o  da  bu  daşı 

möhürlədi. Uzun illər keçdi və mən yenə də o daşla 

birlikdə  İmam  Kazımın  (ə)  xidmətinə  yetişdim.  O 

həzrət (ə) da üzüyü ilə daşın üzərində öz möhürünü 

həkk  etdi.  Daha  sonra  isə  İmam  Rzanın  (ə)  yanına 

getdim.  İmam  Rzanın  (ə)  da  möhürü  o  daşın 

üzərində  həkk  oldu.”  Hübabə  bu  möhürün 

vurulmasından 9 ay sonra hələ də sağ idi.

1

 

7) Rəşid Hicrinin qızı Qənva 



Bu  qadının  şəxsiyyəti  haqqında  sünni  və  şiə 

kitablarında  heç  bir  məlumat  yoxdur.  Daha  dəqiq 

desək,  o  naməlum  bir  şəxs  kimidir.

2

  Lakin  bu 



qadının  atasının  əsir  düşərək  İbn  Ziyad  vasitəsilə 

şəhid  olması  hadisəsi  onun  öz  dilindən  nəql 

olunmuşdur.  Bununla  da  bu  qadının  etiqadının 

                                                 

1.  “Kafi”,  1-ci  cild,  səh.  346;  “Tənqihul-Məqal”,  3-cü  cild,  səh. 

75. 


2. “Əyanuş-Şiə”, 32-ci cild, səh. 6. 


İMAM ZAMANIN (ƏC.) QIYAMI 

127 


möhkəmliyini  İslam  dini  və  şiəliyə,  xüsusilə  də 

Əmirəl-möminin  Əliyə  (ə)  qarşı  məhəbbətini  aşkara 

çıxarmışdır. 

Əbu  Həyyan  Bəcli  deyir  ki,  Rəşid  Hicrinin  qızı 

Qənvadan soruşdum: “Heç atandan hədis və yaxud 

rəvayət  eşitmisənmi?”  О  dedi:  “Atam  Əmirəl-

möminindən (ə) nəql edir ki, İmam (ə) belə buyurdu: 

Ey  Rəşid,  sən  necə  də  səbirlisən!  Bəni-Üməyyənin 

oğlu (İbn Ziyad) səni oz yanına çağıranda o sənin iki 

əl  və  ayaqlarını,  eləcə  də  dilini  kəsəcək.  Mənim 

şiələrimin sonu Cənnətdir. Ey Rəşid! Sən dünyada və 

axirətdə mənimləsən!” 

Qənva davam edərək deyir: “And olsun Allaha! Bir 

neçə  müddətdən  sonra  İbn  Ziyad  atamı  hüzuruna 

çağırdı və ondan Əlini (ə) söyməsini istədi. Atam isə 

bu  işi  görmədi.  İbn  Ziyad  dedi:  Əli  sənin  necə 

öləcəyini  sənə  deməyib?  Atam  cavab  verdi:  Mənim 

dostum Əli (ə) mənə dedi ki, sən məni onu söymək 

üçün  yanına  çağıracaqsan  və  mən  də  sənin  sözünü 

qəbul  etməyəcəm.  Sonra  isə  sən  mənim  2  əlimi,  2 

ayağımı  və  dilimin  kəsilməsini  əmr  edəcəksən.  İbn 

Ziyad  dedi:  And  olsun  Allaha!  Əlinin  dediklərinin 

əksinə  edəcəyəm.  Sonra  onun  2  əl  və  ayağını 

kəsməyi,  amma  dilinə  bir  şey  etməmək  əmrini 

verdi.” 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə