Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə26/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

120  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Beləliklə  də,  Siyanə  dirilərək  yenidən  bu  dünyaya 

qayıdacaq  və  İmam  Mehdinin  (ə.c)  yanında  öz 

vəzifəsini yerinə yetirəcək. 



2) Ümmü Əymən 

Onun əsil adı Bərəkədir. O, Peyğəmbəri-Əkrəmin (s) 

atası  Abdulladan  qalmış  kənizi  və  Allahın 

Rəsulunun  (s)  qulluqçusu  olmuşdur.

1

  Həzrət 



Peyğəmbər (s) onu “ana” deyərək çağırar və sonralar 

isə  onun  haqqında  belə  buyurardı:  “Bu  qadın 

(Ümmü Əymən) mənim əcdadımın yadigarıdır.” 

Ümmü  Əymənin  ilk  evlilik  həyatından  (Əbid 

Xəzrəcidən)  “Əymən”  adlı  bir  övladı  olmuşdur. 

Əymən  isə  nümunəvi  mühacir  və  mücahidlərdən 

biri  idi  və  o  “Hüneyn”  müharibəsində  şəhid 

olmuşdu. 

Ümmü  Əymən  bir  gün  Məkkədən  Mədinəyə 

gedərkən  yol  əsnasında  susuzluq  ona  güc  gəlmişdi. 

Az qalmışdı ki, bu, onun tələf olmasına səbəb olsun. 

Göydən onun üçün bir qab su gətirilir və o, bu suyu 

içəndən sonra daha heç vaхt susuz оlmur.”

2

 



                                                 

1.  “Tarixi  Təbəri”,  2-ci  cild,  səh.  7;  Hələbi,  “Sirə”,  1-ci  cild, 

səh.59. 

2. Əbdür-Rəzzaq, “Musənnəf”, 4-cü cild, səh. 309; “Əl-İsabə”, 4-

cü cild, səh. 432. 



İMAM ZAMANIN (ƏC.) QIYAMI 

121 


Ondan  Peyğəmbəri-Əkrəmin  (s)  vəfatında  nə  üçün 

ağladığının  səbəbini  soruşduqda  belə  cavab 

vermişdir: “And olsun Allaha! Onun vəfat edəcəyini 

bilirdim.  Mən  yalnız  vəhy  qapılarının  bağlandığına 

xatir göz yaşı tökürdüm.”

1

 



Fatimeyi  Zəhra  (s)  Fədək  hadisələri  zamanı  onu 

şahid  seçmişdi.  O,  Osmanın  xilafəti  dövründə  vəfat 

edibdir. 

3) Zübeydə 

Harun  Ər-Rəşidin  həyat  yoldaşı  olan  bu  qadın  şiə 

olmuşdur.  Harun  Ər-Rəşid  öz  arvadının  belə  əqidə 

sahibi  olduğunu  biləndə,  onun  talaqını  verib 

boşayacağına  and  içdi.  Zübeydə  xeyir  işlər 

görməkdə məşhur idi. Hətta Məkkə şəhərində suyun 

qiymətinin bir dinar qızıl pula olduğu dövrdə yalnız 

hacılara  deyil,  bütün  Məkə  camaatına  da  su 

paylayarmış.  О,  dağları  yardırıb  tunellər  saldıraraq 

(10  mayllıq  məsafədən)  Kəbəyə  su  çəkdirmişdi.  Bu 

qadının yüz kənizi var idi və оnlar hamılıqla Qurani-

Kərim  hafizi  idilər.  Gün  ərzində  bu  kənizlərin 

vəzifəsi Quranın onda bir hissəsini oxumaq idi. Belə 

ki,  Zübeydənin  yaşadığı  evdən  gələn  Quran 

                                                 

1. “Tənqihul-Məqal”, 3-cü cild, səh. 70. 




122  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

tilavətinin  səsi  bal  arılarının  vızıltısı  kimi  çox 

ucalırdı.

1

 



4) Əmmar Yasirin anası Süməyyə 

İslam  dinini  qəbul  etmiş  7-ci  şəxs  bu  qadın 

olmuşdur.  Elə  buna  görə  də,  ən  ağır  işgəncələrə 

məruz qalmışdı. Bəzən İslam Peyğəmbərinin (s) yolu 

Əmmar  Yasirin  valideynlərinin  evi  tərəfə  düşərkən, 

onların  Məkkənin  qızmar  günəşi  altında  ağır 

işgəncələr  çəkdiklərinin  şahidi  olardı.  Elə  bu 

səbəbdən  də  buyurardı:  “Ey  Yasirin  ailəsi,  səbirli 

olun! Sizə vədə verilmiş yerin cənnət olduğuna əmin 

olun!” 


Nəhayət, Süməyyə Əbu Cəhl kimi qaniçən cəllad bir 

şəxsin nizəsi altında şəhid оldu. О İslamda ilk şəhid 

qadındır.

2

 



5) Ümmü Хalid 

İraq valisi olan Yusif ibn Əmr, Zeyd ibn Əlini Kufə 

şəhərində  şəhid  edəndən  sonra  о  Zeydin  qiyamı  ilə 

həmkarlığa  meyilli  və  şiə  əqidəsini  daşıdığı  üçün 

Ümmü Xalidin də əlini kəsdirdi. 

Əbu  Bəsir  deyir  ki,  İmam  Sadiqin  (ə)  hüzurunda 

idim.  Bu  zaman  əli  kəsilmiş  Ümmü  Xalid  də  ora 

                                                 

1. “Tənqihul-Məqal”, 3-cü cild, səh. 78. 

2. “Usdul-Ğabbə”, 5-ci cild, səh. 481. 




İMAM ZAMANIN (ƏC.) QIYAMI 

123 


gəldi.  İmam  Sadiq  (ə)  buyurdu:  “Ey  Əbu  Bəsir! 

Ümmü Xalidin sözlərinə qulaq asmaq istəyirsənmi?” 

Dedim: “Bəli, çox sevinərdim.”  

Ümmü  Xalid  İmam  Sadiqin  (ə)  hüzuruna  gələrək 

sözə  başladı.  Mən  o  qadının  fəsahətli  və  bəlağətli 

olduğuna  orada  əmin  оldum.  İmam  Sadiq  (ə)  də 

onunla  vilayət  barəsində  və  düşmənlərdən  bəraət 

mövzusu haqqında söhbət etdi.

1

 

6) Hübabə Valibiyə 



Şeyx  Tusi  bu  qadını  İmam  Həsənin  (ə)  səhabəsi 

hesab etmişdir. İbn Davud isə onu İmam Həsən (ə), 

İmam Hüseyn (ə), İmam Səccad (ə) və İmam Baqirin 

(ə) səhabələrindən biri kimi tanıtmışdır. Digərləri isə 

bu  qadının  8-ci  məsum,  İmam  Rzanın  (ə)  səhabəsi 

olduğunu qeyd etmişlər. Hətta belə bir nəzəriyyə də 

vardır  ki,  İmam  Rza  (ə)  bu  qadını  öz  köynəyi  ilə 

kəfənləmişdir. Onun dünyasını dəyişdiyi zaman 240 

yaşı  var  imiş.  Eləcə  də,  bu  qadın  iki  dəfə  cavanlıq 

dövrünə qayıtmışdır. Birinci dəfə İmam Səccadın (ə) 

möcüzəsi  ilə,  ikinci  dəfə  isə  8-ci  İmamın  (İmam 

Rzanın)  (ə)  möcüzəsi  ilə  оlub.  Оnun  əlində  səkkiz 

                                                 

1.  “Mucəmu  Ricalil-Hədis”,  14-cü  cild,  səh.  23,  108  və  176; 

“Rəyahiynuş-Şəriə”, 3-cü cild, səh. 381. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə