Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

104  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

qəbul  etməyə  vadar  edir.  Yəni,  Cümə  günü  zühur 

edəcək, Şənbə günü isə qiyama qalxacaq. 

Rəvayətlərdə  eyniliklə  Şənbə  gününün  “qiyam” 

günü kimi təyin edilməsi, ilahi qanunların bərpası və 

müxalif  qüvvələrin  məhv  edilməsi  mənasını 

daşıyacaq. 

Qeyd etmək lazımdır ki, qiyamın Şənbə günündə baş 

verəcəyini  təkid  edən  rəvayətlərin  sənədləri 

haqqında  tədqiqat  aparmaq  da  pis  olmazdı.  Lakin 

qiyamın Cümə günündə olacağını deyən hədislərdə 

bu baxımdan heç bir irad nəzərə çarpmır. 

Bu barədə bir rəvayətə diqqət edin. İmam Sadiq  (ə) 

buyurmuşdur: “Biz Əhli-beytin (ə) Qaimi (ə.c) Cümə 

günü zühur edəcək.”

1

 



İmam Baqir (ə) bu barədə buyurub: “Elə bil ki, həzrət 

Qaimin  (ə.c)  Aşura  və  Şənbə  günü  “məqam”la 

“rükn”  arasında  və  Cəbrayılın  (ə)  da  оnun 

qabağında  dayanıb  camaatı  оnunla  beyət  etməyə 

çağırdığını görürəm.”

2

 



                                                 

1.  “İsbatul-Hudat”,  səh.  496;  “Biharul-Ənvar”,  52-ci  cild,  səh. 

279. 

2. “Qeybət”, Tusi, səh. 274; “Kəşful-Ğəmmə”, 3-cü cild, səh. 252; 



“Biharul-Ənvar”, 52-ci cild, səh. 290. 


İMAM ZAMANIN (ƏC.) QIYAMI 

105 


İmam  Baqirdən  (ə)  belə  nəql  edilir:  “İmam  (ə.c) 

Aşuranın  Şənbə  gününə  düşdüyü  və  İmam 

Hüseynin (ə) şəhid olduğu bir gün qiyam edəcək.”

1

 



Digər  yerdə  buyurub:  “Siz  heç  bu  günün  (Aşura 

gününün)  necə  bir  gün  olduğunu  bilirsinizmi?  Bu 

gün Allah-taala Adəm və Həvvanın tövbəsini qəbul 

etmişdir.  Bu  gün  Pərvərdigar  dənizi  yararaq  Bəni-

İsrail  üçün  iki  yerə  bölüb,  Firon  və  tərəfdarlarını 

suda  batırdığı  və  Musanın  (ə)  Firоna  qalib  gəldiyi, 

İbrahimin  (ə)  doğulduğu,  Yunus  peyğəmbərin 

qövmünün tövbəsini qəbul etdiyi, İsanın (ə) anadan 

olduğu  və  həzrət  Qaimin  (ə.c)  qiyam  edəcəyi  bir 

gündür.”


2

 

Başqa  bir  rəvayətdə  elə  bu  məzmunda  İmam 



Baqirdən

3

  (ə)  belə  nəql  edilmişdir.  Lakin  bu 



rəvayətdə  İbn  Bətaini  adlı  bir  şəxsin  olması,  sənəd 

baxımından bu rəvayətin mötəbərliyini şübhə altına 

salmışdır. 

                                                 

1. ““Kəmalud-Din”, 2-ci cild, səh. 653; “Qeybət”, Tusi, səh. 274; 

“Ət-Təhzib”, 4-cü cild, səh. 333; “Mulazul-Əxyar”, 7-ci cild, səh. 

174; “Biharul-Ənvar”, 52-ci cild, səh. 285. 

2. “Biharul-Ənvar”, 52-ci cild, səh. 285. 

3. “Ət-Təhzib”, 4-cü cild, səh. 300; “İqbal”, İbn Tavus, səh. 558; 

“Xəraic”, 3-cü cild, səh. 1159; “Vəsailuş-Şiə”, 7-ci cild, səh. 338; 

“Biharul-Ənvar”, 98-ci cild, səh. 34; “Mulazul-Əxbar”, 7-ci cild, 

səh. 116. 




106  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

İmam  Sadiq  (ə)  buyurub:  “23-cü  gecə,  İmam 

Mehdinin (ə.c) adı ilə nida ediləcək və Aşura günü, 

yəni  Hüseyn  ibn  Əlinin  (ə)  şəhid  olduğu  gündə 

qiyam edəcək.”

1

 



Həmçinin, İmam Sadiq (ə) digər yerdə belə buyurub: 

“Novruz  bayramı  günü  bizim  Əhli-beytin  (ə) 

Qaiminin (ə.c) zühur edəcəyi həmin gündür.”

2

 



1. Zühurun elan оlunması 

İmam Mehdinin (ə.c) zühuru ilk öncə səmadan gələn 

səs  vasitəsi  ilə  elan  ediləcək.  Bu  hadisə  İmam 

Mehdinin (ə.c) Kəbə arxasında dayanıb haqqa dəvət 

edərək  özünün  zühurunu  elan  etdiyi  zaman  baş 

verəcək. 

Əmirəl-möminin Əli (ə) buyurur: “Göy üzündən bir 

səda eşidiləcək: Haqq  Ali-Məhəmmədlədir! Hidayət 

yoluna  və  səadətə  qovuşmaq  istəyirsinizsə,  Ali-

Məhəmmədin  ətəyindən  yapışın,  İmam  Mehdi  (ə.c) 

zühür edəcək!”

3

 



İmam  Baqir  (ə)  bu  barədə  belə  buyurub:  “İmam 

Mehdi  (ə.c)  Məkkədə  xiftən  namazı  zamanı  zühur 

                                                 

1. “Qeybət”, Tusi, səh. 274; “Biharul-Ənvar”, 52-ci cild, səh. 290. 

2.  “Əl-Muhəzzəbul-Bare”,  1-ci  cild,  səh.  194;  “Ərbəin”, 

Xatunabadi, səh. 187; “Vəsailuş-Şiə”, 5-ci cild, səh. 228; “İsbatul-

Hudat”, 3-cü cild, səh. 571; “Biharul-Ənvar”, 52-cic ild, səh. 208. 

3. “Əlhavi lil-Fətava”, 2-ci cild, səh. 68; “İhqaqul-Həqq”, 13-cü 

cild, səh. 324. 



İMAM ZAMANIN (ƏC.) QIYAMI 

107 


edəcək.  Bu  zaman  onun  əlində  bir  bayraq, 

Peyğəmbəri-Əkrəmin  (s)  köynəyi  və  qılıncı  olacaq. 

O,  işa  namazını  qıldıqdan  sonra  belə  deyəcək:  Ey 

camaat!  Sizi  Allah-taalanı  zikr  etməyə  çağırıram  və 

qiyamət  günü  Oonunla  üzbəüz  gələcəyinizə  əmin 

edirəm. O böyük Allah siz insanlara öz höccətini (bu 

dünyada)  tamamlamış,  peyəmbərlərini  sizin  üçün 

göndərmiş  və  sizin  üçün  Qurani-Kərimi  nazil 

etmişdir.  Allah-taala  sizə  ona  şirk  etməmək  və 

göndərdiyi  peyğəmbərlərinə  itaət  etməyi  əmr  edib. 

Оnun nazil etdiyi Quranda verdiyi əmrlərdən biri də 

dirçəldilməəsi lazım оlan şeyləri yerinə yetirmək və 

məhv ediləcək şeylərin isə aradan qaldırılmasıdır. Bu 

əmrlərə  əməl  edin,  hidayət  yolçularının  yardımçısı 

olun,  təqvalı  və  pərhizkarlarla  həmkarlıq  edin. 

Çünki  fasiq  dünyanın  sonu  yetişmiş  və  onunla 

vidalaşmaq zamanı gəlib çatmışdır. 

Mən  sizi  Allaha,  onun  Rəsuluna  (s)  itaətə  və 

kitabındakı  qanunlara  əməl  edib  Peyğəmbərinin  (s) 

gözəl  rəftarlarını  dirçəltməyə  və  batil  işləri  məhv 

etməyə  tərəf  dəvət  edirəm.  Bu  sözləri  dedikdən 

sonra  İmam  Mehdi  (ə.c)  üç  yüz  оn  üç  nəfər  yaхın 

sirdaşları ilə zühur edəcək.”

1

 



                                                 

1.  Fitən”,  İbn  Həmmad,  səh.  95;  “Əqdud-Durər”,  səh.  145; 

“Ləvaih”, Səfarini, 2-ci cild, səh. 11; “Mulahim”, İbn Tavus, səh. 

64; “Siratul-Mustəqim”, 2-cic icld, səh. 262. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə