Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

ÜMID QAPISI 

93 


Əffan  Bəsri  deyir  ki,  İmam  Sadiq  (ə)  mənə  belə 

buyurdu:  “Qumun  nə  üçün  Qum  deyə 

adlandırıldığını bilirsənmi?” 

Mən  dedim:  “Allah-taala,  Onun  Rəsulu  (s)  və  siz 

daha yaxşı bilirsiniz.” 

Buyurdu:  “Qum  ona  görə  “Qum”  adlandırılıb  ki, 

onun  sakinləri  Ali-Məhəmmədin  Qaiminin  (ə.c) 

ətrafına  toplaşacaq,  onunla  birlikdə  qiyam  edəcək, 

bu  yolda  çox  möhkəm  olacaq  və  ona  kömək 

edəcəklər.”

1

 

Məhəmməd  (s)  sülaləsinin  Sadiqi  (ə)  başqa  bir 



rəvayətdə bu barədə belə buyurur: “Qumun torpağı 

müqəddəsdir,  Qum  sakinləri  bizdən,  biz  isə 

onlardanıq. Heç bir zalım orada pis məqsəd güdməz. 

Belə  olarsa,  onun  cəzası  tezləşər.  Əlbəttə,  bu, 

qardaşlarına  xəyanət  etmədiyi  haldadır.  Əks 

təqdirdə, Pərvərdigar onlara daha pis əməl sahibləri 

оlan  zalımları  hakim  edər.  Amma  Qum  camaatı 

bizim  Qaimimizin  (ə.c)  dostları  və  bizim  haqqımıza 

dəvət edənlərdir.” 

Söhbətin  bu  məqamında  İmam  (ə)  başını  asimana 

tərəf  qaldıraraq  dua  etdi:  “Pərvərdigara!  Onları  hər 

bir fitnədən uzaq saхla və bəlalardan xilas et.”

2

 

                                                 



1. Biharul-Ənvar, 60-cı cild, səh. 216. 

2. Biharul-Ənvar, 60-cı cild, səh. 218. 




94  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

İran - İmam zaman (ə.c) ölkəsi 

Qum  şəhəri  haqda  qeyd  olunan  rəvayətlərdən 

göründüyü  kimi  iranlıların  İmam  Zamanın  (ə.c) 

zühurundan əvvəlki dövrdə əhəmiyyətli rolu vardır. 

Lakin  azca  diqqət  olunarsa,  məsum  imamların  (ə) 

kəlamında  onların  İran  və  bu  ölkə  xalqına  xüsusi 

əhəmiyyət  verdiyinin  şahidi  olarıq.  Həm  də  bu 

rəvayətlərdə  İmam  Mehdinin  (ə.c)  zühurundan 

əvvəlki  dövrdə  dinə  göstərdikləri  xidmət  və  zühur 

üçün  yaratdıqları  şərait  barədə  bilgilər  də  vardır. 

Kitabın  bu  hissəsində  isə  biz  zühur  üçün  şərit 

yaradan  iranlılar  barəsində  bir  neçə  rəvayəti 

nəzərinizə çatdırırq: 

İranlilar yaxşı yad olunur 

İbn  Abbas  deyir  ki,  Rəsuli-Əkrəmin  (s)  hüzurunda 

farslar  barədə  söz  açıldı.  Həzrət  (s)  buyurdu:  “Fars 

əhli (məqsəd iranlılardır) biz Əhli-beytdən (ə) hesab 

olunurlar.”

1

 



Rəsuli-Əkrəmin  (s)  hüzurunda  məvali  və  əacim

2

 



barəsində yad edildiyi zaman о belə buyurdu: “And 

                                                 

1. “Zikru İsbəhan”, səh. 11. 

2. 


Məvali


  və 


mövla


  sözünün  lüğətdə  müxtəlif  mənaları 

vardır. Əllamə Əmini “Əl-Qədir” kitabının 1-ci cildində bu söz 

üçün 22 məna qeyd edir. Amma terminoloji cəhətdən, yəni ayə 

və  rəvayətlərdə  isə  5  məna  kəsb  etdiyini  deyərək  yazır:  Vəlau 

itq,  vəlau  İslam,  vəlau  həlf,  vəlau  qəbilə.  Vəla  sözləri  ərəblə 




ÜMID QAPISI 

95 


olsun  Allaha,  mən  onlara  sizdən  daha  çох 

inanıram.”

1

 

İbn  Abbas  deyir:  “Sizə  qara  bayraq  gətirilən  zaman 



farslara  hörmət  edin,  çünki  sizin  dövlətiniz 

onlarladır.”

2

 

Bir gün Əşəs Əmirəl-möminin Əliyə (ə) etiraz edərək 



dedi:  “Ey  Əmirəl-möminin  (ə)!  Niyə  bizdən  qabaq 

bu  əcəmlər  (qeyri-ərəblər)  sizin  ətrafınıza 

toplaşıblar?” 

İmam  Əli  (ə)  qəzəbləndi  və  belə  cavab  verib 

buyurdu:  “İri  cüssəli  xeyirsiz,  hər  biri  uzunqulaq 

kimi öz yatağında bükülüb yatan, şan-şöhrət və fəxr 

etmək  xatirinə  digər  bir  qövmün  insanlarından  üz 

                                                                                                

qarşılıqlı  mənadır.  Mənası  isə  qeyri-ərəb  deməkdir.  Bu 

mənadan  əksər  zamanlar  rical  alimləri  istifadə  edir.  Müraciət 

edin: “Ət-Təqribu vət-Təysir”, 2-ci cild, səh. 333. 

Bu mənanın iranlılar barədə istifadə edilməsinə səbəb isə bəlkə 

də bunun оnlar barədə çox istifadə edilməsidir. Əlbəttə, bəziləri 

bu versiyanı qəbul etməkdə israrlıdırlar. 

Bütün bunlardan əlavə, biz də israr üçün deyil, məhz elə qədim 

və müasir alimlərin kitablarında  belə təfsir olunduğu üçün  bu 

mənanı qəbul edirik. Lakin bu mənaya çох təkid etmirik. 

“Fars”  Rum  ölkəsi  müqabilində  qeyd  olunan  bir  diyardır.  Bu 

günkü İran və qədim dövrlərdə İran torpağı sayılan torpaqlara 

deyilir. 

1.  “Zikru  İsbəhan”,  səh.  12;  “Əl-Camius-Səhih”,  5-ci  cild,  səh. 

382. 


2. “Ramuzul-Əhadis”, səh. 33. 


96  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

döndərirlər.  Siz  indi  də  mənə  onları  (farslardan) 

özümdən uzaqlaşdırmağımı söyləyirsiniz? Heç vaхt! 

Mən  onları  özümdən  uzaqlaşdırmaram

1

  və  cahilliyi 



üzərimə  götürə  bilmərəm.  And  olsun  toxumu 

cücərdib məxluqatı Yaradan Pərvərdigara! Sizin indi 

onları  İslama  dəvət  etmək  üçün  qılınc  çəkdiyiniz 

kimi,  onlar  da  sizi  İslam  dininə  qaytarmaq  üçün 

sizinlə döyüşə qalxacaqlar.”

2

 



Zühur üçün şərait yaradanlar 

Zühurdan əvvəlki hadisələr və İmam Mehdinin (ə.c) 

döstları  və  silahdaşları  haqda  rəvayətlərin 

əksəriyyəti İran və iranlılar barəsindədir. Bu mövzu 

fars  əhli,  əcəm,  Xorasan  əhli,  Qum  əhli,  taliqanlılar, 

reylilər  və  bu  kimi  müxtəlif  sözlərlə  bəyan 

оlunmuşdur. 

Hədisləri  diqqətlə  araşdırarıqsa,  belə  nəticəyə  gələ 

bilərik ki, İmam Zamanın (ə.c) zühurundan öncə İran 

ölkəsində  ilahi  quruluş  və  məsum  imamların  (ə) 

                                                 

1. O dövrdə Kufə bazarında əksər iranlı və fars tacirlər olduğu 

üçün  fars  dilində  danışardılar  (“Müstədrəkül-Vəsail”,  13-cü 

cild,  səh.  250,  4-cü  hədisdən  anlaşıldığı  kimi).  Elə  bu  hədisə 

əsasən də, Əşəsin Əmirəl-möminin Əliyə (ə) etirazı və Həzrətin 

ona  müdafiə  xarakterli  cavabı  məhz  elə  iranlılar  barədə 

olmuşdur. 

2.  “Əl-Ğarat”,  24-cü  cild,  səh.  498;  “Səfinətul-Bihar”,  2-ci  cild, 

səh. 693; İbn Əbil-Hədid, “Nəhcül-Bəlağənin Şərhi”, 20-ci cild, 

səh. 284. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə