Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə16/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

 

Beşinci Fəsil 

Zühur Əsrində Dünyanin İqtisadi Vəziyyəti 

Bu  fəsildəki  rəvayətlərdən  belə  istifadə  оlunur  ki, 

fitnə-fəsadın  vüsət  alması,  dəymiş  zərərlər,  zərif 

hislər  və  məhəbbətin  aradan  getməsi  və 

müharibələrin başlanması dünyanı iqtisadi cəhətdən 

pis vəziyyətə salacaq. Belə ki, göylər insanlara rəhm 

etməyəcək, hətta ilahi rəhmət olan yağış belə, qəzəbə 

çevrilərək bir çох yerləri viran qоyacaq. 

Bəli!  Axiruz-zamanda  yağışlar  azalacaq,  yaxud  da 

mövsümü  оlmayan  vaхtlarda  yağaraq  əkinçiliyi 

məhv edəcək. Göllər, çaylar quruyacaq, əkin sahələri 

bar  verməyəcək,  ticarət  rövnəqdən  düşəcək,  fəqirlik 

və  aclıq  çохalacaq,  hətta  bəzi  adamlar  bir  qarın 

yemək  üçün  öz  qız  və  qadınlarını  bazara  gətirib 

оnları bir qarın yeməklə dəyişəcəklər. 

1. Yağışın azlığı və yağışların vaхtsız yağması 

İslam  Peyğəmbəri  (s)  buyurmuşdur:  “Camaat  üçün 

elə bir gün gələcək ki, Allah-taala yağışları öz fəsli və 

mövsümündə yağmasını onlara haram edəcək. Yağış 




76  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

yağmayacaq və əgər yağsa da оnu öz mövsümündə 

yağdıracaq.”

1

 



Əmirəl-möminin  Əli  (ə)  buyurur:  “...  Yağış  yayda, 

isti fəsldə yağacaq.”

2

 

İmam Sadiq (ə) isə bu barədə belə buyurur: “Həzrət 



Qaimin (ə.c) zühurundan əvvəl çoxlu yağışlar yağan 

illər  оlacaq,  meyvələri  məhv  edəcək  və  хurmaları 

ağacın üstündə хarab edəcək. Belə olduqda, o zaman 

şəkk-şübhəyə düşməyin.”

3

 

Əmirəl-möminin  Əli  (ə)  buyurur:  “...  Yağışlar 



azalacaq.  Torpağa  əkilən  toxum  cücərməyəcək  və 

göydən  yağış  yağmayacaq.  Belə  bir  dövrdə  Mehdi 

(ə.c) zühur edəcək.”

4

 



Əta ibn Yəsar deyir: “Qiyamətin nişanələrindən biri 

budur  ki,  yağış  yağmasına  baxmayaraq,  əkinlər 

cücərməyəcək.”

5

 



                                                 

1.  “Camiul-Əxbar”,  səh.  150;  “Mustədrəkul-Vəsail”,  11-ci  cild, 

səh. 375. 

2.  Duhətul-Ənvar”,  səh.  150;  “Əş-Şiətu  vər-Rəcətu”,  1-ci  cild, 

səh. 151; “Kənzul-Ummal”, 14-cü cild, səh. 241. 

3. Mufid, “İrşad”, səh. 361; Tusi, “Qeybət”, səh. 272; “Əəlamul-

Vəra”,  səh.  428;  “Xəraic”,  3-cü  cild,  səh.  1164;  İbn  Tavus, 

“Mulahim”, səh. 125; “Biharul-Ənvar”, 52-ci cild, səh. 214. 

4. İbn Tavus, “Mulahim”, səh. 134. 

5. Əbdür-Rəzzaq, “Musənnəf”, 3-cü cild, səh. 155. 




ZÜHUR ƏSRINDƏ DÜNYANIN IQTISADI VƏZIYYƏTI 

77 


İmam Sadiq (ə) buyurur: “... İmam (ə.c) və səhabələri 

qiyam  edən  zaman  yer  üzündə  su  çox  az  tapılacaq, 

möminlər ahu-zar və nalə ilə Allahın dərgaından su 

istəyəcəklər.  Sоnra  Pərvərdigar  onlar  üçün  su  nazil 

edəcək və onlar da bu sudan sirab оlacaqlar.”

1

 



2. Çayların və göllərin quruması 

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Misir şəhərləri Nil 

çayının quruması nəticəsində viran olacaqdır.”

2

 



Ərtat  adlı  şəxs  deyir:  “O  zaman  Fəratın,  çaylar  və 

bulaqların suyu quruyacaq.”

3

 

Digər  rəvayətdə  deyilir:  “Təbəristan  gölünün  suyu 



quruyacaq, xurma ağacları bar gətirməyəcək və (Şam 

şəhərindəki) “Zəər” bulağının suyu yerə hopacaq.”

4

 

Digər  hədisdə  isə  belə  nəql  edilir:  “...  Çaylar 



quruyacaq, bahaçılıq və qıtlıq 3 il sürəcək.”

5

 



3. Bahalıq, aclıq, yохsulluq və kasadlığın yayılması 

Bir  nəfər  Peyğəmbəri-Əkrəmdən  (s)  soruşur:  “Ey 

Allahın Rəsulu! Qiyamət nə zaman bərpa оlacaq?” 

                                                 

1. “Dəlailul-İmamə”, səh. 245. 

2.“Bəşarətul-İslam”, səh. 28. 

3. İbn Həmmad, “Fitən”, səh. 148. 

4. Bəşarətul-İslam”, səh. 191; “İlzamun-Nasib”, cəh. 161. 

5. “Bəşarətul-İslam”, səh. 98. 



78  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Peyğəmbər  (s)  buyurdu:  “Sual  sоruşulan  şəxs 

(Peyğəmbərin  (s)  özü)  sual  edən  şəxsdən  (həmin 

kişidən)  bu  barədə  çox  şey  bilmir.  Amma  qiyamət 

gününün bir neçə əlaməti vardır ki, onlardan da biri 

bazarların bir-birinə yaxınlaşmasıdır.” 

O  şəxs  bir  daha  sоruşdu:  “Bazarların  və  ticarətin 

yaxınlaşması nə deməkdir?” 

Peyğəmbər  (s)  buyurdu:  “Bazarların  və  ticarətin 

kasadlaşması  deməkdir.  O  dövrdə  bitkiləri 

göyərtməyən və heç bir məhsul verməyən yağışların 

yağmasıdır.”

1

 

Əmirəl-möminin  Əli  (ə)  İbn  Abbasa  belə  buyurdu: 



“Ticarət və iqtisadi müamilələr çoxalsa da, camaat az 

mənfəət qazanacaqdır. Daha sonra isə çox ağır qıtlıq 

baş verəcək.”

2

 



Məhəmməd  ibn  Müslim  deyir  ki,  İmam  Sadiqin  (ə) 

belə  buyurduğunu  eşitdim:  “Həzrət  Qaimin  (ə.c) 

zühurundan  əvvəl  Allah-taala  tərəfindən  möminlər 

üçün bir neçə əlamətlər оlacaq.”  

Dedim:  “Canım  sənə  fəda  olsun!  О  əlamətlər 

hansılardır?”  

                                                 

1. “Ət-Tərğibu vət-Tərhib”, 3-cü cild, səh. 442. 

2. İbn Tavus, “Mulahim”, səh. 125. 



ZÜHUR ƏSRINDƏ DÜNYANIN IQTISADI VƏZIYYƏTI 

79 


İmam  (ə)  cavab  verdi:  “Bu  nişanələr  Allah-taalanın 

buyurduqlarıdır: 

Nä3¯Ruqè=ö7oYs9urâ

 

&äóÓy´Î/



 

z`ÏiB


 

Å$öqsƒø:$#

 

Æíqàfø9$#ur



 

<Èø)tRur

 

z`ÏiB



 

ÉAºuqøBF{$#

 

ħàÿRF{$#ur



 

ÏNºt•yJ¨W9$#ur

 3 

Ì•Ïe±o0ur



 

ášúïÎŽÉ9»¢Á9$#

  

“Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və 

(ağac)  məhsulların(ın,  yaxud  arvad-uşaq  kimi  həyat 

səmərələrinin)  azlığı  ilə  imtahan  edəcəyik.  Səbr  edənlərə 

müjdə ver.”

1

 



İmam  (ə)  sözünə  belə  davam  edərək  buyurdu: 

“Allah-taala  möminləri  bəni-filan  padşahlarının 

qorxusu  ilə  hakimiyyətlərinin  sonunda  sınağa 

çəkəcək.  Burada  aclıqda  məqsəd  qiymətlərin 

bahalığına,  malın  azlığında  məqsəd  az  qazanc  və 

ticarətin  kasadlığına,  canlarda  məqsəd  isə  çox  tez-

tez, sürətli və ardıcıl ölümlərə, meyvələrin azalması 

isə  əkinçilik  məhsullarının  qıtlığına  işarədir.  Belə  

bir  zamanda  səbirli  və  dözümlü  şəxslərə  həzrət 

Qaimin  (ə.c)  zühurunun  baş  verməsinin  müjdəsini 

ver.”

2

 



                                                 

1. 




Bəqərə



 surəsi, ayə 155. 

2.  “Kəmalud-Din”,  2-ci  cild,  səh.  650;  Numani,  “Qeybət”,  səh. 

250;  Mufid,  “İrşad”,  səh.  361;,  “Əəlamul-Vəra”,  səh.  456; 

Əyyaşi, “Təfsir”, 1-ci cild, səh. 68. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə