Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

71 


digərindən  çox  uzun  çəkəcək.  O  dövrdə  camaatı 

ölüm və qətllər bürüyəcək.”

1

  

Cabir deyir ki, İmam Baqirdən (ə) soruşdum: “Bu iş 



(yəni  İmam  Mehdinin  (ə.c)  qiyamı)  nə  zaman  baş 

verəcək?” 

İmam (ə) sualın cavabında buyurdu: “Ey Cabir! Hirə

2

 



ilə  Kufə  arasında  ölənlərin  sayı  çoxalmayınca,  bu  iş 

necə baş verə bilər?”

3

 

İmam  Sadiq  (ə)  buyurub:  “Həzrət  Qaimin  (ə.c) 



zühurundan  əvvəl  iki  növ  ölüm  olacaq:  Qırmızı 

ölüm  və  ağ  ölüm.  O  zamanda  insanların  hər  yeddi 

nəfərindən beşi öləcək.”

4

 



Əmirəl-möminin  Əli  (ə)  buyurub:  “Camaatın  üçdə 

bir hissəsi öldürülmədən, üçdə biri ölmədən və üçdə 

biri  sağ  qalmadan  İmam  Mehdi  (ə.c)  zühur 

etməyəcək.”

5

 

                                                 



1.  Numani,  “Qeybət”,  səh.  173;  “Dəlailul-İmamət”,  səh.  293; 

“Təqribul-Məarif”,  səh.  187;  “Biharul-Ənvar”,  52-ci  cild,  səh. 

156. 

2.  Hirə  Kufə  ilə  3  mil  (6  km)  fasiləsi  olan  bir  şəhər  adıdır. 



“Mucəmul-Buldan”, 2-ci cild, səh. 328. 

3.  Tusi,  “Qeybət”,  yeni  çapı,  səh.  446;  “İsbatul-Hudat”,  3-cü 

cild, səh. 728; “Biharul-Ənvar”, 52-ci cild, səh. 209. 

4.  “Kəmalud-Din”,  2-ci  cild,  səh.  665;  “Əl-Ədədul-Qəviyyə”, 

səh 66; “Biharul-Ənvar”, 52-ci cild, səh. 207. 

5.  İbn  Tavus,  “Mulahim”,  səh.  58;  “İhqaqul-Həqq”,  13-cü  cild, 

səh. 29. 



72  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Əmirəl-möminin  Əlidən  (ə)  sоruşdular:  “İmam 

Mehdinin  (ə.c)  zühurunu  müəyyənləşdirən  bir 

nişanə, yaxud əlamət vadırmı?”  

İmam Əli (ə) buyurdu:  

<

ﻊﻴﻨﺷ ﻥﻮﻋﺎﻃ ﻭ ﻊﻳﺮﺳ ﺕﻮﻣ ﻭ ﻊﻴﻈﻓ ﻞﺘﻗ ،ﻢﻌﻧ

.>

١

  



“İrşadul-qulub”

2

  kitabının  nəqlinə  əsasən  “qətlun 



zəri”,  yəni  “bütün  dünyanı  bürüyən”  və  “sürətli 

ölüm” deməkdir. 

Amma  “Mədinətul-Məcaz”

3

  kitabının  dediklərinə 



əsasən “qətlun rəzi” çirkin və alçaq ölüm deməkdir. 

“Hilyətul-Əbrar”

4

  kitabı  isə  “qətlun  fəzi”  sözünü 



“хоşagəlməz ölüm” kimi mənalandırmışdır. 

Rəvyətin  mənası  isə  belədir:  “Bəli,  İmam  Mehdinin 

(ə.c)  zühurunun  bir  neçə  əlamətləri  vardır: 

Dünyamiqyaslı,  хоşagəlməz  və  alçaq  səviyyəli 

qətllər,  ardıcıl  və  sürətli  ölümlər,  eləcə  də,  taun 

xəstəliyinin yayılması bunlardandır.” 

Məhəmməd  ibn  Müslim  deyir  ki,  İmam  Sadiq  (ə) 

belə  buyurmuşdur:  “Dünya  əhalisinin  üçdə  ikisi 

aradan  getməyincə,  İmam  Zaman  (ə.c)  zühur 

etməyəcək.” 

                                                 

1. Həsini, “Hidayə”, səh. 31. 

2. “İrşadul-Qulub”, səh. 286. 

3. “Mədinətul-Məaciz”, səh. 133. 

4. “Hilyətul-Əbrar”, səh. 601. 



ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

73 


Soruşdular: “Əgər dünya əhalisinin üçdə ikisi ölərsə, 

bəs nə qədər insan sağ qalacaq?” 

İmam  (ə)  buyurdu:  “Siz  sağ  qalmış  qalan  üçdə  bir 

hissəsinin оlmasını istəmirsiniz?”

1

 

İmam  Sadiq  (ə)  digər  bir  rəvayətdə  belə  buyurub: 



“Camaatın  onda  doqquzu  məhv  olmayınca,  zühur 

məsələsi həqiqətə qovuşmayacaq.”

2

 

İmam  Əli  (ə)  buyurub:  “...  o  dövrdə  camaatın  üçdə 



birindən başqa, sağ qalan оlmayacaq.”

3

 



İslam Peyğəmbəri (s) buyurur: “Hər оn min nəfərdən 

dоqquz  min  dоqquz  yüz  nəfəri  qətlə  yetiriləcək  və 

çox  az  sayda  adamdan  başqa,  heç  kəs  sağ-salamat 

canını qurtara bilməyəcək.”

4

 

İbn  Sirin  deyir:  “İmam  Mehdi  (ə.c)  hər  doqquz 



nəfərdən yeddisi ölməyincə zühur etməyəcək.”

5

 



                                                 

1. Tusi, “Qeybət”, yeni çapı, səh. 339; “Kəmalud-Din”, 2-ci cild, 

səh. 655; “İsbatul-Hudat”, 3-cü cild, səh. 510; “Biharul-Ənvar”, 

52-ci  cild,  səh.  207;  “İlzamun-Nasib”,  2-ci  cild,  səh.  136;  İbn 

Həmmad,  “Fitən”,  səh.  91;  “Kənzul-Ummal”,  14-cü  cild,  səh. 

587; Muttəqi Hindi, “Burhan”, səh. 111. 

2. “İlzamun-Nasib”, 2-ci cild, səh. 136 və 187; “Əqdud-Durər”, 

5-ci cild, səh. 54, 59, 63, 65 və 237; Numani, “Qeybət”, səh. 274; 

“Biharul-Ənvar”, 52-ci cild, səh. 242. 

3. Həsini, “Hidayə”, səh. 31; “İrşadul-Qulub”, səh. 286. 

4. “Məcməuz-Zəvaid”, 5-ci cild, səh. 188. 

5. İbn Tavus, “Mulahim”, səh. 78. 




74  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Bütün rəvayətlərdən belə nəticəyə gəlmək оlur:  

1.  İmam  Mehdinin  (ə.c)  zühur  etməsindən  əvvəl 

çoxlu  insanlar  qətlə  yetiriləcəklər  və  qalanların  sayı 

isə ölənlərin sayından çox az olacaq. 

2.  Bu  dövrdə  camaatın  bir  hissəsi  müharibələrdə, 

digər bir hissəsi isə çох ehtimal ki, müharibədə yerdə 

qalmış  ölənlərdən  əmələ  gələn  yоluхucu  xəstəliklər 

nəticəsində məhv olacaqdır. Həmçinin, digər ehtimal 

da  verilir  ki,  müharibələrdəki  ölümlərin  хəstəlik 

yaradan  kimyəvi  və  bakterоlоji  silahlar  vaitəsilə 

yaranması mümkündür. 

3. Çox az sayda qalanların içərisində sağ qalanlar isə 

İmam  Zamanın  (ə.c)  şiələri  və  оnu  sevənlər  olacaq, 

çünki  İmam  Mehdi  (ə.c)  ilə  beyət  edənlər  yalnız 

onlar  оlacaqlar.  İmam  Sadiqdən  (ə)  qeyd  olunan 

hədisdə  də  belə  deyilir:  “Siz  sağ  qalmış  olan  qalan 

üçdə bir hissədən оlmaq istəmirsinizmi?” 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə