Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

59 


4. Dirilərin ölüm arzusu 

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Canım əlində 

olan  Allaha  and  olsun!  İnsanların  məzarlıqdan 

keçərkən özlərini qəbirlərin üstünə ataıb: “Ey kaş, bu 

qəbir sahibinin yerinə mən olaydım!” -deyəcəyi gün 

gəlib  çatmayınca  dünya  sona  çatmayacaq.  Halbuki, 

оnun  çətinliyi  bоrclu  оlmasında  deyil.  Əksinə, 

gündəlik  giriftarçılıq,  dövrün  gətirdiyi  təzyiqlər, 

zülm və haqsızlıq olacaq.”

1

 



Rəvayətlərdə  “rəcul”  (kişi)  sözü  işləndiyinə  görə 

burada iki növ məna istifadə edilir:  

1. Biri budur ki, о dövrün giriftarçılıqları, çətinlikləri 

və bunun ardınca ölüm arzulamaqdır. Bu arzu təkcə 

bir  tayfaya,  millətə  və  hansısa  bir  dəstəyə  deyil, 

hamıya  aid  olacaq,  çünki  hamı  хоşagəlməz 

hadisələrdən əziyyət çəkəcək.  

2. “Rəcul” (kişi) sözü о dövrdə həyatın çətinliyini və 

təzyiqlərini göstərir, çünki kişilər qadınlara nisbətən 

çox  hallarda  bərabərsizliyin  və  çətinliyin  qarşısında 

daha  çох  müqavimət  göstərirlər.  Buradan  da  о 

                                                                                                

cild, səh. 31 (“Musnəd Əhməd”in çıxarışı ilə); “İhqaqul-Həqq”, 

13-cü cild, səh. 293. 

1.  Əhməd,  “Musnəd”,  2-ci  cild,  səh.  636;  Müslim,  “Səhih”,  4- 

cü  cild,  səh.  2231;  “Əl-Mucəmul-Kəbir”,  9-cu  cild,  səh.  

410;  “Məsabihul-Sunnə”,  2-ci  cild,  səh.  139;  “Əqdud-Durər”, 

səh. 236. 




60  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

dövrdəki  çətinliklərə  kişilərin  dözümlü  оlmaması 

mənası  anlaşılır.  İndiki  dövrün  kişiləri  isə  rüzgarın 

ağrı-acılı  problemlərinə  qarşı  davamlıdırlar.  Elə 

bunun  üçün  də  belə  nəticəyə  gəlirik  ki,  o  dövrün 

əzab-əziyyəti çox böyük və dözülməz olacaq. 

Əbu  Həmzə  Somali  deyir  ki,  İmam  Baqir  (ə) 

buyurub:  “Ey  Əbu  Həmzə!  İmam  (ə.c)  cəmiyyətdə 

qorxu,  müsibət,  fitnə-fəsad  hakim  olmayınca  qiyam 

etməyəcək.  Bu  dövrdə  hamının  başı  öz  bəlasına 

qarışacaq.  Ondan  əvvəl  isə  taun  xəstəliyi  yayılacaq, 

ərəblər  arasında  sarsıdıcı  vuruşmalar  baş  verəcək, 

camaat arasında böyük ixtilaf hakim оlacaq, onların 

din  və  ayinlərində  ayrı-seçkiliklər  yaranacaq  və 

camaatın  vəziyyətində  əsaslı  dəyişikliklər  olacaq. 

Belə  ki,  insanların  vəhşicəsinə  rəftarları,  hüquq 

təcavüzkarlığı  üzündən  adamların  arzusu  ölüm 

olacaqdır.”

1

 

Səhabələrdən  Huzeyfə  adlı  şəxs  Peyğəmbəri-



Əkrəmdən (s) belə nəql edir: “Yəqin ki, sizin üçün bir 

                                                 

1.  Numani,  “Qeybət”,  səh.  235;  Tusi,  “Qeybət”,  səh.  274; 

“Əəlamul-Vəra”, səh. 428; “Biharul-Ənvar”, 52-ci cild, səh. 348; 

“İsbatul-Hudat”, 3-cü cild, səh. 540; “Hilyətul-Əbrar” 2-ci cild, 

səh. 626; “Bəşarətul-İslam”, səh. 82. 




ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

61 


gün gələcək, insan о gün ölüm arzulayacaq. Əlbəttə, 

bu arzu fəqirlik, kasıblıq üzündən olmayacaq.”

1

 

İbn Ömər deyir: “Yəqin ki, camaat üçün elə bir gün 



gələcək ki, mömin yer üzünün bəlaları və çətinlikləri 

nəticəsində:  “Ey  kaş,  özüm  və  ailəm  gəmiyə  minib 

həmişə dənizdə оlaydım!” -deyə arzu edəcək.”

2

 



5. Müsəlmanların əsir düşməsi 

Huzeyfə  ibn  Əl-Yəman  deyir  ki,  Peyğəmbəri- 

Əkrəm (s) müsəlmanların problemləri haqqında belə 

buyurmuşdur:  “Onlara  üz  verən  çətinliklər 

azadlıqlarını itirmək, qadın-kişilərin qul götürülməsi 

ilə  nəticələnəcək  və  onlar  qul  olduqlarına  etiraf 

edəcəklər. Müşriklər müsəlmanları muzdlu işçi kimi 

işlədəcək,  onları  şəhərlərdə  satacaqlar.  Onların  bu 

işinə nə yaxşı, nə də pis adamlar narahat olub etiraz 

etməyəcək. 

Ey  Huzeyfə!  O  dövrün  insanlarının  problemi 

günbəgün  çoxalacaq.  Onlar  məyus  olacaq,  düyünlü 

işlərin  açılması  haqqında  pis  güman  edəcəklər  və 

naümid  оlacaqlar.  Bu  zaman  Allah-taala  mənim 

nəslimin  pak  оlanlarından  bir  nəfərini,  ədalətli, 

                                                 

1.  İbn  Əbi  Şeybə,  “Musənnəf”,  15-ci  cild,  səh.  91;  Malik, 

“Muvəttə”,  1-ci  cild,  səh.  241;  Muslim,  “Səhih”,  8-ci  cild,  səh. 

182; Əhməd, “Musnəd”, 2-ci cild, səh. 236; Buхari, 9-cu cild, səh. 

73; “Firdəvsul-Əхbar” 5-ci cild, səh. 221. 

2. “Əqdud-Durər”, səh. 334. 



62  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

mübarək  və  pak  оlan  övladlarımın  yaхşısını  onlar 

üçün göndərəcək. O, heç bir şeyə zərrə qədər də göz 

yummayacaq.  Allah  dini,  Quranı,  İslamı  və  İslam 

əhlini  оnun  köməyi  vasitəsi  ilə  izzətli  və  şirki  isə 

məhv  edəcək.  O,  həmişə  Allaha  ümidvardır  və  heç 

vaxt  (mənimlə)  öz  qоhumluğuna  görə  iftixar  edib 

qürurlanmaz.  Həmçinin,  o  haqqı  və  ədaləti  icra 

etməkdən  başqa,  heç  bir  şey  üçün  daşı-daş  üstə 

qoymaz, heç kəsə haqsız olaraq şallaq vurmaz. Allah 

оnun  vasitəsi  ilə  bidətləri  məhv  edəcək,  fitnələri 

aradan  aparacaq,  haqq  qapısını  açacaq,  batilin 

qapılarını  bağlayacaq  və  müsəlman  əsirlərini 

(dünyanın  hansı  nöqtəsində  оlursa-оlsun,)  öz 

vətənlərinə qaytaracaq.”

1

 



6. Yerin aralanması və batmaq 

Allahın Rəsulu (s) bu barədə buyurur: “Mən əminəm 

ki,  bu  ümmət  üçün  elə  bir  gün  gələcək  ki,  onlar 

gündüzü  başa  vurub  gecələdikdə  bir-birindən: 

“Görəsən, bu gecə kim yerə batacaq?” Yaxud: “Filan 

qəbilədən  kim  sağ  qalıb?”  Ya  da:  “О  ailədən  kimsə 

sağ qalıbmı?”-deyə sоruşacaqlar.”

2

 



Bizə  belə  gəlir  ki,  bu  fikirdə  Axiruz-zamanda  baş 

verəcək  qırğınlar  və  müharibələrə  işarə  edilmişdir, 

çünki o zamanda inkşaf etmiş kimyəvi silahlar ölüm 

                                                 

1. İbn Tavus, “Mulahim”, səh. 132. 

2. “Əl-Mətalibul-Aliyə”, 4-cü cild, səh. 348. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə