Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

50  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Həmçinin,  Peyğəmbəri-Əkrəmdən  (s)  nəql  olunan 

digər  rəvayətdə  deyilir:  “Övladlar  azaldığı  zaman 

qiyamət bərpa оlacaq.”

1

 

Bu  rəvayətlərdə  “Əl-vələdu  ğəyzən”  sözü 



işlənmişdir.  Bu  isə  uşaqların  doğulmadan  ana 

bətnindən  salınması  (abort)  və  hamiləlikdən 

qorunma mənası daşıyır. Lakin “ğəyzən” sözü digər 

hədisdə  “qəm”,  “çətinlik”,  “möhnət”  və  “qəzəb” 

kimi mənalandırılmışdır. Yəni bu o dövrdə camaatın 

öz  uşaqlarını  atması,  çoxuşaqlılıqla  mübarizə 

aparması  və  övlad  azlığı  prinsipi  ilə  yaşaması 

deməkdir.  Yaxud  da  övlad  sahibi  olmağın  qəm-

qüssə  və  qəzəblə  nəticələnməsi  də  ehtimal  olunur. 

Bəlkə  də,  iqtisadi  problemlər,  uşaq  xəstəliklərinin 

çoxalması,  müxtəlif  imkanların  yoxluğu,  cəmiyyətə 

nəzarət olunmamasına görə belə hallar çoxluq təşkil 

edəcək. 

5. Başsız və sahibsiz qalmış ailələrin çохalması 

Allah  Rəsulu  (s)  buyurmuşdur:  “Qiyamət  gününün 

nişanələrindən  biri  də  kişilərin  azalıb  qadınların 

                                                 

1. “Əş-Şiətu vər-Rəcətu”, 1-ci cild, səh. 151; “Firdəvsul-Əxbar”, 

5-ci  cild,  səh.  221;  “Əl-Mucəmul-Kəbir”,  10-cu  cild,  səh.  281; 

“Biharul-Ənvar”, 34-cü cild, səh. 241. 



ZÜHURDAN QABAQ INSANLARIN RƏFTARI  

51 


çoxalmasıdır.  Belə  ki,  hər  50  qadın  üçün  bir 

himayədar kişi olacaq.”

1

 

Nəticədə,  belə  bir  vəziyyət  uzun  sürən  müharibələr 



nəticəsində kişilər üçün ölüm hallarının çoxalmasını 

göstərir. 

Həzrət Məhəmməd (s) digər məqamda buyurur: “Elə 

bir gün gələcək ki, bir kişinin ardınca təqribən otuz 

qadın  düşüb  ona  evlənmək  təklifi  etdiyi  zaman 

qiyamət günü gəlib çatacaq.”

2

 

Başqa  bir  rəvayətdə  isə  Allah  Rəsulundan  (s)  belə 



nəql edilir: “Allah-taala öz dost və xüsusi bəndələrini 

başqalarından ayırmaq üçün yer üzünü münafiqlər, 

azğınlar  və  onların  övladlarından  təmizləyəcək.  Elə 

bir  gün  gələcəkək  ki,  bir  kişi  əlli  qadınla  üz-üzə 

gələcək.  O  qadınlardan  hər  biri:  “Ey  Allah  bəndəsi, 

mənimlə evlən və mənə pənah ver!” -deyəcəkdir.”

3

 

Ənəs  adlı  şəxs  Peyğəmbəri-Əkrəmdən  (s)  belə  bir 



rəvayəti  nəql  edir:  “(Kişilərin    tələf  olması  və 

                                                 

1. Tiyalisi, “Musnəd”, 8-ci cild, səh. 266; Əhməd, “Musnəd”, 3-

cü  cild,  səh.  120;  Termezi,  “Sünən”,  4-cü  cild,  səh.  491;  Əbu 

Yəla, “Musnəd”, 5-ci cild, səh. 273; “Hilyətul-Əvliya”, 6-cı cild, 

səh. 280; “Dəlailul- Nubuvvət”, 6-cı cild, səh. 543; “Əd-Durrul-

Mənsur”, 6-cı cild, səh. 50. 

2. “Firdəvsul-Əxbar”, 5-ci cild, səh. 509. 

3.  Mufid,  “Əmali”,  səh.  144;  “Biharul-Ənvar”,  52-ci  cild,  səh. 

250. 



52  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

qadınların  çoxluğu  nəticəsində)  qadın  yolda 

gedərkən kişi ayaqqabısının tayını gördükdə əfsusla: 

“Bu  ayaqqabı  filan  kişinin  idi”  -deyəcəyi  gün 

qiyamət günü bərpa оlacaq. Onda hər əlli qadına bir 

ailə başçısı оlan kişi himayədarlıq edəcək.”

1

 

Yenə də Ənəs belə deyir ki, sizlərə Peyğəmbərin (s) 



özündən eşitdiyim hədisi danışmamı istəyirsinizmi? 

O, (s) belə buyurmuşdu: “Kişilər aradan gedəcək və 

qadınlar qalacaqlar.”

2

 



                                                 

1. Əqdud-Durər, səh. 232; Firdəvsul-Əхbar, 5-ci cild, səh. 225. 

2. Əhməd, “Musnəd”, 3-cü cild, səh. 377. 



 

Dördüncü Fəsil 

Zühurdan Qabaqki Əmin-Amanliğin 

Vəziyyəti 

1. Təhlükə və hərc-mərclik 

Böyük  güclərin  təcavüzkarlığı  və  zorakılığı 

nəticəsində  kiçik,  zəif  millətlər  və  hakimiyyətlər 

məhv  olacaq,  artıq  “təhlükəsizlik”  məfhumu  öz 

mahiyyətini  itirməyə  başlayacaq.  Dünyaya  ağalıq 

edən  qüvvələr  zəif  xalqlara  o  qədər  təzyiqlər 

göstərəcək,  millətlərin  hüququna  o  qədər  təcavüz 

edəcəklər  ki,  onları  hətta  nəfəs  belə  çəkməyə 

qoymayacaqlar. 

Peyğəmbəri-Əkrəm (s) bu dövrü belə qələmə verərək 

buyurur:  “Tezliklə  ümmətlər  (digər  din  və 

məzhəblərin  nümayəndələri)  acgözlər  yemək 

qablarına  hücum  etdikləri  kimi,  sizin  əleyhinizə 

çalışacaqlar.” 

Bir nəfər belə sual edir: “Hətta bizim çox olduğumuz 

dövrdə belə bu hücumlara məruz qalacağıqmı?”  

Peyğəmbər  (s)  cavab  verir:  “O  zaman  sizin  sayınız 

çox  olacaq.  Amma  su  üstündə  saman  çöpünə 




54  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

bənzəyəcəksiniz. Allah-taala sizin böyük əzəmətinizi 

düşmənlərin  gözündə  alçaldıb  qəlbinizə  qorxu-

hürkü və süstlük salacaq.” 

Başqa bir şəxs isə belə sual verir: “Ey Allah Rəsulu! 

Bu qorxu və süstlüyün səbəbi nədir?” 

Peyğəmbər  (s)  buyurdu:  “Dünyanı  çox  sevib 

ölümdən qorxub-çəkinməkdir.”

1

 

Peyğəmbəri-Əkrəmin  (s)  xatırlatdığı  bəyənilməz  bu 



iki xüsiyyət bir millətin azadlıq və milli dəyərlərinin 

müdafiəsinə qalxmağa mane olur və onların hər bir 

alçaq  şəraitdə  zillət  içində  yaşaması  üçün  kifayət 

edir.  Əlbəttə,  hətta  dini  qayda-qanunları  və  mənəvi 

dəyərlərini itirmək olsa da belə! 

Allahın Rəsulu (s) buyurub: “Mehdinin (ə.c) zühuru 

dünyanın  qarma-qarışıqlıq,  hərc-mərcliklə  dolu 

olduğu, bir dəstənin başqa bir dəstəyə hücum etdiyi 

vaxt  baş  verəcək.

2

  Böyüklər  kiçiklərə,  güclülər 



zəiflərə rəhm etməyəcək. Belə bir vaxtda Allah-taala 

ona (Mehdiyə) qiyam etmək izni verəcək.”

3

 

                                                 



1. Tiyalisi, “Musnəd”, səh. 133; Əbu Davud, “Sünən”, 4-cü cild, 

səh. 111; “Əl-Mucəmul-Kəbir”, 2-ci cild, səh. 101. 

2. “Biharul-Ənvar”, 36-cı cild, səh. 335 və 52-ci cild, səh. 380. 

3. “Biharul-Ənvar”, 52-ci cild, səh. 154. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə