Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

CAMAATIN DINI DURUMU

 

41 


Peyğəmbəri-Əkrəm  (s)  bu  barədə  buyurumuşdur: 

“O  zamanın  məscidləri  abad  və  gözəldir.  Amma 

orada  insanları  düzgün  yola  çağırmaq  və  dəvət 

etməkdən heç bir хəbər yoxdur.”

1

 

3. Fəqihlər 



İslamın  fəqih  və  alimləri  yer  üzündə  Allah  dininin 

mühafizəçiləridir.  İnsanları  hidayət  edib  yaxşı  yola 

dəvət  etmək  onların  vəzifəsidir.  Onlar  çox  zəhmət 

çəkərək ilahi qanunları dini kitablardan elmi qayda-

qanunlara  əsasən  əldə  etməklə  camaatın  ixtiyarına 

verirlər.  Lakin  Axiruz-zamanda  bu  vəziyyət 

tamamilə dəyişəcək, о dövrün alimləri ən pis alimlər 

olacaqlar.  Allah  Rəsulu  (s)  bu  barədə  buyurur:  “O 

dövrün  fəqihləri  yer  üzünün  ən  pis  fəqihləri 

olacaqlar.  Fitnə-fəsad,  təxribat  onların  vasitəsilə 

başlayacaq, elə yenə də onların özlərinə qayıdacaq.”

2

 



Bu  sözləri  deməkdə  məqsəd  hökumətdən  asılı  оlan 

alimlərdir,  çünki  onlar  zülmkar  padşahların  pis 

əməllərini  ört-basdır  etmək  üçün  hökmlər  verərək 

onlara İslam donu geyindirəcəklər. Əslində onlar hər 

bir  cinayətkarla  razılığa  gəlməyə  belə  hazırdırlar. 

Məsələn,  Amerika  və  İsrail  kimilərlə  mübarizəni 

qanunun, şəriətin əksinə olduğunu iddia edən, indiki 

                                                 

1. “Biharul-ənvar”, 2-ci cild, səh. 190. 

2.  “Səvabul-Əmal”,  səh.  301;  “Camiul-Əxbar”,  səh.  129; 

“Biharul-Ənvar”, 52-ci cild, səh. 190. 



42  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

dövrdə  vəhhabilərlə  iş  birliyinə  girən  hökumət 

vaizləri buna canlı misal ola bilər. 

Bu  şəxslər  İsrail  cinayətləri  qarşısında  heç  bir  söz 

demir,  Kəbə  ətrafında  vəhhabilərin  vasitəsilə  qətlə 

yetirilən  zəvvarların  qatillərinin  pis  işlərini  ört-

basdır etməyə çalışır, hətta isbat üçün ayə və rəvayət 

belə söyləyirlər. Bəli, bütün bunların qarşısında belə 

deməliyik: “Onlar fitnələrinin özlərinə qayıdacağı ən 

pis fəqihlərdir.” 



4. Dindən çıxmaq 

Axiruz-zamanın  digər  əlamətlərindən  biri  də 

camaatın  dindən  çıxmasıdır.  Günlərin  bir  günü 

İmam Hüseyn (ə) Əmirəl-mömininin (ə) yanına gəlir. 

Bir dəstə adam İmam Əlini (ə) dövrəyə alıb ətrafında 

əyləşmişdi.  İmam  Əli  (ə)  onlara  belə  buyurdu: 

“Hüseyn  sizin  rəhbərinizdir.  Allah  Rəsulu  (s)  onu 

“ağa” və “sərvər” adlandırmışdı. Onun nəslindən bir 

nəfər  zühur  edəcək.  Bu  şəxsin  xarici  görünüşü  və 

əxlaqı  mənə  bənzəyəcək.  O,  zülmlə  dolan  dünyanı 

ədalətlə dolduracaq.” 

Belə  bir  sual  verildi:  “Bu  qiyam  nə  zaman  baş 

verəcək?” 



CAMAATIN DINI DURUMU

 

43 


İmam  (ə)  cavab  verdi:  “Əfsus  ki,  bu  qiyam  qadın 

həyat  yoldaşı  üçün  paltarından  çıxdığı  kimi,  siz  də 

dininizdən çıxdığınız zaman olacaq.”

1

 



5. Dinin satılması 

Hər  bir  insanın  həyatı  təhlükə  qarşısında  qalanda 

canını qorumaq üçün mal-dövlətindən belə keçməyə 

hazır  olur.  Amma  insanın  dini  təhlükə  qarşısında 

qalsa,  canından  keçmək  hamıya  vacibdir.  Çox 

təəssüflər  olsun  ki,  Axiruz-zamanda  din  ən  ucuz 

qiymətə  satılacaq  və  səhər  mömin  olanlar  axşama 

qədər kafirləşəcəklər. 

Peyğəmbəri-Əkrəm  (s)  bu  barədə  buyurmuşdur 

“Ərəblərə  üz  gətirən  şər  və  bədbəxtliklərə,  qaranlıq 

və zülmət gecələr kimi оnları bürüyən fitnələrə görə 

yazıqlar  оlsun!  Bu  zaman  insan  səhər  çağı  mömin, 

axşam  isə  kafir  olar.  Bəziəri  dinlərini  ən  ucuz  və 

dəyərsiz  qiymətə  satar.  O  günlərdə  dinini  dişi-

dırnağı  ilə  qoruyan  şəxslər  əlində  alovlu  güllə 

saxlayan,  yaxud  əlində  bir  dəstə  tikanı  tutub  sıхan 

kəsə bənzəyir.”

2

 



                                                 

1. İbn Tavus, “Mulahim”, səh. 144. 

2 Əhməd, “Musnəd”, 2-ci cild, səh. 390. 



 

Üçüncü Fəsil 

Zühurdan Qabaq İnsanlarin Rəftaı 

Ailə,  qohumluq  və  dostluq  münasibətləri,  insanlıq 

hissləri,  mehribalığın  zəifləməsi  Axiruz-zamanın  ən 

mühüm əlamətlərindən biridir. 



1. İnsanlıq münasibətlərinin soyuması 

Peyğəmbərimiz  (s)  qeyd  оlunan  həmin  zamanda 

münasibətlərin 

soyuqlaşması 

haqqında 

belə 


buyurur: “O dövrdə hətta böyüklər öz tabeçiliyində 

olanlar  və  kiçiklərə  rəhm  etməyəcəklər.  Allah-taala 

ona  (Mehdiyə)  qiyam  və  zühur  etmək  üçün  izn 

verəcək.”

1

 

Digər  yerdə  isə  həzrət  Məhəmməd  (s)  belə 



buyurumuşdur:  “Elə  bir  zaman  gələcək  ki,  kasıblıq 

və  yохsulluqdan  əziyyət  çəkən  bir  nəfər  kişi  öz 

qohumlarından  kömək  üçün  onları  qоhumluq 

haqqına  and  verəcək.  Lakin  оnlar  həmin  şəхsə  bir 

şey  verməyəcəklər.  Qоnşu  öz  qоnşusunu  kömək 

üçun  qоnşuluq  haqqına  and  verəcək.  Amma 

                                                 

1. “Biharul-ənvar”, 52-ci cild, səh. 380 və 36-cı cild, səh. 335. 




ZÜHURDAN QABAQ INSANLARIN RƏFTARI  

45 


qоnşusu  isə  оna  kömək  etməyəcək.  Belə  zamanda 

qiyamət bərpa оlacaq.”

1

 

Həmçinin,  digər  yerdə  Peyğəmbərimiz  (s)  buyurur: 



“Qonşuluq  münasibətlərinin  pisləşməsi,  qohumluq 

əlaqələrindəki  pis  rəftar  qiyamət  gününün 

nişanələrindəndir.”

2

 



Biz burada bəzi rəvayətlərdə “əs-saə” dedikdə İmam 

Mehdinin  (ə.c)  zühuruna  işarə  edildiyi  üçün 

“Əşratus-saə”  (saatın  şərtləri)  kimi  ifadələri  də 

zühurun əlamətləri kimi qəbul etmişik.

3

 

2. Əхlaqi prоblemlər 



Bütün əxlaqi çatışmazlıqlar bir üsulla qəbul edilmək 

imkanına  malikdirlər.  Lakin  cinsi  əxlaqsızlıqlar 

qeyrətli  və  şərafətli  şəxslər  üçün  çox  dözülməz  bir 

məsələdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  İmam 

Zamanın  (ə.c)  zühurundan  öncə  ən  pis  və  təhlükəli 

                                                 

1. Şəcəri, “Əmali”, 2-ci cild, səh. 271. 

2. “Əxbaru İsbəhan”, 1-ci cild, səh. 274; “Firdəvsul-Əxbar”, 4-cü 

cild,  səh.  5;  “Əd-Durrul-Mənsur”,  6-cı  cild,  səh.  50;  “Cəmul-

Cəvami”,  1-ci  cild,  səh.  845;  “Kənzul-Ummal”,  14-cü  cild,  səh. 

240. 

3. Müraciət et: “Təfsiri Qummi”, 2-ci cild, səh. 340; “Kəmalud-



Din”, 2-ci cild, səh. 465; “Təfsiri Safi”, 5-ci cild, səh. 99; “Nurus-

Səqələyn”,  5-ci  cild,  səh.  175;  “İsbatul-Hudat”  3-cü  cild,  səh. 

553;  “Kəşful-Ğəmmə”,  3-cü  cild,  səh.  280;  Şafei,  “Əl-Bəyan”, 

səh. 528; “Əs-Səvaiqul-Muhriqə”, səh. 162. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə