Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

46  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

vəziyyətlərdən  biri  də  camaatın  ailə  və  namus 

məsələlərində təhlükəli anlar yaşamasıdır. 

O  dövrdə  əxlaqi  zəiflik,  fitnə-fəsad  geniş  surətdə 

yayılacaq.  Bəzi  pis  və  xoşagəlməz  heyvan  rəftarlı 

insanlar  o  qədər  çoxalacaq  ki,  namussuzluq  adi  və 

təbii  bir  hala  çevriləcək.  Namussuzluğun  baş  alıb 

getməsi  nəticəsində  heç  kəs  bu  əxlaqsızlıqla 

mübarizə  aparmayacaq.  Bəzi  əyləncə  gecələri 

heyvani  xüsusiyyətlərin  nümayişinə  çevriləcək  və 

heç  kəs  bu  əxlaqsızlıqlara  öz  kiçik  etirazını  belə 

bildirməyəcək. Zühurdan öncəki belə məclislərə olan 

yeganə  etiraz  (bəzilərinin  gediş-gəlişinə  mane 

olduğu  üçün)  təkcə  bu  işlərin  nə  üçün  dörd  yol 

ayrıcında keçirilməsi olacaqdır. Bu etirazı edən şəxs 

o zamanın abid insanı olacaq. 

Rəvayətlərə  diqqət  edərkən  cəmiyyətdə  islami 

dəyərlərin  nə  dərəcədə  məhv  olması  və  fəsadların 

geniş  yer  almasını  daha  dərin  anlayırıq.  Allahın 

Rəsulu  (s)  buyurmuşdur:  “Günün  günorta  çağında 

yolun  ortasında  qadınlara  təcavüz  olunan  zaman 

qiyamət  günü  bərpa  olacaq.  Bu  pis  rəftarlara  görə 

heç  kəs  bunu  pisləməyəcək  və  qarşısını  almayacaq. 

Bunu müşahidə edənlərin içində ən yaxşı şəxs: “Kaş 




ZÜHURDAN QABAQ INSANLARIN RƏFTARI  

47 


ki, yolun ortasında deyil, heç olmasa bir az kənarda 

bu işi görəydi!” -deyən olacaq.”

1

 

Həmçinin Peyğəmbəri-Əkrəm (s) belə buyurmuşdur: 



“Məhəmmədin (s) canı əlində olan Allaha and olsun! 

(Vəhşi  şir  kimi)  yolun  ortasında  dayanıb  qadınlara 

təcavüz  olunmayınca,  bu  ümmət  məhv  olmayacaq. 

Bu  camaatın  içində  ən  yaxşısı:  “Ey  kaş,  camaatın 

içində deyil, divar arxasında bu işi görəydi!” -deyən 

kəs olacaq.”

2

 

Digər bir hədisdə isə belə bəyan edilir: “Onlar vəhşi 



heyvan  kimi  yolun  ortasında  bir-biri  ilə  savaşır, 

sonda isə bir-birinin ana-bacısına və qızına hamının 

gözü  qarşısında  təcavüz  etməkdən  doymur, 

digərlərinə  də  bu  işi  görmək  üçün  təklif  edərlər. 

Başqaları da bu işi görməkdən heç də çəkinməyəcək, 

növbə  ilə  bu  əxlaqsızlığı  etməkdən  ləzzət  alacaqlar. 

Bununla belə, heç kəs bu işə etiraz etməyəcək, hətta 

“pis  işdir”  belə  deməyəcək.  Onların  ən  yaxşısı  isə 

“camaatın  gözü  qarşısında  olmasaydı,  daha  yaxşı 

olardı.” -deyən şəxs olacaq.”

3

 

                                                 



1. “Əqdud-Durər”, səh. 333, Hakim, “Mustədrək” 4-cü cild, səh. 

495. 


2. “Əl-Mucəmul-Kəbir”, 9-cu cild, səh. 119; “Firdəvsul-Əxbar”, 

5-ci cild, səh. 91; “Məcməuz-Zəvaid”, 7-ci cild, səh. 217. 

3. İbn Tavus, “Mulahim”, səh. 101. 



48  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

3. İffətin ziddinə olan əməllərin çoxalması 

Məhəmməd  ibn  Müslim  deyir  ki,  İmam  Baqirə  (ə) 

belə  dedim:  Ey  Allah  Rəsulunun  övladı!  Sizin 

Qaiminiz (ə.c) nə zaman zühur edəcək?” 

İmam  Baqir  (ə)  belə  cavab  verdi:  “Bizim  Qaimimiz 

(ə.c)  kişilərin  özlərini  qadınlara,  qadınların  da 

özlərini  kişilərə  bənzətdikləri  zaman  zühur  edəcək. 

O  zaman  kişillər  kişilərlə  (ləvat),  qadınlar  da 

qadınlarla cinsi əlaqəyə girəcəklər.”

1

 



Bu  məzmunda  İmam  Sadiqdən  (ə)

2

  də  belə  bir 



rəvayət nəql olunur ki, Əbu Hüreyrə də Peyğəmbəri-

Əkrəmdən  (s)  nəql  edibdir:  “Qiyamət  günü  kişilər 

qadınlarla  pis  işlər  görməklə  müsabiqədə  iştirak 

etdikləri  kimi,  bir-birləri  ilə  müsabiqə  elan  edən 

zaman qiyamət günü bərpa оlacaq.”

3

 



Bu  məzmunda  başqa  rəvayətlərə  də  rast  gəlmək 

mümkündür.

4

 

                                                 



1. “Kəmalud-Din”, 1-ci cild, səh. 331. 

2.  “Muxtəsəru  İsbatur-Rəcə”,  səh.  216;  “İsbatul-Hudat”,  3-cü 

cild, səh. 570; “Mustədrəkul-Vəsail”, 12-ci cild, səh. 335. 

3.  “Firdəvsul-Əxbar”,  5-ci  cild,  səh.  226;  “Kənzul-Ummal”,  14-

cü cild, səh. 249. 

4. “Kafi”, 8-ci cild, səh. 39; “Biharul-Ənvar”, 52-ci cild, səh. 257; 

“Bəşarətul-İslam”, səh. 133 və sair. 

.>ﺀﺎﺴﻨﻟﺍ ﻥﺎﻴﺗﺍ ﻰﻠﻋ ﺮﻴﻌﻳ ﻞﺟﺮﻟﺍ ﺖﻳﺃﺭ ﺍﺫﺍ< :(ﻉ) ﻕﺩﺎﺼﻟﺍ ﻦﻋ

 

 



ZÜHURDAN QABAQ INSANLARIN RƏFTARI  

49 


4. Övladın az оlması arzusu 

Peyğəmbəri-Əkrəm  (s)  buyurmuşdur:  “Beş  övladı 

olan  dörd  övladının  olmasını,  dörd  övladı  olan 

onların  üç  оlmasını,  üç  övladı  olan  iki  övladının 

olmasını, iki övladı olan isə bir övladının оlmasını və 

nəhayət  bir  övladı  olan  isə  heç  övladı  olmamasını 

arzuladığı bir zaman qiyamət günü bərpa olacaq.”

1

 



Digər  rəvayətlərdə  isə  bu  mövzu  belə  bəyan  edilir: 

“Elə  bir  gün  gələcək  ki,  indi  çox  övladı  və  mal-

dövləti  olanların  qibtəsi  çəkildiyi  kimi,  azuşaqlı 

ailələrə qibtə ediləcək. Belə ki, onda sizlərdən biriniz 

qardaşının qəbri önündən keçdikdə heyvanların toz-

torpaqda  eşələndiyi  kimi,  qardaşının  qəbrinin 

tоrpağına  özünü  sürtərək  belə  deyəcək:  “Ey  kaş, 

onun yerində mən olaydım.” Bu sözlər оnun Allah-

taalanın  görüşünə  olan  şövqündən  və  əvvəlcədən 

etdiyi  yaхşı  əməllərinə  görə  deyil,  əslində  ona  üz 

gətirmiş  çoxlu  çətinlikər  və  bəlalardan  xilas  olmaq 

üçün söylənəcək.”

2

 

                                                 



1. “Firdəvsul-Əxbar”, 5-ci cild, səh. 227. 

2. “Əl-Mucəmul-Kəbir”, 10-cu cild, səh. 12. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə