Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   2   3   4   5   6   7   8   9   ...   93

HÖKUMƏT

 

33 


Adı  çəkilən  qorxu-hürkü  çox  zaman  dünyanın 

zülmkar  və  özbaşına  hökumət  başçılarından 

qaynaqlanır, 

çünki 


İmam 

Mehdinin 

(ə.c) 

zühurundan  öncə  dünyada  zülmkarlar  hökmranlıq 



edəcəklər. 

İmam  Baqir  (ə)  yenə  buyurmuşdur:  “Cəmiyyətə 

hegemon və zülmkar qüvvələr hakim olduğu zaman 

İmam Mehdi (ə.c) qiyam edəcək.”

1

 

İbn  Ömər  deyir:  “(Axiruz-zamanda)  şərafətli  insan, 



mal-dövlət  sahibi  zülmkar  hakimlərin  yaratdığı 

çətinliklər 

və 

problemlər 



səbəbilə 

ölüm 


arzulayacaqdır.”

2

 



Qeyd  etmək  lazımdır  ki,  Peyğəmbəri-Əkrəmin  (s) 

davamçıları  təkcə  biganə  qüdrətlərin  hücum  və 

təcavüzkarlığından  əziyyət  çəkməyəcəklər.  Оnlar 

həm  də  özbaşınalıq  edən  öz  əyyaş  və  zülmkar 

hökumət  başçılarının  təzyiqlərinə  də  məruz 

qalacaqlar.  Ucu-bucağı  görünməyən  bu  geniş  Yer 

kürəsi o qədər onlara dar gələcək ki, özlərinin azad 

deyil,  zindanda  olduqlarını  sanacaqlar.  Hal-hazırda 

İmam  Zamanın  (ə.c)  xüsusi  lütf  və  mərhəməti 

vasitəsilə qurulan İslam dövlətlərini nəzərə almasaq, 

dünyanın  hər  yerində  İslam  və  müsəlmanlara  olan 

münasibət göz qabağındadır. 

                                                 

1. İbn Tavus, “Mulahim”, səh. 77. 

2. “Əqdud-durər” səh. 333. 



34  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Bu  məsələ  rəvayətlərdən  birində  belə  açıqlanmışdır 

ki,  Peyğəmbəri-Əkrəm  (s)  buyurmuşdur:  “Axiruz-

zamanda  ondan  üstün  olmayan  çox  çətin  bəlalar 

İslam  (müsəlman)  hökumətləri  tərəfindən  mənim 

ümmətimə  üz  verəcək.  Belə  ki,  bu  genişlikdə  olan 

yer  üzü  onlara  dar  görünəcək.  Yer  üzü  zülm  və 

işgəncələrlə  dоlacaq,  möminlər  zülm  əlindən  qaçıb 

qurtarmaq 

üçün 


gizlənməyə 

sığınacaq 

tapmayacaq.”

1

 



Bəzi rəvayətlərdə müsəlmanların əyyaş rəhbərlərinin 

olacağı  açıq-aşkar  qeyd  edilmiş,  bundan  sonra  isə 

islahatçının  zühur  etməsi  müjdəsi  verilmişdir.  Bu 

rəvayətlərdə  Peyğəmbəri-Əkrəmdən  (s)  sonra 

hakimiyyət kürsüsündə oturan üç növ rəhbərdən söz 

açılmışdır.  Bu  üç  növ  hakimiyyət  xilafət,  imarət  və 

bunlardan  sоnra  zalımların  hakimiyyəti  kimi  şərh 

edilmişdir. 

Peyğəmbəri-Əkrəm  (s)  buyurur:  “Məndən  sonra 

xəlifələr  hakimiyyət  başına  gələcəklər.  Оnlardan 

sonra  əmirlər,  əmirlərdən  sоnra  padşahlar  və 

padşahlardan  da  sоnra  isə  zalımlar  hökmranlıq 

                                                 

1.    Hakim,  “Mustədrək”,  4-cü  cild,  səh.  465;  “Əqdud-Durər”, 

səh. 43; “İhqaqul-Həqq”, 19-cu cild, səh. 664. 



HÖKUMƏT

 

35 


edəcək. Bütün bunlardan sonra isə İmam Mehdi (ə.c) 

zühur edəcək.”

1

 

2. Dövlətlərin birləşməsi 



Bəşər  iş  başına  hakimiyyətə  bacarıqlı  və  saleh 

başçılar  gəldikdən  sonra  rahat  həyat  tərzi  keçirə 

bilər.  Lakin  rəhbərliyə  layiq  olmayan  şəxslər 

hakimiyyətə  gələrlərsə,  insanların  əzab-əziyyətdə 

olması  da  təbii  bir  hala  çevriləcəkdir.  İmam 

Mehdinin  (ə.c)  zühurundan  öncə  belə  bir  vəziyyət 

cəmiyyətə  hakim  olacaq.  Yəni,  zühurdan  əvvəl 

dövlətlər  xəyanətkar,  fasiq  və  zülmkarların  əlində 

olacaq. 

İslam  Peyğəmbəri  (s)  buyurmuşdur:  “Rəhbərlərin 

zülmkar,  qoşun  başçılarının  xəyanətkar,  hakimlərin 

fasiq  və  nazirlərin  isə  zalım  olacağı  bir  zaman 

gələcək.”

2

 



3. Qadınların hakimiyyətdəki nüfuzları 

Axiruz-zamanda  baş  verəcək  hadisələrdən  biri  də 

qadınların  nüfuzlarıdır.  Qadınlar  sahib  olduqları 

nüfuzları ilə birbaşa camaata başçılıq edəcək, yaxud 

                                                 

1.  “Əl-Mucəmul-Kəbir”,  22-ci  cild,  səh.  375;  “Əl-İstiyab”,  1-ci 

cild,  səh.  221;  “Firdəvsul-Əxbar”,  5-ci  cild,  səh.  456;  “Kəşful-

Ğummə”,  3-cü  cild  səh.  264;  “İsbatul-Hudat”,  3-cü  cild,  səh. 

596.  

2. Şəcəri, “Əmali”, 2-ci cild, səh. 228. 




36  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

da  bu  qüdrətləri  ilə  hökumət  başçısını  öz  təsiri 

altında  saxlayacaqlar.  Bu  məsələnin  necə  bəlalarla 

nəticələnməsi də məlumdur. İmam Əli (ə) bu barədə 

belə  buyurmuşdur:  “Fasiq,  zinakar  şəxslərin  naz-

nemətə çatacağı, ləyaqətsiz və şəxsiyyətsiz insanların 

ali məqam və vəzifələri tutacağı, insaflı şəxslərin isə 

zəifləyəcəyi bir vaxt gələcək.” 

“Bu nə zaman baş verəcəkdir?” sualına isə İmam Əli 

(ə)  belə  cavab  vermişdir:  “Bu  hadisə  qadınların  hər 

yerdə  nüfuzunun  artdığı,  azyaşlı  uşaqlarınsa 

hakimiyyətə gəlişi ilə başlayacaq.”

1

 

4. Uşaqların hakimiyyəti 



Çox  aydın  bir  məsələdir  ki,  camaatın  rahatlıq  və 

asayişinin  təmin  edilməsi  üçün  hakimiyyətdə 

təcrübəli  şəxslərin  olması  daha  zəruridir.  Belə 

mütəxəssislərin  əvəzinə  uşaqlar,  yaxud  da  dar 

düşüncəli şəxslər iş başına gələrsə, baş verəcək fitnə-

fəsadlardan Allaha pənah aparmaq daha yaxşıdır. 

Bu  barədə  iki  rəvayəti  nəql  etməklə  kifayətlənirik. 

Peyğəmbəri-Əkrəm  (s)  buyurur:  “Yetmiş  yaşı 

ötmüşlərin  və  uşaqların  hakimiyyətindən  Allaha 

pənah aparın.”

2

 

                                                 



1. “Kafi”, 8-ci cild, səh. 69; “Biharul-ənvar”, 52-ci cild, səh. 265. 

2. Əhməd, “Musnəd”, 2-ci cild, səh. 326, 355 və 448. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə