Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   2   3   4   5   6   7   8   9   ...   93

14  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Bu  sahədə  Əhli-beyt  (ә)    məktəbi  alimlərinin  dəyərli 

kitablarında  mövcud  olan  təcrübələr  öz  növbəsində 

misilsizdir,  çünki  onlar  əql  və  dəlil-sübut  əsasında 

olan  dərin  elmi  üsullara  arxalanır  və  yersiz 

təəssübkeşlikdən  və  nəfsi  istəklərdən  uzaqdırlar, 

onun 

dinləyiciləri 



mütəxəssis 

alimlər 


və 

mütəfəkkirlərdir  ki,  onlara  sağlam  fitrətin  qəbul 

etdiyi və əqlin bəyəndiyi bir tərzdə xitab edir. 

"Ümumdünya Əhli-beyt (ә) cəmiyyəti" həqiqət aşiqləri 

üçü

n  bu  məktəb  alimlərinin,  yaxud  bu  şərəfli 



məktəbin  ardıcılı  olmaq  və  Allahın  ne’mət  verdiyi 

şə

xslərin  yazdığı  müasir  zəngin  elm  və  mə’rifət 



xəzinəsini  onlara  təqdim  etmək  üçün  yeni  bir 

mərhələni qarşıya qoymuşdur. Bundan  əlavə, qədim 

ş

iə  alimlərinin  də  bu  məqsədlə  yazdığı  nəfis  əsərlər 



onların ixtiyarına verilir ki, haqq axtaranlar üçün bir 

hədiyyə  olmuş,  "Ümumdünya  Əhli-beyt  (ә)  

cəmiyyəti"nin  bəşərin  əqli  səviyyəsinin  yüksələrək 

təkamülə çatdığı, ruhun çox sür’ətlə inkişaf etdiyi bir 

ə

srdə  bütün  dünyaya  təqdim  etmək  istədiyi 



həqiqətlərə yol açılmış olsun. 

Ə

ziz  oxuculardan  xahiş  edirik  ki,  özlərinin  dəyərli 



tənqid və təkliflərini yazıb bizə göndərsinlər. Eləcə də, 

bütün  alimləri,  müəllif  və  tərcüməçiləri,  mədəni-

maarif  mərkəzlərinə  də’vət  edirik  ki,  əsl  İslam 

mədəniyyətinin  yayılmasında  öz  köməklərini 

ə

sirgəməsinlər.  




ÖN SÖZ 

 

15 


Allah-taaladan  bu  azacıq  işi  bizdən  qəbul  etməsini, 

bizi özünün xüsusi nəzəri sayəsində saxlaması və yer 

ü

zündəki  höccəti  mam  Mehdinin  (ə.c)  himayəsində 



yerləşdirməsini diləyirik! 

Bu  dəyərli  kitabın  müəllifi  Ayətullah  Nəcməddin 

Təbəsi  və  onu  Azərbaycan  dilinə  tərcümə  edən 

Şükürova  Mətanət  xanıma,  eləcə  də  kitabın  çapa 

hazırlanmasında  zəhmət  çəkən  bütün  şəxslərə, 

xüsusilə,  tərcümə  bölməsinin  əməkdaşlarına  dərin 

minnətdarlığımızı bildiririk.  

 

"Ümumdünya Əhli-beyt (ə) 

cəmiyyəti"nin mədəni-maarif şöbəsi 




 

MÜQƏDDIMƏ 

Daniyal peyğəmbərin adı ilə tanınmış Şuş şəhəri İran-

İraq  müharibəsi  bitdikdən  və  Bəəs  kafirlərinin 

caynaqlarından  xilas  olduqdan  sonra,  əhali  yavaş-

yavaş  öz  el-obasına  qayıdırdı.  Xoşbəxtçilikdən  o 

zaman mən də müharibə veteranları ilə birlikdə idim. 

Bu  tarixi  şəhərin  qədim  məscidlərinin  birində  İmam 

Zaman  (ə.c)  haqqında  Əllamə  Məclisinin  “Biharul-

Ənvar”  hədislər  toplusu  kitabından  onlar  üçün 

rəvayətlər  oxuyub  şərh  etmək  səadəti  mənə  nəsib 

olmuşdu.  Elə  bu  müddət  ərzində  İmam  Zaman  (ə.c) 

haqqında  ən  çox  hansı  sualların  meydana  çıxdığı 

mənim  diqqətimi  cəlb  etmişdi.  Məsələn,  onun 

ömrünün  uzun  olmasının  sirri,  qeybə  çəkilməsinin 

fəlsəfəsi,  zühur  dövrünün  əlamətləri  nədir?  kimi 

suallar müzakirə obyektində idi. 

Bu  mövzular  ən  çox  toxunulan  mövzular  olmasına 

baxmayaraq, İmam Zamanın (ə.c) qiyamının necə baş 

verəcəyi, hökumət quruluşu, o həzrətin (ə.c) rəhbərlik 

xüsusiyyətləri  haqqında  çox  az  danışılmış,  bəlkə  də, 

heç  bir  söz  deyilməmiş  və  əsaslı  tədqiqatlar 

aparılmamışdır.  Elə  bu  amillər  də  mənim  bu  işə 

başlamağıma 

səbəb 


olmuş, 

hətta 


hamını 


18  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

maraqlandıran bu suallara cavab tapa bilmək marağını 

məndə oyatmışdı. 

İnsanları  ən  çox  maraqlandıran  suallardan  biri  də 

İmam  Zamanın  (ə.c)  müxtəlif  siyasi  quruluşlu 

(müхtəlif əqidələrə və qüdrətə malik оlan) hökumətləri 

necə məhv edib ümumdünya vahid hökumət sistemini 

necə yaratmasıdır. 

Zülm  və  korrupsiyadan  uzaq  olan  hökumətçilik 

sistemində  hansı  proqramlar  var,  hansı  metodlardan 

istifadə  edəcək  və  “aclar”  məfhumunun  olmadığı  bu 

hökumət necə ola bilər?  

Bu  suallara  cavab  tapmaq  məni  ən  azından  dörd  il 

tədqiqat aparmağa vadar etdi. Bu tədqiqatların nəticəsi 

isə qarşınızdakı bu kitabdan ibarətdir.  

Kitabın bririnci hissəsi müharibə, qırğın, ölüm, dağıntı, 

qıtlıq, xəstəlik, zülm, təhlükə, təcavüzkarlıq və bu kimi 

qorxunc  məsələlərlə  dolu  olan  dövr,  yəni  İmam 

Zamanın  (ə.c)  zühur  etməsindən  öncəki  vəziyyət 

analiz  edilmişdir.  Nəticədə  isə  insanları  bu  zamanda 

yaşadan  “bəşər  hüququ”  şüarı  özünə  yer  almışdır. 

Onların  xoşbəxtçiliyini  təmin  edəcəyi  iddiası  ilə 

meydanda  at  oynadan  hökumətlərin  müxtəlif 

siyasətlərindən  məyus  olmaları  ilə  üzləşdiklərini 

sübuta  yetirmişik,  çünki  bu  vəziyyətə  düçar  olan 

insanlar 

dünyanın 

qarmaqarışıq 

durumunun 

düzəlməsinə  ümidsiz  olur,  onları  bu  situasiyalardan 




MÜQƏDDIMƏ 

 

19 


çıxara  biləcək  “reformer”in  (islahatçının)  zühurunu 

səbirsizliklə gözləyirlər.  

Kitabın ikinci hissəsi İmam Mehdinin (ə.c) bu dünyada 

necə zühur və inqilab edəcəyi haqdadır. Kəbədən elan 

ediləcək bu hərəkat necə başlanacaqdır? 

Görəsən, dünyanın hər yerindən İmam Zamanın (ə.c) 

həqiqi dost və tərəfdarları ona necə birləşəcək, böyük 

komandanlıq  qərargahı  necə  təşkil  olunacaq,  nizamlı 

ordu  yaranıb  böyük  miqyasda  əməliyyatlar  necə 

başlanacaqdır? 

İmam  Mehdi  (ə.c)  zühur  edəcək  və  cəmiyyətdə 

zülmün kökünü kəsəcəkdir. Bu yalnız Hicaz, Orta Şərq 

və ya Asiyaya aid deyildir. Həqiqətdə bütün Yer kürəsi 

belə olacaqdır.  

Fitnə-fəsadla  dolmuş  bu  cəmiyyəti  islah  etmək  çox 

asan  iş  deyil.  Bəlkə  də,  bu  işin  öhdəsindən  gəlmək 

iddiası möcüzə yaratmaq iddiası kimi bir şeydir. 

Amma  bu  kitabın  üçüncü  hissəsi  son  imamımız  olan 

İmam Zamanın (ə.c) hakimiyyətinin necəliyinə aiddir. 

İmam  Zaman  (ə.c)  nəzarətdən  çıxmış,  zülm  və  fitnə-

fəsad törədilən bu dünyanı idarə etmək üçün, eləcə də, 

İslam  dövlətinin  qurulması,  qüdrətli,  yararlı  bir 

hakimiyyət  sisteminin  bərpası  üçün  dövrünün  həzrət 

İsa (ə), Salman Farsi, Malik Əştər, Saleh (ə) və bu kimi 

şəxslərin övladları kimi güclü tərəfdarlara arxalanacaq. 

Əlbəttə,  bu  şəxslərin  nəzərəçarpan  rolunun  zülmkar 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə