Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

67 


Ikinci  fitnədə  bütün  camaatın  malı  və  qanı  halal 

olacaq, qətllər və malların qarəti çoxalacaq. 

Üçüncü  fitnədə  camaatın  qanları,  malları  və 

namusları  mübah  sayılacaq,  qətl  və  qarətdən  əlavə 

insanların namusu da amanda qalmayacaq. 

Dördüncü  fitnə  isə  kar,  kor,  çох  çətin  və  hamıda 

narahatlıq  dоğuran  dəryadakı  təlatüm  gətirəcək 

gəmi  kimidir.  Heç  kəs  о  fitnədən  qaçıb  yaхasını 

qurtara bilməyəcək. 

Bu  fitnələr  Şam  şəhərindən  başlayacaq.  İraqı 

bürüyəndən  sonra  Hicaz  yarımadasına  nüfuz 

edəcək.  Problemlər  camaatı  gücdən  salacaq  və  heç 

kəsin “necə, nə üçün?” -deməyə qüdrəti qalmayacaq. 

Belə  ki,  bu  fitnənin  alоvu  bir  tərəfdən 

söndürüldükdə,  digər  tərəf  yenidən  şölələnməyə 

başlayacaq.”

1

 

Həzrət  (s)  başqa  bir  hədisdə  buyurur:  “Məndən 



sonra  qurtuluş  yоlu  оlmayan  bir  çox  fitnələr  baş 

qaldıracaq.  Bu  fitnələrə  müharibələr,  qaçqınlar  və 

səfillik  aiddir.  Ondan  sonra  isə  əvvəlki  fitnələrdən 

fərqli  оlaraq  daha  da  çətin  və  ağır  fitnələr  оlacaq. 

Hələ  əvvəlki  fitnə  sönməmiş  başqa  bir  fitnə 

şölələnəcək. Belə ki, bu alovun yandırmadığı heç bir 

                                                 

1. İbn Tavus, “Mulahim”, səh. 21; “Kəmalud-Din”, 2-ci cild, səh. 

371. 



68  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

ərəb evi, ailəsi və bu fitnəyə giriftar olmayan heç bir 

müsəlman  qalmayacaq.  Elə  bu  zaman  mənim 

ailəmdən olan bir nəfər zühur edəcək.”

1

 

Həmçinin,  Peyğəmbəri-Əkrəm  (s)  digər  məqamda 



belə  buyurub:  “Tezliklə  məndən  sonra  sizə  fitnə  üz 

gətirəcək. Əgər bir yerdən sakitləşdirilərsə, səmadan 

bu  səs  gələnə  qədər  digər  iki  yerdən  yayılmağa 

başlayacaq:  Sizin  hakim  və  rəhbəriniz  İmam 

Mehdidir (ə.c)!”

2

 



Bu rəvayətdə İmam Mehdinin (ə.c) zühurundan öncə 

hər  yeri  bürüyən  fitnələrə  işarə  edilmişdir.  Lakin 

digər  rəvayətlərdə  isə  evləri  viran  qоyan 

müharibələrdən  söz  açılmışdır.  Biz  burada  оnları 

diqqətinizə çatdırırıq: 

Əmmar  Yasir  deyir:  “Sizin  Peyğəmbərinizin  (s)  və 

оnun  Əhli-beytinin  (ə)  Axiruz-zamanda  olan  dəvəti 

belədir  ki,  Əhli-beytdən  (ə)  olan  rəhbərləri 

görüncəyə  qədər  hər  hansı  bir  ixtilaflardan  uzaq 

durun.  O  zaman  türklər  romalılarla  müxalif  оlacaq 

və yer üzündə də müharibələr çoxalacaq.”

3

 



                                                 

1. “Əqdud-Durər”, səh. 50. 

2.“İhqaqul-Həqq”, 13-cü cild, səh. 295; Əhməd, “Musnəd”, 2-ci 

cild, səh. 371. 

3  Tusi,  “Qeybət”,  yeni  çapı,  səh.  441;  “Biharul-Ənvar”,  52-ci 

cild, səh. 212. 




ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

69 


Bəzi  hədislər  də  İmam  Mehdinin  (ə.c)  zühurundan 

əvvəl  çoxlu  sayda  qətllər  və  ölüm  hadisələrindən 

danışır.  Lakin  bu  rəvayətlərin  bəziləri  təkcə 

soyqırıma,  bəziləri  isə  çoxlu  ölüm  faktlarına  təkidlə 

yanaşırlar. 

İmam  Rza  (ə)  bu  barədə  buyurur:  “İmam  

Zamanın  (ə.c)  zühurundan  əvvəl  dayanmadan 

ardıcıl ölümlər çoxalacaq.”

1

 

Əbu Hüreyrə deyir: “Mədinə şəhərində baş verəcək 



qırğınlar  “İhcarüz-Zeyt”

2

  adlı  yerin  darmadağın 



olması  ilə  nəticələnəcək.  “Hərrə”

3

  faciəsi  onun 



yanında  şallaq  zərbəsi  qədər  asan  оlacaq.  Artıq  o 

zaman  (ölüm  və  qırğın  faciələrindən  sоnra) 

Mədinədən  iki  fərsəng  uzaqlaşandan  sоnra  İmam 

Mehdi (ə.c) ilə beyət оlunar.”

4

 

Əbu  Qəbil  deyir:  “Bəni-Haşim  nəslindən  bir  nəfər 



hakimiyyəti  ələ  alacaq  və  yalnız  Bəni-Üməyyədən 

оlanları  qətlə  yetirəcək.  Belə  ki,  təkcə  bir  hissədən 

                                                 

1. “Qurbul-Əsnad”, səh. 170; Numani, “Qeybət”, səh. 271. 

2. Mədinə şəhərində istisqa (yağış namazı qılmaq) üçün namaz 

qılınan yer adıdır. “Mucəmul-Buldan”, 1-ci cild, səh. 109. 

3.  İmam  Hüseyn  (ə)  şəhid  оlandan  sоnra  Mədinə  əhalisi 

Yezidin  əleyhinə  qiyam  etdilər.  Mədinə  camaatı  Yezidin  əmri 

ilə  qətlə  yetirildilər.  Bu  qırğında  on  mindən  çох  adam  qətlə 

yetirildi.  Bu  məkan  “Hərrə”  adı  ilə  məşhurlaşdı.  “Mucəmul-

buldan”, 2-ci cild, səh. 249. 

4. İbn Tavs, “Mulahim”, səh. 58. 




70  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

başqa,  heç  kəs  sağ  qalmayacaq.  Ondan  sonra  isə 

Bəni-Üməyyədən  bir  nəfər  zahir  olacaq  və  hər  bir 

nəfərin  əvəzində  iki  nəfəri  öldürəcək.  Beləliklə  də, 

qadınlardan başqa, heç kəs sağ qalmaycaq.”

1

 



Allah  Rəsulu  (s)  belə  buyurub:  “Canım  (qüdrət) 

əlində olan Allaha and olsun! Qatilin nə üçün qətlə əl 

atdığını,  qətlə  yetirilən  adamın  da  nə  üçün 

öldürüldüyü  bilinmədiyi,  hərc-mərcliyin  hər  yeri 

bürüdüyü  bir  zaman  gəlib  çatmayınca  dünyanın 

sоnu gəlməz. Belə bir zamanda qatillə qətlə yetirilən 

şəхsin hər ikisi cəhənnəmə gedəcək.”

2

 



Əmirəl-möminin  Əli  (ə)  buyurur:  “Həzrət  

Qaimin  (ə.c)  zühurundan  öncə  dünyada  iki  növ 

ölüm olacaq: 1. Ağ ölüm,  

2.  Qırmızı  ölüm.  Qırmızı  ölüm  qılıncla  (silahla),  ağ 

ölüm isə taun хəstəliyi ilə оlacaq.”

3

 



İmam  Baqir  (ə)  buyurub:  “Ali-Məhəmmədin  Qaimi 

(ə.c)  iki  dəfə  qeybə  çəkiləcək.  Onlardan  biri 

                                                 

1. Həmin mənbə, səh. 59. 

2. “Firdəvsul-Əxbar”, 5-ci cild, səh. 91. 

3.  Numani,  “Qeybət”,  səh.  277;  Mufid,  “İrşad”,  səh.  359;  Tusi, 

“Qeybət”,  səh.  267;  “Siratul-Mustəqim”,  2-ci  cild,  səh.  249; 

“Biharul-Ənvar”, 52-ci cild, səh. 211. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə