Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə13/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

63 


faktlarının  çoxalmasına  da  işarədir.  Bəlkə  də,  bu 

hadisə  çoxlu  günahlar  nəticəsində  yerin  aralanaraq 

camaatı udması nəticəsində qeydə alınacaq. 

7. Gözlənilməz ölüm faktlarının çохalması 

Peyğəmbəri-Əkrəm  (s)  buyurub:  “Qayıdış  gününün 

əlamətlərindən  biri  də  iflic  xəstəliyinin  və 

gözlənilməz ölümlərin çoxalmasıdır.”

1

 

Digər  yerdə  isə  belə  buyurub:  “Ağ  ölüm  zahir 



olmayınca, qiyamət günü bərpa olmayacaq.” 

Sоruşdular: “Ey Allahın Rəsulu! Ağ ölüm nədir?” 

Həzrət (s) buyurdu: “Bu gözlənilməz ölümdür.”

2

 



Əmirəl-möminin  Əli  (ə)  belə  buyurub:  “Həzrət 

Qaimin  (ə.c)  zühurundan  əvvəl  ağ  və  qırmızı  ölüm 

olacaq ... Ağ ölüm taundur.”

3

 



İmam Məhəmməd Baqir (ə) buyurur: “Şiddətli qorxu 

olmayınca,  İmam  (ə.c)  zühur  etməyəcək.  Ondan 

əvvəl isə taun xəstəliyi yayılacaq.”

4

  



                                                 

1. Şəcəri, “Əmali”, 2-ci cild, səh. 277.  

2. “Əl-Faiq”, 1-ci cild, səh. 141. 

3.  Numani,  “Qeybət”,  səh.  277;  Tusi,  “Qeybət”,  səh.  267; 

“Əlamul-Vəra”, səh. 427; “Xəraic”, 3-cü cild, səh. 1152; “Əqdud-

Durər”  səh.  65;  “Əl-Fusulul-Muhimmə”,  səh.  301;  “Siratul-

Mustəqim”,  2-ci  cild,  səh.  249;  “Biharul-Ənvar”,  52-ci  cild,  

səh. 211. 

4. “Biharul-Ənvar”, 52-ci cild, səh. 348. 



64  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

8. Dünya хalqlarının qurtuluşdan naümid оlması 

Allah  Rəsulu  (s)  bu  barədə  buyurur:  ”  Ey  Əli! 

Mehdinin  (ə.c)  zühuru  şəhərlərin  dəyişildiyi,  Allah 

bəndələrinin  zəiflədiyi,  оnun  zühurundan  məyus 

olduqları  zamandır.  Elə  bu  zaman  mənim 

övladlarımdan оlan Qaim (ə.c) zühur edəcək.”

1

 

Əbu  Həmzə  Somali  deyir  ki,  İmam  Baqir  (ə)  belə 



buyurdu: “İmam Mehdi (ə.c) camaatın naümidlik və 

məyusluqla  üzləşdiyi  bir  anda  onların  həzrətə  (ə.c) 

pənah aparacaqları zaman zühur və qiyam edəcək.”

2

 



İmam Əli (ə) bu barədə buyurub: “Mən əminəm ki, 

mənim  Əhli-beytimdən  bir  nəfər  mənim  canişinim 

olacaq  və  onun  bu  canişinliyi  çox  çətinliklər  və 

müsibətlərdən  sonra  olacaq.  O  zamanda  bəla  və 

giriftarçılıq 

çохalacaq, 

insanların 

ümidləri 

qalmayacaq.”

3

 



                                                 

1.  “Yənabiul-Məvəddə”,  səh.  440,  “İhqaqul-Həqq”,  13-cü  cild, 

səh. 125. 

2. Biharul-Ənvar”, 52-ci cild, səh. 348. 

3.  İbn  Munadi,  “Mulahim”,  səh.  64;  İbn  Əbil-Hədid,  “Nəhcül-

Bəlağənin şərhi”, 1-ci cild, səh. 276; “Əl-Mustərşid”, səh. 75; Mufid, 

“İrşad”, səh. 128; “Kənzul-Ummal”, 14-cü cild, səh. 592; “Qayətul-

Məram”,  səh.  208;  “Biharul-Ənvar”,  32-ci  cild,  səh.  9;  “İhqaqul-

Həqq”, 13-cü cild, səh. 314; “Muntəxəbu Kənzil-Ummal”, 6-cı cild, 

səh. 35. 




ZÜHURDAN QABAQKI ƏMIN-AMANLIĞIN VƏZIYYƏTI 

65 


9. Хilaskar və sığınacağın yохluğu 

Peyğəmbəri-Əkrəm  (s)  buyurdu:  “Bu  ümmətin 

başına  elə  bir  bəla  gələcək  ki,  insan  zülm  əlindən 

pənah  aparmaq  üçün  heç  bir  sığınacaq 

tapmayacaq.”

1

 



Həmçinin,  yenə  də  buyurub:  “Axiruz-zamanda 

mənim  ümmətimə  hökumətləri  tərəfindən  ağır  bir 

bəla gələcək. Belə ki, mömin zülmün əlindən pənah 

aparmaq üçün bir sığınacaq tapmayacaq.”

2

 

Digər  bir  rəvayətdə  isə  belə  buyurur:  “Sizə 



Fatimənin (ə) bir övladı olan Mehdinin (ə.c) gəlişini 

bəşarət  veririəm!  O,  qərb  tərəfdən  zahir  olub  yer 

üzünü ədalətlə dolduracaq.” 

Sоruşdular: “Ey Allahın Rəsulu! Bu zühur nə zaman 

baş verəcək?” 

Həzrət  (s)  buyurdu:  “Bu,  hakimlərin  (qazıların) 

rüşvət aldığı zamanda, camaat fitnə-fəsad törədəndə 

baş verəcək.” 

Həzrətdən  (s)  sоruşdular:  “Mehdi  (ə.c)  necə  insan 

olacaq?” 

                                                 

1. Şafei, “Bəyan”, səh. 108. 

2. “Əqdud-Durər”, səh. 43. 



66  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Həzrət  (s)  buyurdu:  “O,  öz  əhli  və  ailəsindən 

(ayrılaraq)  vətənindən  uzaqda  tək,  qürbətdə 

yaşayacaq.”

1

 

İmam  Baqir  (ə)  buyurur:  “İntizarında  olduğunuz 



şəxsi  siz  ölmüş  (dişi)  keçi  kimi  оlub  (parçalamaq 

üçün)  haradan  başlaması  fərq  etməyən  vəhşi  yırtıcı 

heyvanın  caynaqları  altına  düşəcəyinizə  qədər 

görməyəcəksiz.  O  zaman  artıq  sizin  təcavüzdən 

qaçıb  qurtarmaq  üçün  hündür  yerdə  nə  bir 

məkanınız  оlar  və  nə  də  gizlənmək  üçün 

sığınacağınız.”

2

 



10. Müharibə, ölüm və fitnələr 

Rəvyətlər  İmam  Mehdinin  (ə.c)  qiyamından  öncəki 

çoxlu  müharibələr  və  soyqırımlardan  söz  açır.  Bəzi 

rəvayətlərdə  “fitnə-fəsad”  sözü,  bəzilərində  isə 

insanların  müharibə  və  yolxucu  xəstəlikləri 

haqqında ifadələr çox işlənib. 

Allah  Rəsulu  (s)  bu  barədə  belə  buyurur:  “Məndən 

sonra sizin üçün dörd fitnə baş verəcək: 

Birinci  fitnədə  nahaq  qanların  tökülməsi  mübah 

sayılacaq və ölümlər çoxalacaq. 

                                                 

1. “İhqaqul-Həqq”, 19-cu cild, səh. 679. 

2. “Kafi”, 8-ci cild, səh 213; “Biharul-Ənvar”, 52-ci cild, səh. 246. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə