Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

ÜMID QAPISI 

97 


müdafiəsinə  qalxan  bir  dövlət  qurulacaq.  Bu  isə 

İmam  Zamanın  (ə.c)  məqsədlərindəndir.  Həmçinin, 

İran  xalqının  o  İmamın  (ə.c)  qiyamı  zamanı  böyük 

ifası  olacağı  barədə  hədislərə  işarə  edəcəyik.  Biz 

burada bir neçə rəvayəti gətirməklə kifayətlənirik: 

Allah Rəsulu (s) buyurur: “Şərq diyarından bir xalq 

qiyam edəcək və İmam Mehdinin (ə.c) qiyamı üçün 

şərait yaradacaqdır.”

1

 

Digər bir hədisdə isə belə buyurur: “Şərq diyarından 



qara  bayraqlar  gələcək  və  onların  qəlbləri  dəmir 

parçası  kimi  möhkəmdir.  Belə  isə  оnların 

hərəkətindən xəbərdar olan hər bir şəxs onlara tərəf 

gedib  оnlarla  beyət  etsinlər.  Əgər  lazım  gələrsə, 

buzun üstüylə оlsa da belə, hərəkət etsinlər.”

2

 



İmam Baqir (ə) buyurur: “Sanki şərq diyarında haqq 

tələbkarı qiyam etmiş bir xalqı görürəm. Lakin haqq 

onlara  verilmir.  Onlar  bir  daha  tələb  edirlər.  Ancaq 

yenə də haqqı onlara vermirlər. Belə olduğu zaman 

qılınclar  qınından  çəkilir,  çiyinlərə  qoyulduqdan 

                                                 

1. İbn Macə, “Sünən”, 2-ci cild, səh. 1368; “Əl-Mucəmul-Əvsət”, 

1-ci  cild,  səh.  200;  “Məcməuz-Zəvaid”,  7-ci  cild,  səh.  318; 

“Kəşful-Ğəmmə”, 3-cü cild, səh. 268; “İsbatul-Hudat”, 3-cü cild, 

səh. 599; “Biharul-Ənvar”, 51-ci cild, səh. 87. 

2. “Əqdud-Durər”, səh. 129; Şafei, “Bəyan”, səh. 490; “Yənabiul-

Məvəddə”,  səh.  491;  “Kəşful-Ğəmmə”,  3-cü  cild,  səh.  263; 

“İsbatul-Hudat”, 3-cü cild, səh. 596; “Biharul-Ənvar”, 51-ci cild, 

səh. 84. 




98  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

sonra düşmən onların tələbini yerinə yetirir. Amma 

bu  zaman  onlar  bunu  qəbul  etmir,  qiyama  qalxır, 

haqqı  sahibindən  başqa,  heç  kəsə  vermirlər.  Bu 

zaman  оnların  ölənləri  şəhiddirlər.  Mən  əgər  onları 

görsəydim,  özümü  bu  işin  sahibi  üçün 

hazırlayardım.”

1

 



İmam  Baqir  (ə)  buyurur:  “Həzrət  Qaimin  (ə.c) 

silahdaşları  üç  yüz  оn  üç  nəfərdir  və  onlar  əcəm 

(qeyri-ərəb) övladlarıdırlar.”

2

 



“Əcəm”  ərəb  olmayanlara  deyilsə  də,  amma 

qətiyyətlə  demək  olar  ki,  bu  yalnız  iranlılara  şamil 

olur.  Əlbəttə,  digər  rəvayətlərə  əsasən,  İmam 

Mehdinin (ə.c) xüsusi ordusunda da bir çox iranlının 

olması danılmaz bir faktdır. 

Rəsuli-Əkrəm  (s)  bu  barədə  buyurur:  “Tezliklə 

sizlərin  arasından  ayaqlarının  altında  yer  yığılan 

(yəni  teyyul-ərz  edən)  bir  qövm  gələcək.  Dünyanın 

qapıları  onların  üzünə  açılacaq,  onlara  fars  kişi  və 

qadınları xidmət edəcək. Yer оnların ayaqları altında 

yığılarkən,  onlar  1  saat  ərzində  şərqdən  qərbə  gedə 

biləcəklər. Onlar özlərini dünyaya satmayan, dünya 

                                                 

1. Numani, “Qeybət”, səh. 373; “Biharul-Ənvar”, 52-ci cild, səh. 

243;  İbn  Macə,  “Sunən”,  2-ci  cild,  səh.  1366;  Hakim, 

“Mustədrək”, 4-cü cild, səh. 464. 

2.  Numani,  “Qeybət”,  səh.  315; “İsbatul-Hudat”,  2-ci cild,  səh. 

547; “Biharul-Ənvar”, 52-ci cild, səh. 369. 




ÜMID QAPISI 

99 


(maddiyyat)  əhli  olmayanlardırlar.  Оnlar  dünyadan 

nə həzz alarlar və nə də dünyadan payları olar.”

1

 

Əmirəl-möminin  Əli  (ə)  bu  barədə  belə  buyurur: 



“Taliqan  şəhərinin  xoş  halına!  Çünki  Allah-taalanın 

orada qızıl və gümüşdən olmayan хəzinələri vardır. 

Onlar Allahı haqq olaraq tanıyan imanlı insanlardır. 

Onlar 


Axiruz-zamanda 

Ali-Məhəmmədin 

Mehdisinin (ə.c) dostları və silahdaşları olacaq.”

2

 



Rəsul-Əkrəm (s) Xorasan əhli barədə bir hədisdə belə 

buyurur:  “Xorasanda  qızıl  və  gümüşdən  оlmayan 

хəzinlər  var.  Orada  Allah  və  onun  Rəsulunun  (s) 

sevdiyi insanlar vardır.”

3

 

                                                 



1. “Firdəvsul-Əxbar”, 3-cü cild, səh. 449. 

2. Şafei, “Bəyan”, səh. 106; Müttəqi Hindi, “Burhan”,  səh. 150; 

“Kənzul-Ummal”,  14-cü  cild,  səh.  591;  “Yənabiul-Məvəddə”, 

səh. 491; “Kəşful-Ğəmmə”, 3-cü cild, səh. 286. 

3. Kənzul-Ummal, 14-cü cild, səh. 591. 




 

İKİNCİ HİSSƏ 

İMAM MEHDİNİN (Ə.C) 

ÜMUMDÜNYA İNQİLABI 

 




 

Birinci Fəsil 

İmam Zamanin (ə.c) Qiyami 

İmam  Mehdinin  (ə.c)  qiyam  günü  haqqında  bir  çox 

müхtəlif rəvayətlər vardır. Bəzi rəvayətlərdə Novruz 

bayramı  qiyam  ediləcək  ilk  gün  kimi  qələmə 

verilmişdir. Bəzi rəvayətlər isə Aşura günü qiyamın 

ilk  günü  olacağından  xəbər  verilir.  Bir  neçə 

rəvayətlərdə  qiyamın  Şənbə,  bəzilərində  isə  Cümə 

günündə  təyin  edildiyi  söylənir.  Lakin  İmam 

Mehdinin (ə.c) qiyamının istər Aşura, yaxud Novruz, 

istərsə də Şənbə, yaxud Cümə günündə baş verməsi 

heç  də  əsaslı  problem  yaratmır.  Çünki  Novruz 

bayramı  dedikdə  şəmsi  tarixi,  Aşura  dedikdə  isə 

Qəməri  tarixi  nəzərdə  tutulur.  Bu  iki  tarixin  isə  bir 

gündə baş verməsi heç də qeyri-mümkün bir hadisə 

deyildir. Eləcə də bu iki tarixin Cümə, yaxud Şənbə 

günü  olması  məsələsi  də  mümkündür.  Həftənin  bu 

iki  gününü  qiyam  günü  kimi  elan  edilməsi  çətin 

nəzərə  çatır.  Buna  baxmayaraq  bu  rəvayətləri  təbir 

və  təfsir  etmək  də  olar.  Çünki  bütün  bu  hədislərin 

mötəbər  olduğunu  qəbul  etdiyimiz  təqdirdə,  bizi 

Cümə gününün zühur, Şənbəni isə qiyam günü kimi 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə