Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

ÜMID QAPISI 

89 


olacaq. Bu, bizim Qaimimizin (ə.c) qeyb dövründən 

zühuruna qədər olacaq. Belə olmazsa, Yer sakinlərini 

özünə çəkib batıracaq. 

Qətiyyətlə  demək  olar  ki,  mələklər  Qum  şəhəri  və 

onun 

sakinləri 



üzərindən 

bütün 


bəlaları 

uzaqlaşdırar, heç bir zalım bu şəhərə qarşı bir cürət 

belə edə bilməz. Allah-taala zalım şəxsin bu şəhərdə 

zülmünə  görə  belini  sındırar  və  оnu  müxtəlif 

bəlalara,  müsibətə  salar,  yaxud  da  düşmənə  giriftar 

edər.  Pərvərdigar  Qum  şəhərinin  adını,  onun 

sakinlərini  zalımlar  Allahı  unutduqları  kimi  onların 

yadından çıxarar.”

1

 

İslam mədəniyyətinin mərkəzi 



Mötəbər  hədislərdə  qeyd  olunan  mövzulardan  biri 

də  Qum  şəhərinin  qeyb  dövründə  İslam 

mədəniyyətinin  dünyaya  yayılacağı  bir  şəhər 

olmasıdır.  Belə  ki,  bu  şəhər  İslam  dininin 

prinsiplərini bütün dünyaya çatdıracaq, oradakı din 

alimləri isə Yer Kürəsi sakinləri üçün höccət olacaq. 

İmam  Sadiq  (ə)  buyurur:  “Tezliklə  Kufə  şəhəri 

möminlərdən  bоşalacaq,  orada  artıq  elm-mərifət 

qalmayacaq.  Eynilə  bir  bucağa  çəkilib  qıvrılaraq 

oturmuş bir ilan kimi. Qum adlanan bu şəhərdən isə 

zühur  edəcək  və  məhz  elə  bu  şəhər  elm,  fəzilət  və 

                                                 

1. Biharul-Ənvar, 60-cı cild, səh. 213. 



90  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

kamillik mədəninin mərkəzi olacaq. Bu şəhər bütün 

dünyada  ideoloji  cəhətdən  zəif  və  dindən  xəbəri 

olmayanları məlumatlandıracaq. Belə ki, hətta pərdə 

arxasında  məhdudiyyətlərlə  qarşı-qarşıya  olan 

qadınların da belə, dini savadı olacaq. Bu dövr bizim 

Qaimimizin (ə.c) zühuruna yaxındır. 

Allah-taala  Qumu  və  bu  şəhər  sakinlərini  Höccətin 

(ə.c)  canişinləri  edəcək.  Belə  olmadığı  təqdirdə,  Yer 

sakinlərini  özünə  tərəf  çəkib  batırar.  Qum 

şəhərindən  yayılan  elm  dünyanın  Şərq  və  Qərbini 

bürüyəcək,  dünya  əhlinə  höccəti  tamamlayacaq. 

Dünyada  dindən-elmdən  xəbəri  olmayan  adam 

qalmayacaq.  O  zaman  Qaim  (ə.c)  zühur  edəcək  və 

оnun  vasitəsilə  kafirlərə  ilahi  əzab  nazil  olacaq, 

çünki  Pərvərdigar  bəndələri  üçün  höccəti 

tamamlamayınca, onlardan intiqam almaz.”

1

 



Başqa  bir  rəvayətdə  isə  bu  barədə  deyilir:  “Əgər 

Qum  şəhərinin  sakinləri  olmasaydı,  din  aradan 

gedərdi.”

2

 



                                                 

1.  Biharul-Ənvar,  60-cı  cild,  səh.  213;  Səfinətul-Bihar,  2-ci  cild, 

səh. 445. 

2. Biharul-Ənvar, 60-cı cild, səh. 217. 




ÜMID QAPISI 

91 


4.  Qum  sakinlərinin  (alimlərinin)  əqidə  və  təfəkkür 

tərzi təsdiqlənib 

Bəzi  rəvayətlərdən  aldığımız  nəticələrə  əsasən,  onu 

da qeyd etməliyik ki, məsum  imamlarımız (ə) Qum 

alimlərinin  təfəkkür  tərzini  təsdiqləmişlər.  İmam 

Sadiq  (ə)  bu  barədə  belə  buyurur:  “Qum  şəhəri 

üzərində bir mələk var. O mələk qanadlarını burada 

hərəkət etdirdiyi müddətdə heç bir zalım bu şəhərdə 

pis məqsədlər yürüdə bilməz. Belə olarsa, Allah-taala 

o zalım şəxsi duzu suda əritdiyi kimi əridər.” 

İmam Sadiq (ə) bu kəlamı buyurduğu zaman İsa ibn 

Abdullaya  işarə  etdi  və  belə  buyurdu:  “Quma 

Allahın  salamı  olsun!  Xilqət  aləminin  Pərvərdigarı 

оranın  torpaqlarına  yağış  yağdırıb  bərəkətini  оnlar 

üçün  nazil  edir,  günahlarını  yaxşı  əməllərə  çevirir. 

Onlar  fəqih,  alim,  dərrakəli  və  düşüncəli  insanlar 

оlduğu kimi də rüku, səcdə, qiyam və zikr əhlidirlər. 

Onlar ən yaxşı hədis tədqiqatçıları, rəvayət və ibadət 

əhlinin ən yaхşı uzaq görənləridirlər.”

1

 

Həmçinin,  bir  nəfər  İmam  Sadiqdən  (ə)  sual  etmək 



məqsədilə  deyib:  “Sizdən  bundan  əvvəl  və  bundan 

sonra da heç vaxt və heç kəsin sоruşmadığı bir sözü 

soruşmaq istəyirəm.” 

                                                 

1. Biharul-Ənvar, 60-cı cild, səh. 217. 



92  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

İmam  (ə)  buyurdu:  “Yəqin  ki,  həşr-nəşr  barədə 

soruşacaqsan?” 

Sual edən şəxs dedi: “Bəli, and olsun Məhəmmədi (s) 

bəşarət  verən  və  qоrхudan  kimi  məbus  edən 

Pərvərdigara!” 

İmam  (ə)  buyurdu:  “Həşr  Cəbəl  vilayətində  Qum 

adlanan  müqəddəs  məkan  və  Allahın  rəhməti  nazil 

оlduğu  bu  yerdən  başqa,  bütün  insanların  dirilib 

“Beytül-Müqəddəs”ə tərəf getməsidir.” 

Belini əyib durmaq istəyən kişi sual verib dedi: “Ey 

Allah Rəsulunun (s) övladı! Bu sözlər Qum şəhərinin 

sakinlərinə məxsusdur?” 

İmam (ə) cavabında buyurdu: “Bəli! Bu sözlər Qum 

şəhəri sakinlərinə, onlarla eyni əqidədə оlan kəslərə 

və оnların sözlərini deyən insanlara aiddir.”

1

 

İmam mehdinin (ə.c) köməkçiləri 



Maraqlısı budur ki, Qum şəhəri haqda söz açılarkən 

rəvayətlərdə  Əhli-beytin  (ə)  haqqını  almaq  üçün 

qiyamlar zamanı İmam Zamanın (ə.c) köməkçiləri və 

silahdaşları  barədə  də  məlumatlara  da  rast  gəlmək 

mümkündür. 

                                                 

1. Biharul-Ənvar, 60-cı cild, səh. 218. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə