Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

80  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

“Əlamul-Vəra”  adlı  kitabda  “müamilələrin  azlığı” 

dedikdə  bazarda,  dükanda  alış-verişin  azalması 

nəzərdə tutulmuşdur.”

1

 

İmam Sadiq (ə) buyurur: “... O zaman Sufyani zahir 



olanda, ərzaq məhsulları azalacaq, camaata qıtlıq üz 

gətirəcək və yağışlar az yağacaq.”

2

 

İbn  Məsud  deyir:  “Ticarətlər  dayananda  və  yollar 



viran olanda Mehdi (ə.c) zühur edəcək.”

3

 



Bəlkə, о zamandakı bazarın pis vəziyyəti, sənaye və 

istehsalat  mərkəzlərinin  viran  qalmasına,  işçi 

qüvvəsinin  azalmasına,  alıcılıq  qabiliyyətinin 

zəifləməsinə,  qıtlığa,  yоllarda  təhlükəli  vəziyyətin 

yaranmasına və sair hallara səbəb оlacaq. 

Əhmədin  “Musnəd”  adlı  kitabında  deyilir: 

“Mehdinin (ə.c) zühurundan üç  il əvvəl camaat çox 

çətin aclıqla üzləşəcək.”

4

 

Əbu  Hüreyrə  deyir:  “Çox  yaxın  olan  şərə  görə 



ərəblərə  yazıqlar  olsun!  Onlara  aclıq  üz  verəcək  və 

                                                 

1. “Əəlamul-Vəra”, səh. 456. 

2. İbn Tavus, “Mulahim”, səh. 133. 

3.  “Əl-Fətavəl-Hədisiyyə”,  səh.  30;  Muttəqi  Hindi,  “Burhan”, 

səh. 142; “Əqdud-Durər”, səh. 132. 

4. İbn Macə, “Sunən”, 2-ci cild, səh. 1363. 



ZÜHUR ƏSRINDƏ DÜNYANIN IQTISADI VƏZIYYƏTI 

81 


analar  övladlarının  aclığını  görüb  göz  yaşı 

tökəcəklər.”

1

 

4. Ərzaq müqabilində qadınların dəyişdirilməsi 



Zühurdan  əvvəlki  qıtlıq  və  aclıq  faciəsi  o  qədər 

dözülməz olacaq ki, bəziləri öz qızlarını bir az ərzaq 

müqabilində dəyişəcəklər. 

Əbu Məhəmməd məğribli bir kişidən belə nəql edir: 

“İmam  Mehdi  (ə.c)  adamların  (fəqirlik  və 

yoxsulluqdan)  öz  qız  və  yaxud  gözəl  kənizlərini 

bazara  gətirib:  “Kim  məndən  bu  qızı  alıb  əvəzinə 

ərzaq  verər?”-dediyi  bir  zamana  gəlməyincə,  zühur 

etməyəcək. Belə bir şəraitdə İmam Mehdi (ə.c) zühur 

edəcək.”


2

 

                                                 



1. “Kənzul-Ummal”, 11-ci cild, səh. 249. 

2. İbn Tavus, “Mulahim”, səh. 59. 




 

Altinci Fəsil 

Ümid Qapısı 

Ötən  söhbətlərimizdə  İmam  Zamanın  (ə.c) 

zühurundan  əvvəl  dünyadakı  vəziyyət  barədə 

rəvayətləri  diqqətinizə  çatdırdıq.  Bu  rəvayətlərdə 

insanlarda  məyusluq  yaradan  dünyadakı  xaos  və 

problemlərə  işarə  olunsa  da,  bu  barədə  ümidverici 

hədislər  də  vardır.  Belə  ki,  bu  hədislər  mömin 

insanlar və şiələrin qəlbində ümid çırağı yandırır. 

Möminlər haqqındakı bəzi rəvayəltərdə Yer üzünün 

onlardan heç vaxt əskik olmadığı, zühurdan əvvəlki 

ən  çətin  vəziyyətdə  mövcud  olduqları  barədə 

məlumatlar verilir. 

Bir sıra rəvayətlər isə qeyb dövründə din alimləri və 

İslam  mütəfəkkirlərinin  rolu  barədə  söz  açılır.  Bu 

alimlər müəyyən bir zaman çərçivəsində cəmiyyətdə 

dəyişikliklər  yaradır  və  beləliklə  də,  “din 

mühafiəzəkarları”  adı  ilə  tanınırlar.  Məsumların  (ə) 

kəlamlarında İmam Zamanın (ə.c) zühurundan əvvəl 

Qum şəhərinin əhəmiyyətli rolu barədəki mövzulara 

işarə  olunmuşdur.  Həmçinin,  bu  rəvayətlərdə 




ÜMID QAPISI 

83 


zühurdan  əvvəl  iranlıların  aktivliyi  də  diqqəti  cəlb 

edən məsələlərdəndir. 



1. Həqiqi möminlər 

Bəzən  rəvayətlər  arasında  bir  sıra  şübhəli 

mövzulardan söz açan hədislərə də rast gəlmək olar. 

Bu  rəvayətlər  Yer  üzündə  möminlərin  olmayacağı 

haqda şübhələrə cavab verir. Əslində İmam (ə.c) bu 

kimi  təsəvvürləri  inkar  edərək  hər  zaman 

möminlərin olacağından xəbər vermişdir. 

Zeyd Zərra deyir ki, İmam Sadiqə (ə) dedim: “Bizim 

möminlərdən olmayacağımızdan qorxuram.” 

İmam (ə) buyurdu: “Niyə belə düşünürsən?” 

Dedim:  “Çünki  aramızda  qardaşını  dirhəm  və 

dinardan  üstün  tutan  bir  şəxsi  görmürəm.  Amma 

dirhəm  və  dinarı  (bizi  bir  araya  toplayan  Əmirəl-

möminin Əlinin (ə) vilayətindən) öz din qardaşından 

üstün hesab etməyimizi görürəm.” 

İmam  Sadiq  (ə)  buyurdu:  “Sənin  dediyin  kimi  də 

deyil. Siz  iman əhlisiniz. Amma  sizin  imanınız hələ 

Ali-Məhəmmədin Qaimi (ə.c) zühur etməyincə kamil 

olmayacaq. O zaman Allah-taala sizin ağlınızı kamil 

edəcək və siz kamil mömin olacaqsınız. 

And  olsun  canım  əlində  olan  qüdrətli  Allaha! 

Dünyanın hər bir guşəsində bütün dünyanın onların 




84  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

nəzərində  bir  ağcaqanadın  qanadı  qədər  dəyərsiz 

оlan insanlar vardır.”

1

 



2. Şiə alimlərinin və elm sahiblərinin rоlu 

Hər  bir  zamanda  cəhalətin  qara  pərdələri  bəşər 

cəmiyyəti üzərinə kölgə salır. Amma din alimləri də 

cahillik  pərdəsini  yırtıb  təfəkkürləri  cəhalətdən 

yuyub-təmizləmək, insanları fitnə-fəsada sürükləyən 

nadanlıqlara  qələbə  çalmaq  kimi  məsuliyyətin 

öhdəsindən  lazımınca  gəliblər.  İxtiyarımızda  olan 

rəvayətlərdə də alimlərin Axiruz-zamanda da bu işin 

öhdəsindən  gələcəkləri  barədə  məlumatlara  rast 

gəlirik. 

İmam  Hadi  (ə)  buyurur:  “Məhəmməd  sülaləsinin 

Qaiminin  (ə.c)  qeybi  zamanı  insanları  оna  tərəf 

hidayət  edib  dоğru  yоl  göstərən,  ilahi  höccətlər 

vasitəsilə  dinin  müdafiəsinə  qalxan,  zəif  şiələri 

şeytanın  və  onun  davamçılarının  tоrundan, 

nasibilərin  (Əhli-beyt  (ə)  düşmənlərinin)  şərindən 

xilas edən alimlər оlmasaydı, heç kəs Allah dinində 

sabit  qalmaz  və  hətta  mürtəd  belə  olardılar.  Lakin 

alimlər  zəif  şiələrin  qəlbinin  hakimiyyətini  qüdrətli 

əlləri  ilə  eynilə  gəmi  kapitanının  sükanı  möhkəm 

                                                 

1. “Biharul-Ənvar”, 67-ci cild, səh. 351. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə