Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

116  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

“Muntəxəbul-Bəsair” 

kitabında 

“Bətirə” 

və 

“Əhbəşiyə”  adlı  qadınların  adları  da  həzrət  Qaimin 



(ə.c)  səhabə  və  yaxın  tərəfdarları  kimi  qeyd 

edilmişdir.”

1

 

Bəzi  rəvayətlər  isə  İmam  Zamanla  (ə.c)  birlikdə 



yalnız  qadınların  olduğunu  söyləmiş,  onların  sayı 

haqqında heç bir şey deməmişlər. 



6.  Tariх  kitablarında  zühur  əsrinin  qadınları 

haqqında araşdırmalar 

Müfəzzəl  ibn  Ömər  tərəfindən  qeyd  edilən 

rəvayətlərdə  həzrət  Qaimlə  (ə.c)  birlikdə  olan 

qadınların  sayı  13  nəfərdən  ibarətdir.  Lakin  bu  13 

nəfərdən  yalnız  9-unun  ad  və  xüsusiyyətləri 

dəqiqləşdirilmişdir.  İmam  Sadiqin  (ə)  bu  adları 

təkidlə  söyləməsi  bizi  bu  qadınların  həyatı, 

aftobioqrafiyası  və  gözəçarpan  xüsusiyyətləri 

haqqında araşdırmalar aparmağa vadar etdi. Əlbəttə, 

bu  araşdırma  heç  də  nəticəsiz  olmadı.  Çünki 

tədqiqatdan  sonra  İmam  Sadiqin  (ə)  nə  üçün  buna 

təkid etdiyinə qənaətbəxş cavablar əldə etmişik. 

Bu  şəxslərin  hər  biri  özünəməxsus  xüsusiyyətlərə 

malikdirlər.  Çünki  bu  şəxslər  ilk  növbədə  Allah 

düşmənləri  qarşısında  öz  ləyaqətlərini  göstərmişlər. 

Onlardan bəziləri (Siyanə kimi) bir neçə şəhid anası 

                                                 

1. “Bəyanul-Əimmə”, 13-cü cild, səh. 338. 




İMAM ZAMANIN (ƏC.) QIYAMI 

117 


olmuş,  nəhayət  özü  də  faciəli  şəkildə  şəhadət 

badəsini içmişdir. Bəziləri isə (Süməyyə kimi) islami 

etiqadının  müdafiəsi  naminə  ən  çətin  və  dözülməz 

işgəncələrə  davam  gətirərək  son  nəfəsinə  qədər  öz 

əqidəsinə  dönük  çıxmamışdır.  Başqaları  isə  (Ümmü 

Xalid kimi) can sağlamlığını İslam dinin mühafizəsi 

üçün ayaqlar altına ataraq əlilliklə dostluq  peymanı 

bağlamışdı.  Zübeydə  kimilər  isə  dünyanın  qüdrətli 

olan  gözqamaşdırıcı  bər-bəzəyinə  aldanmayaraq, 

İslama  olan  məhəbbətini  azaltmamış,  əksinə  olaraq 

bu mal-dövlətdən etiqadı yolunda, bu əbədi dinin ən 

böyük  və  əhəmiyyətli  sütunu  olan  həcc 

mövsümünün bərpasına xərcləmişdir. 

Bu  qadınlardan  bəziləri  İslam  ümmətinin  rəhbərinə 

dayəlik  etmək  və  ləyaqətli  övladların  tərbiyəsi  ilə 

məşğul 


olmaq 

iftixarını 

qazanaraq, 

şəxsi 


mənəviyyatları ilə dillər əzbəri olmuşlar. Bəziləri isə 

şərafətli  şəhid  ailələri  olmaqla  bu  məqama  sahib 

olmuşlar. 

Bəli!  Onlar  bu  əməlləri  ilə  Ümumdünya  İslam 

Hökumətinın 

ağır 


yükünün 

məsuliyyətini 

çiyinlərində  daşımağı  öz  üzərinə  götürə  biləcək 

canıyayan insanlardırlar. 

İndi isə sizi onlardan bir neçəsi ilə tanış edirik: 



118  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

1) Siyanə 

“Xəsaisu  Fatimiyyə”  kitabında  belə  yazılır: 

“Mehdinin  (ə.c)  dövlətçilik  qurumunda  yaralıları 

müalicə  etmək  üçün  13  nəfər  qadın  dirilib  dünyaya 

qayıdacaq. Onlardan biri də Fironun qızının bərbəri, 

Hizqil  adlı  şəxsin  həyat  yoldaşı  Siyanədir.  Hizqil 

Fironun  əmisi  oğlu,  həm  də  onun  xəzinədarı 

olmuşdur.  Özünün  (Siyanə)  dediyinə  əsasən,  Hizqil 

Firon  sülaləsinin  mömin  nümayəndəsi  idi  və  о  öz 

dövrünün  peyğəmbəri  olan  Musaya  (ə)  iman 

gətirmişdi.”

1

 



İslam  Peyğəmbəri  (s)  belə  buyurmuşdur:  “Meraca 

getdiyim gecə Məkkə və Əqsa məscidi arasında heç 

vaxt mənə tanış olmayan gözəl bir qoxu hiss etdim. 

Cəbrayıldan bu ətirin nə olduğunu soruşduqda belə 

cavab  verdi:  “Ey  Allahın  Rəsulu!  Hizqilin  həyat 

yoldaşı  Musa  ibn  İmrana  (ə)  iman  gətirdiyinə  görə 

öznün  bu  əqidəsini  hamıdan  gizli  saxlamışdı.  O, 

Fironun  sarayında  bərbər  işləyirdi.  Günlərin  biri 

Siyanə Fironun qızını bəzəməklə məşğul idi. Birdən 

daraq  Siyanənin  əlindən  yerə  düşür  və  o  ixtiyarsız 

olaraq  “Bismillah”  deyir.  Bu  zaman  Fironun  qızı 

deyir:  “Mənim  atamı  nəzərdə  tutub  ona  sitayiş 

etdin?”  O  cavab  verir:  “Xeyr!  Əslində,  mən  sənin 

                                                 

1. “Rəyahiynuş-Şəriə”, 5-ci cild, səh. 153; “Xəsaisu Fatimiyyə”, 

səh. 343. 




İMAM ZAMANIN (ƏC.) QIYAMI 

119 


atanı  yaradana  və  onu  öldürənə  sitayiş  edirəm.” 

Fironun  qızı  bu  sözləri  eşitcək  dayanmadan  gedib 

atasına  xəbər  verir  ki,  bizim  evimizdə  bir  bərbər 

qadın  Musaya  (ə)  iman  gətiribdir.  Firon  Siyanəni 

hüzuruna  çağıraraq  ona  belə  deyir:  “Mənim 

allahlığımı  qəbul  etmirsən?”  Siyanə  cavab  verir: 

“Mən  heç  vaxt  hikmətli  Allahdan  üz  çevirib  sənə 

pərəstiş  etmərəm.”  Firon  mis  təndirin  yandırılıb 

qızdırılmasını əmr edir və o qadını (Siyanəni) bütün 

uşaqları  ilə  birlikdə  öz  gözü  önündə  o  təndirə  atıb 

yandırır.” 

Yazılanlara əsasən, o qadının südəmər körpəsini elə 

qucağında  ikən  oda  atanda  fikrindən  keçir  ki,  heç 

olmasa dildə də olsa belə, öz əqidəsinin dəyişdiyini 

və bu etiqada nifrət etdiyini desin. Amma bu zaman 

Allahın fərmanı ilə onun südəmər körpəsi dilə gəlib 

belə  deyir:  “Anacan,  səbirli  ol!  Sənin  tutduğun  yol 

haqlı yoldur.” 

Beləliklə, firon tərəfdarları Siyanə və onun südəmər 

körpəsini  alovların  içinə  ataraq  yandırıb  külə 

çevirdilər.  Onların  külünü  isə  elə  bu  torpaqlara 

səpdilər.  Elə  bunun  üçün  də  bu  gözəl  ətir  qохusu 

qiyamət  gününədək  bu  gözəl  torpaqlardan 

getməyəcək.

1

 

                                                 



1. “Minhacul-Dumu”, səh. 93. 


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə