Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

112  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

kəsilməsi,  ədalətin  bərpa  olunmasına  heç  bir  şübhə 

yoxdur.  Söhbətimizin  bu  hissəsində  siz  oxuculara 

İmam  Mehdinin  (ə.c)  qiyamı  zamanı  zərərçəkənlər 

və  məzlumlara  etdiyi  yardımlar  haqqında  məlumat 

verəcəyik. 

İslam  Peyğəmbəri  (s)  buyurmuşdur:  “Mehdi  (ə.c) 

mənim ümmətimdən zühur edəcək. Allah-taala onu 

insanların  fəryadına  yetişmək  üçün  xilaskar  olaraq 

göndərəcək.  O  zaman  insanlar  nemət  içində 

оlacaqlar.”

1

 



Allah Rəsulu (s) insanların fəryadına yetişəcək şəxsi 

müəyyən  millət,  yaxud  bir  tayfaya  aid  etməmişdir. 

Həqiqətdə  “nas”  (camaat)  sözü  elə  İmam  Mehdini 

(ə.c) insanların xilaskarı kimi tanıtmışdır. Elə bunun 

üçün  də  İmam  Mehdinin  (ə.c)  zühurundan  öncə 

bütün  insanların vəziyyəti elə olacaq ki,  hamı onun 

gəlişini arzulayacaq. 

Cabir  deyir  ki,  İmam  Baqir  (ə)  belə  buyurmuşdur: 

“İmam  Mehdi  (ə.c)  Məkkədən  Mədinəyə  tərəf  yola 

düşəcək  və  Bəni-Haşimdən  оlan  dustaqları  azad 

edəcək.  Sonra  Kufəyə  gedib  orada  da  Haşim 

övladlarını azadlığa çıxardacaq.”

2

 

                                                 



1. “Əqdud-Durər”, səh. 167. 

2.  İbn  Həmmad,  “Fitən”,  səh.  95;  İbn  Tavus,  “Mulahim”,  səh. 

64;  “Əl-Fətavəl-Hədisiyyə”,  səh  31;  “Əl-Qəvlul-Muxtəsər”,  

səh. 23. 




İMAM ZAMANIN (ƏC.) QIYAMI 

113 


Əbu  Ərtat  adlı  bir  şəxs  deyir:  “İmam  Mehdi  (ə.c) 

Məkkədən  Mədinəyə  sarı  yola  düşəcək  və  Bəni-

Haşimdən  оlan  məhbusları  azad  edəcək.  Sonra  о 

Kufəyə gedib oradakı Haşimi məhbuslarını azadlığa 

çıxaracaq.”

1

 



Şərani  deyir  ki,  İmam  Mehdi  (ə.c)  qərbə  çatdığı 

zaman Əndəlus camaatı onu qarşılayıb belə deyəcək: 

“Ey  Allahın  Höccəti!  Əndəlus  adasına  və  onun 

əhalisinə yardım et!”

2

 

5. İmam Mehdinin (ə.c) qiyamında qadınların rоlu 



Rəvayətləri  araşdırarkən  İmam  Mehdinin  (ə.c) 

zühurundan əvvəl xüsusilə də, qadınların böyük rol 

oynadığı  haqqında  mövzulara  rast  gəlmək 

mümkündür.  Bəzi  rəvayətlərin  söylədiyinə  əsasən, 

Dəccalın  tərəfdarlarının  çox  hissəsini  qadınlar  və 

yəhudilər  təşkil  etməsinə  baxmayaraq,

3

  zühurdan 



öncəki  pis  vəziyyətdən  təsirlənərək  etiqadları 

naminə çalışıb-vuruşan, çox imanlı və iffətli qadınlar 

da olacaq. 

                                                 

1 İbn Həmmad, “Fitən”, səh. 83; “Əl-Havi lil-Fətava”, 2-ci cild, 

səh.  67;  Muttəqi  Hindi,  “Burhan”,  səh.  118;  İbn  Tavus, 

“Mulahim”, səh. 64. 

2. Qurtəbi, “Muxtəsəru Təzkirə”, səh. 128; “İhqaqul-Həqq”, 13-

cü cild, səh. 260. 

3. Əhməd, “Musnəd”, 2-ci cild, səh. 76; “Firdəvsul-Əxbar”, 5-ci 

cild, səh. 424; “Məcməuz-Zəvaid”, 7-ci cild, səh. 15. 



114  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Çox  möhkəm  etiqadlı  və  cihad  ruhiyyəli  bəzi 

qadınlar  düşdükləri  bütün  şəraitlərdə  Dəccalın 

əleyhinə  zidd  təbliğatlar  apararaq  onun  insanlığa 

layiq 

olmayan 


mənfi 

mahiyyətini 

aşkara 

çıxaracaqlar. 



Bir  sıra  rəvayətlər  İmam  Mehdinin  (ə.c)  qiyamı 

zamanında 400 qadının o həzrəti  müşayiət  etməsini 

qeyd  etmişlər.  Bu  qadınların  çox  hissəsinin  tibbi 

sahədə  fəaliyyət  göstərəcəyinə  də  işarə  edilmişdir. 

Əlbəttə,  rəvayətlərdə  İmam  Mehdinin  (ə.c)  qiyamı 

zamanı  onunla  bərabər  olan  qadınların  sayı 

müxtəlifdir.  Hədislərdən  bəziləri  onların  sayının  13 

nəfərdən  ibarət  olduğunu  xəbər  verir.  Bəlkə  də,  bu 

şəxslər  (qadınlar)  İmam  Zamanın  (ə.c)  köməkçi 

qüvvələri  olacaqlar.  Bəzi  rəvayətlər  isə  İmam 

Mehdinin  (ə.c)  yardımçı  qüvvəsi  olan  qadınların 

sayını 7800 nəfər olduğundan xəbər verirlər. Bunlar 

isə  (qadınlar)  qiyamdan  sonra  bəzi  məsələlərdə 

həzrətə tabe olaraq onun köməkçiləri olacaqlar. 

İbn Həmmad “Fitən” kitabında belə deyir: “Dəccalın 

gəldiyi  gün  möminlərin  sayı  aşağıdakı  kimi 

olacaqdır: 12 min nəfər kişi və 7700, yaxud da 7800 

nəfər qadın.”

1

 

                                                 



1. İbn Həmmad, “Fitən”, səh 151. 


İMAM ZAMANIN (ƏC.) QIYAMI 

115 


Allahın Rəsulu (s) buyurur: “İsa ibn Məryəm 800 kişi 

və  400  qadınla  birlikdə  yerə  enəcək.  Onlar  yer 

üzünün ən yaxşı sakinləri, keçmiş zamanın ən saleh 

bəndələridirlər.”

1

 

İmam Baqir (ə) buyurur: “And olsun Allaha! Üç yüz 



neçə  nəfər  gələcək  və  gələnlərin  arasında  50  nəfər 

qadın olacaq.”

2

 

Müfəzzəl  ibn  Ömər  deyir  ki,  İmam  Sadiq  (ə)  belə 



buyurdu:  “Həzrət  Qaimlə  (ə.c)  birlikdə  13  qadın 

olacaq.” 

Dedim: “Onlar nə işlə məşğul olacaqlar? Оnların bu 

qiyamda nə rоlu оlacaq?” 

Buyurdu:  “Qadınlar  Peyğəmbəri-Əkrəmin  (s) 

dövründəki  kimi  yaralıları  müalicə  və  xəstələrə 

qulluq edəcəklər.” 

Mən dedim: “О оn üç nəfərin adını mənə deyin.” 

İmam  Sadiq  (ə)  buyurdu:  “Rəşidin  qızı  Qənva, 

Ümmü  Əymən,  Hubabə  Valibiyə,  Əmmar  Yasirin 

anası  Süməyyə,  Zübeydə,  Ümmü  Xalid  Əhməsiyə, 

Ümmü Səid Hənəfiyə, Siyanə Maşitə və Ümmü Xalid 

Cəhniyə.”

3

 



                                                 

1.  “Firdəvsul-Əxbar”,  5-ci  cild,  səh.  515;  “Kənzul-Ummal”,  14-

cü cild, səh. 338; “Ət-Təsrih”, səh. 254. 

2. Əyyaşi, “Təfsir”, 1-cic ild, səh.65; Numani, “Qeybət”, səh.279. 

3. “Dəlailul-İmamə”, səh.259; “İsbatul-Hudat”, 3-cü cild, səh.75. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə