Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

108  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

2. Qiyam bayrağındakı şüar 

Hər  bir  hakimiyyətin  onu  tanıdabiləcək  bir  bayrağı 

vardır.  Eləcə  də,  hər  bir  qiyam  və  inqilabın 

öxünəməxsus  bayrağı  olması  zəruri  bir  faktdır.  Bu 

bayraqların  üzərindəki  gerbləri  müəyyən  həddə 

оnun  rəhbərlərinin  hədəflərini  təmsil  edirlər.  İmam 

Mehdinin  (ə.c)  ümumdünya  inqilabının  da 

özünəməxsus  bayrağı  olacaqdır  ki,  bu  bayraqda 

məqsədəlayiq  şüarlar  həkk  olunacaq.  Əlbəttə,  bu 

şüarın  necə  olacağı  haqqında  müхtəlif  fikrlərin 

olmasına  baxmayaraq,  müştərək  nəzər  belədir:  Bu 

şüar  hamılıqla  İmam  Mehdinin  (ə.c)  əmrinə  tabe 

edilməyə dəvət edir.

1

 



İndi isə bu barədə bir neçə rəvayəti sizin nəzərinizə 

çatdırırıq.  Rəvayətlərdən  birində  belə  nəql  edilir: 

“İmam  Mehdinin  (ə.c)  bayrağı  üzərində  belə 

yazılıbdır: Eşidin və bilin! Ona itaət edin!”

2

 

                                                 



1.  İmam  Baqir  (ə)  Əbu  Həmzəyə  belə  buyurmuşdur:  “Sanki 

Əhli-Beytimin  Qaimini  (əc.)  Nəcəf  şəhərinə  daxil  olub  ən 

yüksək  qülləyə  qalxaraq,  Allah  Rəsulunun  (s)  bayrağını 

açdığını  görürəm.  Bayraq  açıldıqda  Bədr  müharibəsində  olan 

mələklərin yerə endiyini də görürəm.” Təfsir, Əyyaşi, 1-ci cild, 

səh. 103; “Qeybət”, Numani, səh. 308; “Kəmalud-Din”, 2-ci cild, 

səh. 672; “Təfsiri Burhan”, 1-ci cild, səh. 209; “Biharul-Ənvar”, 

52-ci cild, səh. 326. 

2.  “İsbatul-Hudat”,  3-cü  cild,  səh.  582;  “Biharul-Ənvar”,  52-ci 

cild, səh. 305. 




İMAM ZAMANIN (ƏC.) QIYAMI 

109 


Başqa  bir  rəvayətdə  isə  deyilir:  “Mehdinin  (ə.c) 

bayrağının şüarı belə olacaq: 

 

<

ﷲ ﺔﻌﻴﺒﻟﺍ


.>

  

«Əl-Beyətu lillah!» 



Yəni beyət yalnız Allah-taala üçün olmalıdır.”

1

 



3.  Qiyamın  baş  verməsinə  görə  dünya  хalqlarının 

sevinməsi 

Rəvayətlərin  dediyinə  əsasən,  belə  anlaşılır  ki, 

Mehdinin  (ə.c)  qiyamı  bütün  insanların  şadlığına 

səbəb  olacaq.  Bu  şadlıq  və  razılıq  hissləri  müxtəlif 

formalarda  bəyan  edilmişdir.  Bəzi  rəvayətlərdə  yer 

və  göy  əhlinin  sevinci,  bəzilərində  isə  ölülərin 

sevincindən  söz  açılıbdır.  Hədislərin  bəzilərində 

camaatın  bu  qiyamı  necə  qarşılayacağı,  bəziləri  isə 

insanların  öz  yaxınlarının  dirilib  bu  günü  görməsi 

arzusu ön sırada gedir. 

Biz  isə  bu  barədə  nümunə  olaraq  bir  neçə  rəvayəti 

diqqətinizə  çatdırmaq  istəyirik.  Allahın  Rəsulu  (s) 

belə  buyurmuşdur:  “Bütün  yer-göy  əhli,  quşlar, 

                                                 

1.  “Fitən”,  İbn  Həmmad,  səh.  98;  “Mulahim”,  səh.  68;  İbn 

Tavus,  “Əl-Qəvlul-Muxtəsər”,  səh.  24;  “Yənabiul-Məvəddə”, 

səh. 435; “Əş-Şiə Vər-Ricə”, 1-ci cild, səh. 210. 



110  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

yırtıcı  heyvanlar  və  dənizdəki  balıqlar  İmam 

Mehdinin (ə.c) zühurundan sevinəcək.”

1

 



Əmirəl-möminin  Əli  (ə)  isə  bu  haqda  belə 

buyurmuşdur:  “İmam  Mehdi  (ə.c)  zühur  etdiyi 

zaman adı dillərdə gəzəcək, insanların varlığı İmam 

Mehdiyə (ə.c) məhəbbətlə dolub-daşacaqdır. Belə ki, 

onun  adından  başqa,  heç  bir  ad  dillər  əzbəri 

olmayacaq,  onunla  dostluq  bütün  insanların  ruh  və 

qəlblərini sirab edəcək.”

2

 



Rəvayətlərin  birində  “yəşrəbunə  hubbəhu”  kimi  bir 

ifadə  işlənibdir.  Bunun  mənası  “onun  məhəbbətini 

içərlər”  deməkdir.  Burada  İmam  Mehdinin  (ə.c) 

məhəbbəti,  maye  və  yaxud  sərin  bir  içkiyə 

bənzədilmişdir.  Belə  ki,  insanlar  bu  mayeni  tam 

istəklə  içər  və  Mehdinin  (ə.c)  eşqi  onların 

vücudlarına hоpar. 

Həzrət Rza (ə) zühürdan öncəki bədbəxt hadisələr və 

fitnə-fəsadları sadaladıqdan sonra zühurdan sonrakı 

vəziyyət haqqında buyurur: “O zamanda insanların 

                                                 

1.  “Əqdud-Durər”,  səh.  84  və  149;  “Əl-Bəyan”,  səh.118; 

“Mustədrək”, Hakim, 4-cü cild, səh. 431; “Əd-Durrul-Mənsur”, 

6-cı  cild,  səh.  50;  “Nurul-Əbsar”,  səh.  170;  “Mulahim”,  İbn 

Tavus, səh. 142; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 150. 

2. “Əl-Havi lil-Fətava”, 2-ci cild, səh. 68; “İhqaqul-Həqq”, 13-cü 

cild, səh. 324. 



İMAM ZAMANIN (ƏC.) QIYAMI 

111 


işi  asan  olacaq.  Hətta  ölülər  yenidən  dirilib  bu 

dünyaya dönmələrini arzulayacaqlar.”

1

 

İmam Sadiq (ə) də həmçinin bu barədə belə buyurur: 



“Elə  bil  ki,  həzrət  Qaimi  (ə.c)  Kufə  məscidinin 

minbərində,  əynində  Allahın  Rəsulunun  (s)  zirehini 

geyindiyi halda əyləşdiyini görürəm.”  

Bu sözlərdən sonra İmam Sadiq (ə) İmam Mehdinin 

(ə.c)  zühurunun  bəzi  xüsusiyyətlərindən  söz  açaraq 

belə  davam  etdi:  “Belə  olduqda  şadlıq  və  sevinc 

hisslərinin  daxil  olmadığı  bir  mömin  qəbri 

qalmayacaq.  Hətta  ölülər  də  bir-birinin  görüşünə 

gedəcək,  İmam Mehdinin  (ə.c)  zühuru  münasibətilə 

bir-birini təbrik edəcəklər.” 

Bəzi  rəvayətlərdə  “tilkəl-fərəcəh”  ifadəsindən 

istifadə  olunmuşdur.  Bu,  “işlərin  asanlığı  və  açılışı” 

deməkdir.  Bərzəx  əhli  də  İmam  Mehdinin  (ə.c) 

zühurunun bərəkəti nəticəsində zahir olacaqlar. Nəql 

оlunan bu rəvayətə əsasən, bu böyük qiyamın təsiri 

o  qədər  geniş  olacaq  ki,  hətta  ruhlara  belə  öz 

nüfuzunu göstərəcək.

2

 



4. Zəiflərin və məzlumların qurtuluşu 

İmam  Mehdinin  (ə.c)  qiyamı  zamanı  bəşər 

cəmiyyətində 

bütün 


haqsızlıqların 

kökünün 


                                                 

1. “Xəraic”, 3-cü cild, səh. 1169; “Qeybət”, Tusi, səh. 268. 

2. “İsbatul-Hudat”, 3-cü cild, səh. 530. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə