Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə18/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

ÜMID QAPISI 

85 


saxladığı kimi ələ alar və qоruyarlar. Buna görə də, 

onlar Allah dərgahında ən üstün insanlardırlar.”

1

 

Rəsuli-Əkrəm  (s)  hər  bir  əsrdə  dini  yaşadanlar 



barədə  belə  buyurur:  “Uca  Pərvərdigar  İslam 

ümməti  üçün  hər  bir  əsrin  əvvəlində  dinini 

dirçəltmək üçün bir nəfəri məbus edir.”

2

 



Bu  iki  rəvayətlə  bərabər  bu  qəbildən  olan  hədislər 

İmam  Zamanın  (ə.c)  qeyb  dövründə  alimlərin 

əhəmiyyətli rolunu açıq-aşkar vurğulayır. Həmçinin, 

bu  alimlər  vasitəsilə  şeytan  məkrlərinin  qarşısının 

alınması  və  dinin  həyatının  yenilənməsini  sırf 

alimlər vasitəsilə həyata keçəcəyinə işarə edir. 

Əlbəttə,  bizim  yaşadığımız  dövrdə  bu  məsələnin 

isbatı  bir  o  qədər  də  çətin  deyil,  çünki  düşmən 

hiyləsinin qarşısını almış İmam Xomeyni (rəh.) kimi 

rəhbərin  mövqeyi  müasir  zamanda  düşmənin 

təhllükə altına saldığı dini prinsipləri yaşatmaq kimi 

önəmli hadisələr heç kəsə gizlin deyil. 

                                                 

1.  Təfsiru  İmam  Əskəri  (ə),  səh.  344;  Əl-İhticac,  2-ci  cild,  səh. 

260; Muniyətul-Murid, səh. 35; Muhəccətul-Bəyza, 1-ci cild, səh. 

32;  Hilyətul-Əbrar,  2-ci  cild,  səh.  455;  Biharul-Ənvar,  2-ci  cild, 

səh. 6; Əl-Əvalim, 3-cü cild, səh. 295. 

2 Əbi Davud, “Sunən”, 4-cü cild, səh. 109; Hakim, Mustədərk, 

4-cü cild, səh. 522; “Tarixi Bağdad”, 2-ci cild, səh. 61; Cəvamiul-

Üsul, 12-ci cild, səh. 63; Kənzul-Ummal, 12-ci cild, səh. 193 və 

şiə  kitablarında  bu  mövzu  barədə  çох  araşdırma  apardığım 

zaman bir məlumat əldə edə bilmədim. 




86  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Şübhəsiz,  bu  əsrdə  müqəddəs  İslam  dininin  xüsusi 

bir  izzəti, İrandakı İslam İnqilabının və onun banisi 

İmam  Xomeyni  (rəh.)  həzrətlərinin  zəhmətinin 

bəhrəsidir. 

3. Aхiruz-zamanda Qum şəhərinin rоlu 

İnsan  cəmiyyəti  məhvə  sürüklənərək  süqut  etdiyi 

zaman  ümid  pəncərəsinin  işıltısı  görünəcək  və 

insanlar  zülmət  qaranlıqlar  içində  nur  bayrağını 

dalğalandıranı  aхtaracaqlar.  Müqəddəs  Qum  şəhəri 

də  Axiruz-zamanda  bu  rоlun  ifasını  öz  öhdəsinə 

götürəcək. 

Bu  müqəddəs  şəhər  və  onun  Əhli-beyt  (ə) 

məktəbinin saf elm çeşməsindən sirab olaraq dəyərli 

risaləti  dünyaya  yaymaq  öhdəliyini  üzərinə 

götürmüş  şərəfli  insanları  barədə  bir  çox  rəvayətlər 

mövcuddur. 

Məsum  imamlar  (ə)  Qum  şəhəri  barədə  müxtəlif 

sözlər  buyurmuş,  onun  əhəmiyyəti,  İmam  Zamanın 

(ə.c)  qeybi  dövründə  mədəni-maarif  inqilabı  barədə 

önəmli  məsələlərə  işarə  ediblər.  Kitabın  bu 

hissəsində  həmin  hədislərdən  bir  neçəsini 

diqqətinizə çatdırırıq. 



Qum – Əhli-beytin (ə) hərəmi 

Bəzi hədislərdə Qum şəhəri və onun sakinlərinin şiə 

və vilayət davamçılarının örnəyi olduqları deyilir. 



ÜMID QAPISI 

87 


Elə bu cəhətdən də, Əhli-beyti (ə) sevən şəxs barədə 

söz  açılan  zaman  onu  “qumlu”  adı  ilə 

adlandırdığının şahidi oluruq. 

Bir  neçə  nəfər  İmam  Sadiqin  (ə)  hüzuruna  gedir  və 

ona deyirlər: “Biz Rey sakiniyik.” 

İmam  (ə)  buyurdu:  “Afərin  Qum  əhlindən  olan 

qardaşlarımıza!” 

Onlar  bir  neçə  dəfə:  “Biz  sizin  hüzurunuza  Reydən 

gəlmişik” -deyə vurğuladıqda, İmam Sadiq (ə) yenə 

də  əvvəlki  sözünü  təkrarlayır  və  sоnra  buyurur: 

“Məkkə  Allah-taalanın  hərəmidir,  Rəsuli-Əkrəmin 

(s)  hərəmi  isə  Mədinədədir.  Kufə  isə  Əmirəl-

möminin  Əlinin  (ə)  hərəmidir.  Bizim  (Əhli-beytin) 

hərəm  isə  Qum  şəhəridir  və  tezliklə  “Fatimə”  adlı 

övladlarımdan  biri  orada  dəfn  olunacaq.  Onu  (tam 

mərifətlə) ziyarət edən şəxsə Cənnət vacib olacaq.” 

Rəvayətçi deyir: “İmam Sadiq (ə) bu sözləri deyəndə 

hələ İmam Kazim (ə) dünyaya gəlməmişdi.”

1

 

Səfvan  deyir  ki,  günlərin  bir  günü  Əbəl-Həsənin 



(İmam  Kazımın)  yanında  idim.  Qum  şəhərinin 

sakinləri və onların İmam Mehdiyə (ə.c) olan sevgisi 

barədə  söz  açıldı.  Yeddinci  İmam  (ə)  buyurdu: 

“Allah-taala  onlara  rəhmət  etsin  və  onlardan  razı 

оlsun!” 

                                                 

1. Biharul-Ənvar, 60-cı cild, səh. 217. 



88  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

İmam (ə) sözlərinin davamında buyurdu: “Cənnətin 

yeddi qapısı vardır. Onlardan biri isə Qum şəhərinin 

əhli üçündür. Bütün şəhər və ölkələr arasında onlar 

bizim  şiələrimizin  ən  seçilmişi  və  ən  yaxşısıdır. 

Pərvərdigar  bizim  vilayətimizi  və  sevgimizi  onların 

yaranışıyla birlikdə хəlq etmişdir.”

1

 



Rəvayətlərdən  aldığımız  nəticəyə  əsasən,  məsum 

imamlar  (ə)  Qum  şəhərini  Əhli-beytin  (ə)  və  İmam 

Mehdi (ə.c) aşiqlərinin mərkəzi biliblər. Bəlkə də, bu 

şəhərə  məхsus  edilən  Cənnət  qapılarından  birini 

rəvayətlərdə  Qum  şəhərinin  sakinlərinə  “Babul-

Mücahidin”,  yaxud  “Babul-Əxyar”  (şiələrin  ən 

yaxşısı) adının deyildiyi kimi rast gəlmək olar. 

Qum şəhəri başqalarina höccətdir 

Ulu  Pərvərdigarın  hər  bir  zamanda  başqa  insanlar 

üçün höccət olan şəxsləri vardır. Bu höccətlər Allah 

yolunda  addım  atdıqları,  Allah  kəlamı  uğrunda 

mübarizəyə  qalxdıqları  üçün  Pərvərdigar  da  onlara 

yardım olacaq, onları düşmən bəlasından qoruyacaq. 

İmam Zamanın (ə.c) qeybi dövründə Qum şəhəri və 

onun  sakinləri  başqalarına  höccət  olacaq.  İmam 

Sadiq  (ə)  bu  barədə  buyurur:  “Bəlalar  və  çətinliklər 

Qum əhlindən uzaqdır. Elə bir gün gələcək ki, Qum 

şəhəri və onun sakinləri bütün insanlar üçün höccət 

                                                 

1. Həmin mənbə, səh. 216. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə