20 DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ
hökumətlərin məhv edilməsi ilə bağlı olmasına
baxmayaraq, onlar İmam Mehdinin (ə.c) ümumdünya
hökumətindəki islahatçı və quruculuq işlərində də
fəaliyyət göstərəcəklər.
“Ön söz” qismində ixtisarla diqqətinizə çatdırdığımız
bu cümlələr onlarla sünni-şiə kitablarında yüzlərlə
rəvayətin təhlili nəticəsində əldə etdiyimiz kəlamlardır.
Bunlar əlinizdəki kitabda təfsilat və təfərrüatı ilə qeyd
edilmişdir.
Nöqsanları nəzərə almaqla bərabər bu kitabın Ali-
Məhəmmədin (s) nəslindən olan ədalətli İmam
Zamanın (ə.c) zühurundan sonra qurulacaq böyük
İslam cəmiyyəti barədə oxucularımızda təsəvvür
yarada biləcəyini ümid edirik. Həmçinin, bu kitabın
İmam Zamanı (ə.c) sevib onun həqiqi intizarını çəkən
tərəfdarları tərəfindən qəbul edilərək istifadə olunacaq
bir kitab olmasını arzulayıram.
Ulu Tanrımızdan bu yolda böyük addımlar atan
əzəmətli şəxsiyyətlərin müvəffəqiyyət timsalı olmasını
diləyirik. Bir neçə məsələni də qeyd etmək istərdik:
1. Biz bu kitabda yazdıqlarımızın tamamilə yeni
mövzu olması iddiasında deyilik, çünki burada
xatırladılan bəzi rəvayətlər keçmiş alimlər tərəfindən
toplanmış və bəzilərində isə hətta nəticələr də almışlar.
Lakin əlinizdəki bu kitabı digər əsərlərdən
fərqləndirən xüsusiyyəti budur ki, xüsusi dini
MÜQƏDDIMƏ
21
terminlər və münaqişələrə toxunulmamış mövzular
yeni üslubda, sadə və ümumi kütlənin dərk edə
biləcəyi şəkildə yazılmışdır.
2. Rəvayətlərdən başa düşdüyümüz mənalar və
aldığımız nəticələr heç bir yerdən götürülməmiş,
istinad edilməmiş, yazıçının sırf öz şəxsi nəzəridir.
Bunun üçün də incə dəqiqlik, çoxlu araşdırmalar və
rəvayətlərin bir-biri ilə müqayisəsi vasitəsilə digər
nəticlər əldə edilmişdir.
3. Eləcə də, biz bu kitabdakı rəvayətlərin hamısının
tamamilə düzgün, doğru və inkaredilməz olduğu
iddiasında deyilik. Amma biz bu əsərin üzərində
işləyərkən mötəbər müəllif və hədissöyləyənlərin
kitablarındakı rəvayətlərdən istifadə etməyə çalışmışıq.
Eləcə də, bəzilərini nəzərə almamaq şərtilə rəvayətlərin
mənbələrindən söz açmamışıq, çünki biz bu rəvayətləri
isbat, ya da rədd etmək mövqeyindən danışmırıq.
Bunlardan əlavə, bir-birindən fərqli olduğu üçün biz
rəvayətlərin tamamilə doğruluğuna yəqinliklə
yanaşmışıq. Xüsusilə də, Əhli-beyt (ə) tərəfindən nəql
olunan hədislərin yəqinliyinə çatmışıq.
4. Bu kitabdakı hədislər rəvayətlər toplusu olan
“Mucəmu əhadisil-imamil-Mehdi” adlı kitabdakı
22 DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ
rəvayətlərlə uyğun gəlir. Əlavə məlumat almaq
istəyənlər bu kitaba müraciət edə bilərlər.
1
5. Bir çox rəvayətlərdə “Əs-saə” və “Əl-Qiyamə” (saat
və qiyamət) sözləri İmam Mehdinin (ə.c) zühuruna
işarədir. Elə buna görə də, “Əs-saə” və “Əl-Qiyamət”in
əlamətləri, yaxud zühurun şəraitinin yaranması ilə
bağlı qeyd olunan rəvayətlər bu kitabda zühurun
nişanə və əlamətləri kimi bildirilmişdir.
6. Kitabın bəzi məsələlərinin daha çox araşdırmaya
ehtiyacı olduğunu da qeyd etməliyik. Əlbəttə, biz var-
qüvvəmizlə bu məsələni izah etməyə çalışmışıq. İlahi
lütf və mərhəmətlər sayəsində gələcək çap növbəsində
daha da dəqiq olacağımız və xırdalıqlara
toxunacağımıza ümidvarıq.
Sonda “Məxluqlara təşəkkür etməyən kəs Xaliqə də
təşəkkür etməmişdir” –şüarına əsasən əziz dost və
qardaşlarıma öz minnətdarlığımı bildirmək istəyirəm.
Xüsusilə, Məhəmməd Cavad və Məhəmməd Cəfər
Təbəsi
adlı
ruhanı
qardaşlarıma
mahiranə
bələdçilikləri, Əli Rəfii və Seyid Məhəmməd Hüseyn
Şahrudiyə isə bu əsərin yazılmasında və nəzmə
1. Əlhəmdulillah, yuxarıda adı çəkilən kitab hörmətli
dostlarımızın həmkarlığı ilə 5 cilddə (Qəməri ilinin 1411-ci
ilində) çap edilmiş və gələcəkdə yeni redaktə ilə nəşr
olunacaqdır.
MÜQƏDDIMƏ
23
salınmasında çəkdikləri zəhmətə görə səmimi qəlbdən
öz təşəkkürümü bildirirəm.
Nəcməddin Təbəsi,
1373-cü şəmsi ili.
BİRİNCİ HİSSƏ
ZÜHURDAN ƏVVƏLKİ
DÜNYAYA BİR BAXIŞ
Biz insanlar işıqlıqda olarkən onun necə əhəmiyyətli
olduğuna çox da varmırıq. Yalnız qaranlığa
düşərkən nurun həqiqi dəyəri haqqında düşünürük.
Yer kürəsi üzərində günəş öz şüaları ilə dünyanı
işıqlandırarkən bir o qədər də onun olub-olmaması
barədə düşünməyə vaxtımız belə olmur. Lakin
buludlar arxasında gizlənib şüalarını bizdən
əsirgəyəndə həyatımızda oynadığı rolu dərk edə
bilirik. Beləliklə də, vilayət günəşinin əhəmiyyətini
onun zühurundan öncəki qarmaqarışıqlıq, nizam-
intizamsızlıq, maddi-mənəvi, psixoloji və s. cəhətdən
baş vermiş streslər, gərginliklər, depressiyalar baş
verəndə anlayacağıq. Əlbəttə, bütün bu çətinliklər
rəvayətlərin nəqlinə əsasən aşağıdakı formada bəyan
edilmişdir:
İmam Zamanın (ə.c) zühurundan öncə fitnə-fəsad,
hərc-mərclik, nizam-intizamsızlıq, təhlükəli həyat,
zülmkarlıq,
bərabərsizlik,
qətl
hadisələri,
təcavüzkarlıq və s. hər yerdə baş alıb gedəcək, yer
üzündə ədalət məfhumu belə qalmayacaq.
Dünyada millətlərarası və dövlətlərarası qanlı
müharibələr, qırğınlar Yer kürəsini ölüxanaya
çevirəcək. Haqsız ölümlər o həddə qədər çoxalacaq
Dostları ilə paylaş: |