Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   2   3   4   5   6   7   8   9   10   ...   93

HÖKUMƏT

 

37 


Səid  ibn  Musəyyib  adlı  şəxs  deyir:  “Fitnələr  baş 

verəcək,  onun  başlanğıcı  isə  (az  yaşlı)  uşaqların 

oyunudur.”

1

 



5. Hökumətlərin zəifləməsi 

Dünyada  yalnız  siyasi  baxımdan  möhkəm  olan 

dövlətlər  öz  vətəndaşlarına  xidmət  etməyə 

qadirdirlər,  çünki  dəyişikliklərə  düçar  olmuş  dövlət 

böyük planlar qurub iş görməyə qadir olmaz. 

Axiruz-zamanda olan hökumətlər möhkəm olmadığı 

üçün  bəzən  səhər  hakimiyyət  başına  gəlməsinə 

baxmayaraq,  gecə  hakimiyyəti  başqasına  təhvil 

vermək məcburiyyətində qalacaqlar. İmam Sadiq (ə) 

bu  barədə  buyurur:  “Yol  göstərən  imam  olmadan 

elmsiz-biliksiz,  bir-birinizdən  bezmiş  halda  hansı 

vəziyyətdə  olacağınızı  heç  düşünmüsünüzmü?  Bu, 

siz  sınaqlardan  keçdikdən,  sizlərin  yaxşınız  və 

pisiniz  ələkdən  keçirildikdən  sonra  baş  verəcək. 

Onda  qılınclar  öz  işinə  başlayacaq  və  müharibə 

şölələri  hazır  vəziyyətdə  olacaq.  Günün  əvvəlində 

hakimiyyətdə olan qüvvələr günün sonunda kənara 

çəkilərək məhv olacaqlar.”

2

 

                                                 



1. İbn Tavus, “Mulahim”, səh. 60. 

2. “Kəmalud-din”, 2-ci cild, səh. 348. 




38  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

6. Ölkələrin idarə edilməsində aciz qalan rəhbərlər 

İmam  Zamanın  (ə.c)  zühurundan  əvvəl  hökumətlər 

yavaş-yavaş  zəifləməyə  başlayacaqlar.  Bu  vəziyyət 

onlara  İmam  Mehdinin  (ə.c)  ümumdünya 

hökumətini  qəbul  etmək  üçün  şərait  yaradacaqdır. 

İmam Səccad (ə) bu ayə haqqında buyurur: 

#Ó¨Lymâ

 

#sŒÎ)



 

(#÷rr&u‘


 

$tB


 

tbr߉tãqãƒ

 

tbqßJn=÷èu‹|¡sù



 

ô`tB


 

ß#yèôÊr&


 

#ZŽÅÀ$tR


 

‘@s%r&ur


 

á#YŠy‰tã


  

“Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi 

zəif  və  köməksiz  hesab  edəcəklər).  Tezliklə  kimin 

köməkçisinin  daha  zəif  və  sayca  daha  az  olduğunu  başa 

düşəcəklər.”

1

 



“Bu  ayədə  verilmiş  vədə  İmam  (ə.c),  onun 

səhabələri,  dost  və  düşmənləri  haqqındadır.  İmam 

Zaman  (ə.c)  qiyam  etdiyi  vaxt  düşmənləri  çox  aciz, 

qüvvələri az və silahları aşağı səviyyədə olacaqdır.”

2

 

                                                 



1. 



Cin



 surəsi, 72:24. 

2.  “Kafi”,  1-ci  cild,  səh.  431;  “Nurus-Səqələyn”,  5-ci  cild,  səh. 

441 “İhqaqul-Həqq”, 13-cü cild, səh. 329; “Yənabiul-Məvəddə” 

səh. 429; “Əl-Muhəccə”, səh. 132. 




 

İkinci Fəsil 

Camaatin Dini Durumu 

Kitabımızın  bu  fəslində  İmam  Zamanın  (ə.c) 

zühurundan  öncə  camaatın  dini  vəziyyəti  haqqında 

danışmaq  istəyirik.  Rəvayətlər  də  o  dövrdə  İslam 

dinində  təkcə  Qurandan  savayı  heç  bir  şeyin  əsər-

əlaməti  qalmayacağını  deyirlər.  Müsəlmanlar  isə 

təkcə “müsəlman” adını daşıyacaqlar. Artıq o zaman 

məscidlər  camaata  moizə  etmək  yeri  olmayacaq. 

Fəqihlər isə yer üzünün ən ucuz malı kimi çox ucuz 

qiymətə satılacaqlar. 



1. İslam və müsəlmanlar 

“İslam”  ilahi  qayda-qanunlar  qarşısında  təslim 

olmaq  deməkdir.  İslam  Adəm  övladının  dünya  və 

axirətdə  xoşbəxtliyini  təmin  edən  ən  üstün  və  ən 

yaxşı dindir. Lakin onu dəyərli edən yeganə məsələ 

İslam  və  Quranın  qanunlarına  riayət  etməkdir. 

Axiruz-zamanda  isə  bütün  bunlar  əksinə  baş 

verəcək. Yəni, İslamın təkcə adı qalacaq. Quranın hər 

yerdə  olmasına  baxmayaraq,  o,  dini  qanun  kitabı 

kimi  deyil,  qədim  bir  kitab  kimi  qəbul  ediləcək. 

Müsəlman  adlanan  şəxslərdə  müsəlmançılıq 



40  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

nişanələri  görünməyəcək.  İslam  Peyğəmbəri  (s) 

buyurmuşdur:  “Bir  gün  gələr  mənim  ümmətimdə 

İslamın  adından  başqa,  heç  bir  şey,  Qurandan  isə 

təkcə  хətti  və  rəsmindən  başqa  əsər-əlamət  qalmaz. 

Müsəlmanlar 

yalnız 

adları 


ilə 

müsəlman 

çağırılacaqlar.  Lakin  оnlar  İslama  qarşı  hamıdan 

daha çох biganə qalarlar.”

1

 

İmam  Sadiq  (ə)  buyurmuşdur:  “Tezliklə  elə  bir 



zaman  gəlib  çatacaq  ki,  camaat  Allahı  tanımayacaq 

və tövhidin nə olduğunu bilməyəcəkdir. Bu vəziyyət 

Dəccalın gəlişinə qədər davam edəcək.”

2

 



2. Məscidlər 

Ümumiyyətlə,  məscid  Allaha  pərəstiş  etmək  üçün 

müqəddəs məkan, dinin təbliğ olunduğu və camaatı 

düzgün  yola  hidayət  edən  ocaqdır.  İslamın 

əvvəllərində,  hətta  hakimiyyətin  ən  önəmli 

məsələləri  belə  məscidlərdə  həll  olunardı.  Cihadla 

bağlı  məsələlər  məsciddə  müzakirə  olunar  və 

beləliklə  insanlar  məsciddən  meraca  gedərdilər. 

Lakin  Axiruz-zamanda  məscid  kimi  əhəmiyyətə 

malik  olan  bu  məkan  öz  mahiyyətini  itirəcək,  dini 

təbliğat,  təlim-tərbiyə  və  elm  ocağı  olmaq  əvəzinə, 

onların  yalnız  sayı  və  bəzək-düzəyi  artacaq. 

                                                 

1.  “Səvabul-Əmal”,  səh.  301;  “Camiul-Əxbar”,  səh.  129; 

“Biharul-Ənvar”, 52-ci cild, səh. 190. 

2. “Təfsiri Furat”, səh. 42. 




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə