Cheshm andazi be hokomat mehdi azari 1394



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix11.07.2018
ölçüsü1,58 Mb.
#55003
1   2   3   4   5   6   7   8   9   ...   93

28  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

ki,  hansısa  bir  ailədə  bir,  ya  bir  neçə  yaxınını 

itirməyən 

qalmayacaq. 

Kişilər, 

cavanlar 

müharibələrdə  öldürüləcək,  hər  üç  kişidən  ikisi 

məhv olacaq. 

Can  və  mal  təhlükəsizliyi  çox  acınacaqlı  vəziyyətdə 

olacaq,  yollar  əmniyyətsizləşəcək,  qorxu-hürkü, 

vəhşət  bəşər  övladının  canını  bürüyəcək  və  vaxtsız 

ölmülər hər yerdə baş alıb gedəcək. Məsum uşaqlar 

ən  zalım  hakimlərin  vasitəsilə,  ən  pis  işgəncələrlə 

öldürürləcəklər. Ümumi xiyaban və keçidlərdə, hətta 

hamilə qadınlara belə təcavüz ediləcək, öldürücü və 

yolxucu  xəstəliklər  açıq  şəkildə  çoxalacaq.  (Bu,  elə 

hədsiz  ölüm  halları  nəticəsində  çürümüş  cəsədlərin 

üfunəti,  yaxud  kimyəvi-mikrobioloji  silahların 

təsirindən də ola bilər.) 

Ərzaq məhsullarının bahalaşması və qıtlıq insanların 

həyatında  iflic  yaradacaq,  torpaq  toxumları 

cücərtmək  və  yaşıllaşdırmaq  iqtidarında  olmayacq. 

Yağışlar  kəsiləcək,  yaxud  da  vaxtsız  yağaraq  kənd 

təssərrüfatına çoxlu ziyan verəcək. Qıtlıq və quraqlıq 

nəticəsində  həyat  o  qədər  çətinləşəcək  ki,  bəziləri 

acından  ölməmək  üçün  bir  qarın  yemək  almaqdan 

ötrü,  hətta  öz  qadınları  və  qızlarını  satmaq 

məcburiyyətində qalacaqlar. 

Belə  bir  şəraitdə  insanları  ümidsizlik  böhranı 

bürüyəcək,  onlar  ölümün  gözəl  bir  ilahi  hədiyyə 




ZÜHURDAN ƏVVƏLKİ DÜNYAYA BİR BAXIŞ

 

29 


olduğunu  sanacaqlar.  İnsanların  yeganə  arzusu 

ömürlərinin  sona  çatması  olacaq.  Qəbristanlıq 

kənarından ötüb keçən, yaxud ölmüş insanları görən 

hər bir şəxs həsrətlə: “Kaş ki, mən də onlarla birlikdə 

ölüb  bu  zillətli  həyatdan  xilas  olaydım!”  –deyə 

ölümü arzulayacaq. 

Bu  dövrdə  bütün  nizam-intizamsızlığın,  təcavüz, 

haqsız  ölümlərin  qarşısını  alan  və  güclü 

zülmkarların pis rəftarlarının cəzasını verə bilən heç 

bir  təşkilat  olmayacaq.  Camaatın  fəryadını  eşidən 

kimsə  tapılmayacaq.  Bəşərin  imdadına  gəldiyini 

iddia  edənlərin  hamısı  isə  xain  və  yalançı  çıxacaq. 

İnsanlar  yalnız  ilahi  islahatçının  zühuru  ümidi  ilə 

möcüzələr gözləyəcəklər. 

Ümidsizlik  hər  yerdə  sakin  olduqdan  sonra  uzun 

illərdə  vədəsi  verilmiş  Mehdi  (ə.c)  insanları  xilas 

etməsi üçün ilahi rəhmət kimi zahir olacaq. Beləliklə, 

hamıya xitab olunan belə bir asimani səda eşidiləcək: 

“Ey  dünya  əhli!  Zülmkarların  dövranı  bitdi.  İlahi 

ədalət  zamanı  gəlib  çatdı.  Mehdi  (ə.c)  zühur  etdi.” 

Bu asimani fəryad ümidsizlikdən bağrı qana dönmüş 

insanların qəlbinə yüksək əhval-ruhiyyə gətirəcək və 

zülmə məruz qalanlara azadlıq müjdəsi bəxş edəcək. 

Bəli,  yalnız  bu  qəbildən  olan  zəminələrin  varlığını 

dərk  etməklə  ilahi  islahatçının  zühuru,  İmam 



30  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

Mehdinin 

(ə.c) 

ədalətli 



hakimiyyətinin 

əhəmiyyətinin zəruriliyini dərk etmək mümkündür. 

Biz  burada  tarixə  əsaslanaraq  İmam  Mehdinin  (ə.c) 

zühuru haqqında rəvayətlərdən söhbət açacağıq. 



 


 

Birinci Fəsil 

Hökumət 

Hər  bir  cəmiyyətdə  müəyyən  dinin,  yaxud  da 

məzhəbin  qanunları  hökumətin  dəstəyi  sayəsində 

icra  oluna  bilər.  Buna  görə  də,  hər  bir  din,  yaxud 

məzhəb  öz  qayda-qanunlarını  icra  etmək  üçün 

hakimiyyəti  ələ  almaq  məqsədini  güdür.  Ən  üstün 

din olan İslam dini də İslam hakimiyyətini qurmaqla 

həqiqi  hakimiyyətin  qorunmasını  özünün  ən  böyük 

və vacib işlərindən biri hesab edir. 

İslam  Peyğəmbərinin  (s)  var  qüvvəsi  ilə  İslam 

hökumətini qurmağa çalışaraq Mədinə şəhərində ilk 

hakimiyyətinin  bünövrəsini  qoyduğu  hamıya 

məlumdur.  Peyğəmbəri-Əkrəmin  (s)  vəfatından 

sonra  məsum  imamlar  (ə)  və  alimlərin  İslam 

hökumətinin 

qurulmasını 

arzu 

etməsinə 



baxmayaraq,  çox  az  zamanları  istisna  etmək  şərtilə 

ilahi  hökumətlər  qurulmamış  və  İmam  Mehdinin 

(ə.c)  zühuruna  qədər  оlan  hökumətlərin  bir  çохu 

batil hesab olunmuşlar. 

Peyğəmbər  (s)  və  məsum  imamlardan  (ə)  nəql 

olunmuş  rəvayətlərdə  İmam  Mehdinin  (ə.c) 




32  DÜNYANIN SONUNCU HAKİMİYYƏTİNİN ƏLAMƏTLƏRİ 

qiyamından  əvvəlki  hökumətlər  haqqında  ətraflı 

məlumatlar  verilmişdir.  Biz  burada  onların  bir 

neçəsinə işarə etməklə kifayətlənirik. 



1. Hakimiyyətin hegemonluğu 

İmam  Zamanın  (ə.c)  zühurundan  əvvəl  cəmiyyətin 

ən çox əziyyət çəkdiyi məsələ hakimiyyətin camaata 

qarşı göstərdiyi zülmkarlıqdır. Allahın Rəsulu (s) bu 

barədə  buyurur:  “Yer  kürəsi  zülmlə  dolacaq, 

“qorxu”  və  “müharibə”  məfhumu  hər  bir  evə  daxil 

olacaq.”

1

 



İmam  Əli  (ə)  isə  bu  barədə  belə  buyurur:  “Bütün 

evlərə  qorxu  və  qəm-qüssə  hakim  olana  kimi  Yer 

üzü zülmlə dolacaq.”

2

 



İmam  Baqir  (ə)  isə  belə  buyurur:  “Qorxu  və  hürkü 

dövrü başlamadan İmam (ə.c) qiyam etməyəcək.”

3

 

                                                 



1.  İbn  Əbi  Şeybə,  “Musənnəf”,  15-ci  cild,  səh.  89;  “Kənzul-

ummal”, 14-cü cild, səh. 584. 

2. “Kənzul-ummal”, 14-cü cild, səh. 584; “İhqaqul-həqq”, 13-cü 

cild, səh. 584; 

3.  Şəcəri,  “Əmali”,  2-ci  cild,  səh.  156;  Müraciət  et:  Numani, 

“Qeybət”  səh.  253;  Tusi,  “Qeybət”,  səh.  274;  “Əəlamul-Vəra”, 

səh.  428;  “Muxtəsəru  Bəsairid-Dərəcat”,  səh.  212;  “İsbatul-

Hudat”, 3-cü cild, səh. 540; “Hilyətul-Əbrar”, 3-cü cild, səh. 626; 

“Biharul-Ənvar”, 52-ci cild, səh. 23; “Bəşarətul-İslam”, səh. 82; 

“Əqdud-Durər”,  səh.  64;  “Əl-Qəvlul-Muxtəsər”,  səh.  26; 

Muttəqi Hindi, “Burhan”, səh. 74; Səfarini, “Ləvaih”, 3-cü cild, 

səh. 8. 



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə