Ci illər peyzaj: Hüseyin Arif


) Cabir Novruz poeziyasının ideya-bədii istiqamətləri



Yüklə 214,12 Kb.
səhifə11/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
Allah komeyimiz olsun

22) Cabir Novruz poeziyasının ideya-bədii istiqamətləri.
Cabir Novruz poeziyası 20ci əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Şairin yaradıcılığı yüksək mənəviyyata səsləyir, poeziyası vətəndaş ruhunun hakim olması ilə səciyyələnir.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olmuşdur.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur.
Onun şeirlərinə bir çox mahnılar bəstələnmişdir:
Həyat sən nə qəribəsən”- həyatın qəribəliklərinin seyrinə daldırır.
Sızlar yada düşəndə ürəyimin telləri
O mehriban o əziz tələbəlik illəri.”- tələbəlik illərinə qayıdış, nostalji hislər.
Kaş millətdə ruh yaşasın”, “Özünü qoru, xalqım”- vətənpərvərlik hisləri.
Tələsin, insanlar, əldən tutmağa,
Tələsin, ömür edib şən yaşamağa.”- insanları yaxınlıq etməyə, ülviyyətə səsləyiş.
Həm həqiqət, həm əfsanə, məhəbbət”- saf, ülvi məhəbbətə çağırış.
Sağlığında qiymət verin insanlara” şeiri isə ədibin sanki bir növ həyat pasportuna çevrilib.
Gözəllik, bəşəri hiss və duyğular, saf məhəbbət, sevgi kimi ali dəyərlər Cabir Novruz lirikasının əsas leytmotivini təşkil edir.
Onun şeirlərinə yazılmış mahnılara: “Məhəbbət”, “Bakının qızları”, “Mənim duyğularım”, “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Böyüməyə tələsmə”, “Ömür keçdi”, “Səsim səsinə öyrəşib” aid edə bilərik.
23.Elçin povestlərinin mövzu dairəsi

Elçin Əfəndiyev XXəsr  Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biridir.
İlk hekayəsi “O, inanırdı” 16 yaşı olarkən, 1959 -cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Elçinin ilk mətbu hekayələrindən biri – «Sarı pencək»dir. Hekayə 1968-ci ilin noyabr ayında yazılmışdır. Elçin «Qatar, Pikasso. Latur. 1968», «Beş qəpiklik motosikl», «Zireh», «Qırmızı ayı balası», «On ildən sonra», «İki çalpapağın və bir qara kepkanın nağılı», «Gümüşü, narıncı və məxməri» hekayələrini yazdı və onlar yazıçının müxtəlif illərdə çap etdirdiyi kitablarında özünə yer aldıLakin onun yaradıcılığının yetkin dövrü 1973-cü ildə çapdan çıxmış Gümüşü, narıncı, məxməri” adlı kitabçası ilə başlanır. Bu kitaba qədər cavan yazıçının üç kitabı çıxmışdı:
Birinci kitabı 23 yaşında, ikincisi isə 1969-cu ildə işıq üzü görmüşdü. Həmin ildə yazıçının «SOS» adlı balaca povesti də ayrıca kitab şəklində çap olundu. Oxucular tərəfindən maraqla qarşılanan bu povest həyat materialının təzəliyi ilə seçilirdi. Amma bu əsər müəllifin həyata nüfuzunun keyfiyyəti cəhətdən ədibin sonrakı əsərlərindən zəif idi. Kiçik hekayə və povestlərlə ədəbiyyata gəlmiş Elçin aradan az keçmiş, əsərlərində yaşadığı dövrün paradokslarını ustalıqla incələməklə mənəvi-əxlaqi mahiyyət kəsb edən mövzu və motivləri əsərlərinin mahiyyətinə hopdura bildi. Uşaq ədəbiyyatı və onun problemləri ilə maraqlandırmışdır. 1980-ci ildə “Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağılları”, “Səlimin hekayələri” göstərdi ki, yazıçı uşaq ədəbiyyatına barmaqarası baxmır, öz balaca qəhrəmanlarının daxili dünyasına nüfuz etməyi bacarır. Povestləri:Bir görüşün tarixçəsi,Açıq pəncərə,SOS,Dolça,Bayraqdar,Toyuğun diri qalması,Qarabağ şikəstəsi.Bəzi povestlərinin mövzusuyla tanış olaq.



Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə