Ci illər peyzaj: Hüseyin Arif


) Anar nəsrində xarakter problemi



Yüklə 214,12 Kb.
səhifə10/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   6   7   8   9   10   11   12   13   ...   51
Allah komeyimiz olsun

19) Anar nəsrində xarakter problemi.
Azərbaycan romanlarında obraz və xarakter problemindən bəhs olunarkən milli xarakter yaradılışı məsələsinin də səciyyələndirilməsinə ehtiyac duyulur. Görkəmli yazıçı Anarın yaradıcılığının ilk dövrlərinin məhsulu olan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı Azərbaycan nəsri tarixində xüsusi yer tutan əsərlərdən biridir. Romanda təqdim olunan hadisələr və xarakterlər kontekstində cəmiyyətimizi narahat edən köklü mənəvi-əxlaqi problemlərə toxunulmuşdur.
Beşmərtəbəli evin altıncı mərtəbəsi” təsirli bir sevgi hekayəsidir. Romanda təsvir olunan Təhminə, Zaur. Spartak, Firəngiz, Mədinə və başqa obrazların hər biri xarakterlərinin fərqli aspektləri və çalarları ilə canlandırılmışdır. Lakin müəllif əsərdə əsas əhvalatları Təhminə və Zaurun əlaqə və münasibətləri kontekstində qurmuş, onların daxili-mənəvi dünyasının gizli, açılmamış qatlarına baş vurmağa çalışmışdır. Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır.
Təhminə obrazına, hətta müasir dövrümüzdə də birmənalı münasibət bəsləmək mümkün deyildir. Bu obrazın təsəvvürlərdəki əsl Azərbaycan qadını siması üçün xarakterik olmayan hansısa cəhətlərinə tənqidi yanaşmaq olar. Amma Təhminə obrazının rəğbət doğurduğu məqamlar da kifayət qədərdir. O, cəsarəti, səmimiyyəti ilə müsbət bədii qəhrəman kimi özlərini cəmiyyətdən ayıran, seçilmişlər cərgəsinə mənsub olmayanlara yuxarıdan aşağı baxan və onları aşağılamağa, təhqir etməyə özlərini haqlı bilən ziyalı qiyafəli meşşanlar təbəqəsinə qarşı dayanır. Bu həm də insanın öz mühitinə qarşı dayanmasıdır.
Təhminə altıncı mərtəbə həqiqətini, yəni həqiqi və saf məhəbbət əzablarının həyatın bütün digər zövqlərindən üstün olmasını duyan, dərk edən nadir istisnalardandır. Bu düşüncə isə onu əhatə edən mühitin həqiqətləri ilə başdan-başa təzad yaradır. Təhminənin azadlığı, açıqfikirliyi, həqiqətpərəstliyi və təbiiliyi onun ideyasız, qanadsız mühitindəki insanların dar düşüncəliyi, riyakarlığı, saxtakarlığı ilə konfliktə girir.
Bu mühitdəki əksər kişilərin Təhminə kimi gözəl və təmiz qəlbli qadınlara münasibəti də ibtidai instinktlərdən uzağa getmir. Belə bir mühitin əhatəsində, əslində, yalqız olan Təhminə xarakter etibarilə başqalarından bir qədər fərqlənən Zaura rast gəlincə illərdən bəri axtardığı idealı tapdığını, beşmərtəbəli evin altıncı mərtəbəsinə yetişdiyini güman edir. Lakin o, bu dəfə də yanılır, azadlığını, səksəkəli səadətini mühitinin – Dadaşların, Manafların, Spartakların rahat, harın yaşayışına, komfortuna dəyişən Zaurun yenidən beşinci mərtəbədə qərar tutması onun sonuncu ümidlərini də öldürür.
Beşmərtəbəli evin altıncı mərtəbəsi” sosial romandır. Əsərdə yeni insan tipi və xarakteri olaraq cəmiyyətimizdə, ailədə olan sosial, məişət problemləri və onların fonunda Təhminənin tənha obrazı durur. Yəni bütün bunlardan kənarda duran, cəmiyyətə kənardan baxan, cəmiyyət tərəfindən başa düşülməyən və onu özününkü eləyə bilməyən, tənha gəlib, tənha gedən bir obraz. Təhminə hətta indiki cəmiyyətin də çox xarakterik obrazıdır. Hər zaman belə tənha qadınlar olub. Onların daxili çox zəngindir, amma zənginliyi hansısa formada göstərəndə düzgün qəbul olunmurlar. Və bu da onların əsas problemidir.
Əsərdə sosial – psixoloji problemlərin müəyyən qədər milli səciyyə daşıması, cəmiyyətin sosial mənəvi həyatında dərin kök atmış ağrıya çevrilmiş ədalətsizlikləri əks etdirən, öz daxili “mən”i haqqında düşüncələrə sövq edən, qəhrəman obrazın cəmiyyətin içindəki mənfi və müsbət keyfiyyətlərə sahib adi insan olduğunu göstərən mənəvi və psixoloji məqamlar vurğulanır.

20)Bəxtiyar Vahabzadənin dramaturgiyasının bədii ideya xüsusiyyətləri
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, publisist, ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadə milli dramaturgiyamızın və teatrımızın tarixində parlaq səhifə açan şəxsiyyətlərdən biri olmuşdur. O, altmış ildən artıq gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, qələmindən çıxan əsərlər – 70-dən çox şeirlər kitabı, tarixi və müasir mövzuda 20-dən çox poema, 14 pyes, 2 monoqrafiya, 11 elmi-publisistik kitabı və yüzlərlə məqaləsi ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında müstəsna rol oynamışdır.O, təkcə Azərbaycanda deyil, sərhədlərimizin hüdudlarından kənarda da görkəmli şair, dramaturq kimi tanınmış, müəllifi olduğu əsərlər dünyanın bir çox ölkə və xalqlarının dillərinə tərcümə edilmişdir.
Lirik-psixoloji təmayülün teatrlarda yer almasında B.Vahabzadə yaradıcılığında yüksək ictimai qayə, əqidə, təmiz əxlaqi pafos və fəlsəfi mövqe xüsusi yer tutmuşdur. Görkəmli dramaturqun pyeslərini iki qismə ayırmaq olar. Birinci qisməİkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Cəzasız günah”, “Rəqabət” və s. müasir mövzulu lirik-psixoloji dramlarıikinci qisməFəryad”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” tarixi dram əsərləri daxildir. Dramaturq lirik-psixoloji üslubdakı pyeslərində müasirlərimizin mənəvi aləminə işıq salmaq, onların xarakterindəki psixoloji dəyişmələri, ziddiyyətləri göstərməyə nail olmuşdur. Tarixi mövzulu əsərlərində isə Azərbaycan xalqının tarixinə bugünkü mövqedən yanaşmaqla, qədim dövrlərdən etibarən müxtəlif mərhələlərdə baş vermiş hadisələri dəyərləndirərək, böyük şəxsiyyətlərin parlaq simalarını əks etdirmişdir. Pyeslərinin səhnə təcəssümü Bakıda və ölkəmizin müxtəlif dövlət teatrlarında qoyulmuş tamaşaların təqdimində öz əksini tapmış.
B.Vahabzadə dramaturgiyaya poeziyadan gəlsə də lirik-psixoloji pyeslərini nəsrlə yazmışdır. Onun böyük səhnəyə yol açan ilk əsəri “İkinci səs” pyesi də bu üslubda qələmə alınmış, realist-psixoloji teatrın tələblərinə tam cavab verməklə uğur qazanmış, milli teatrın repertuarını zənginləşdirmişdir. “İkinci səs” pyesinin
mündəricəsi bir-birinə saf duyğularla bağlı iki insanın məhəbbəti üzərində qurulub. Nəbatat İnstitutunun elmi işçisi qırx yaşlı Rəşadı və otuz iki yaşlı həkim Arzunu bir-birinə doğmalaşdıran təkcə hisslər deyil, dünyagörüşü, həyata eyni mənəvi prizmadan baxış, sevgi, ideal, ictimai amal və arzulardır. Amma sevən insanların daxili dünyasında sanki heç bir maneə yox ikən, bu əngəllərlə onlar real həyatda, cəmiyyətdə üzləşirlər. Rəşadın ailəsi, ailə qarşısında məsuliyyəti, ər və ata borcu var. İlk nəzərdə ailə-məişət mövzusuna toxunan pyes ictimai borc və saf məhəbbət duyğuları arasında konfliktə rəvac verərək, dərin mənəvi məsələlər, fəlsəfi mətləblər qaldırır, ağıl və hissin məngənəsində çırpınan müasir insanın daxili dünyasına nüfuz edir. Əsərin əsas psixoloji konfliktini də məhz bu – ürəklə vicdan, azad məhəbbət arzusu ilə cəmiyyət qarşısındakı borc, ehtirasla ağıl arasındakı barışmaz mübarizə təşkil edir. Əsərin əvvəlindən axırına kimi bu mübarizə hadisələrin hərəkətverici qüvvəsinə çevrilir, qəhrəmanların məhəbbətini, vicdanlarını imtahana çəkir.
İkinci səs” pyesində rəmzi qat daha geniş planda nəzərdə tutulub. “Əsərin şərti, bədii rəmzi müəllifin obrazlara verdiyi adlarda da öz ifadəsini tapıb: Arzu-müəllifin sevgi haqqında idealının, arzusunun ifadəsidir. Həyat - real gerçəkliyi, həyatı əks etdirən surətdir. Müəllif iradəni isə övladla bağlamışdır - ailə qarşısında ictimai məsuliyyət və borc hissi ilə. Rəşad məhz Arzu ilə Həyat yəni idealla gerçəklik arasında çırpınır” . Beləliklə, pyes psixoloji konfliktin nəzərdə tutduğu problemlərin geniş spektrinə varmağa imkan verir, obrazlardan hər birinin daxili aləmində: ürək və ağıl, arzu və vicdan, ideal və qanun, sərbəstlik və normaların çarpışmasından doğan əxlaqi qənaətləri inikas etdirirdi.
Yağışdan sonra” pyesində insan mənəviyyatının ekologiyası, “Yollara iz düşür” pyesində isə, vətəndaşlıq mövqeyi mövzusu daha qabarıq verilir ki, bu da yaradıcı insanın xudbinlik və ehkamçılıq üzərində qələbəsini təcəssüm etdirir. “Hara gedir bu dünya?”, “Cəzasız günah”, “Rəqabət” pyeslərində respublikamız müstəqillik əldə etdikdən sonra cəmiyyətdə cərəyan edən mənəvi proseslərdən, xalqımızın üzləşdiyi gerçək təzadlardan söz açılır. B.Vahabzadənin tarixlə müasirliyi sintez edən, günün aktual ictimai hadisələrinin mövzusu olan “Atamın kitabı” pyesində sanki təkrarlanan tarixdən ibrət almağa çağırır. Onun lirik-psixoloji pyesləri öz fəlsəfi dərinliyi, ictimai-sosial yönü və kəskin publisistikası ilə diqqəti cəlb edir. Mürəkkəb ictimai-siyasi şəraitdə səhnəyə gəlməsinə baxmayaraq, bu tamaşalar zaman-insan-cəmiyyət barədə şair-dramaturqun düşüncə və mövqeyini əks etdirmiş və müasir Azərbaycan tamaşaçısının zövqünün formalaşmasında xüsusi rol oynamışdır.
Bəxtiyar Vahabzadə müasir mövzulu lirik-psixoloji pyeslərlə yanaşı tarixi dramlar da qələmə almışdır. Onun tarixi dramlarının qəhrəmanları da, lirik-psixoloji pyeslərində olduğu kimi psixoloji əsaslara müraciət edən obrazlardır. “Fəryad” pyesində hadisələr fəlsəfi dram janrına uyğun olaraq insanın daxilində, düşüncə və mühakimələrində cərəyan edir. Mənzum tarixi faciə olan və mövzusu İmaməddin Nəsiminin dövründən,hürufilikdən götürmüş “Fəryad”da fikir və şəxsiyyət azadlığı problemi qoyulub.Əsərdə azadlıq uğrunda mübarizə aparan,ölümə gedən insanın haqq səsinin-fəryadının eşidilməsi niyyəti ön plana çəkilib. O, müstəqillik illərində tamaşaya qoyulmuş “Dar ağacı” tarixi faciəsində xalq və Vətən amalına xəyanət edənlərə mənəvi dar ağacı qurur, onları məhşər ayağına çəkir.Babəkin edam edilməsində böyük rolu olmuş Aqşinin -ərəb xilafətinin valisinin Azərbaycana qayıtması və həyatını dar ağacında bitirməsi faciədə öz əksini tapıb.Ədibin fikrincə,xalqından ayrı düşən,ona xəyanət edən insan xoşbəxt tale yaşaya bilməz.
Müəllifin pyesləri yalnız Bakıda deyil, respublikanın ayrı-ayrı dövlət teatrlarında da səhnə həllini tapmış, geniş tamaşaçı rəğbəti qazanmışdır. “İkinci səs” pyesi isə (2000) Almaniya Türk Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Pyeslərin səhnə uğurunda məhz B.Vahabzadə dramaturgiyasına xas olan lirik-psixoloji üslubun rolu boyükdür. “Ədalət” mənzum pyesi şair-dramaturq şifahi xalq ədəbiyyatından istifadə edərək qələmə almışdı. Pyesdəki yığcamlıq, konflikt və xarakterlərin inandırıcılığı tamaşaya uğur qazandırmışdı. Əsərdəki hadisələr həyati problemlərə toxunduğundan süjet xətti aydın idi.
21)Bəxtiyar Vahabzadənin ailə-məişət mövzulu pyeslərində obrazların daxili dünyası
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, publisist, ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadə milli dramaturgiyamızın və teatrımızın tarixində parlaq səhifə açan şəxsiyyətlərdən biri olmuşdur. O, altmış ildən artıq gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, qələmindən çıxan əsərlər – 70-dən çox şeirlər kitabı, tarixi və müasir mövzuda 20-dən çox poema, 14 pyes, 2 monoqrafiya, 11 elmi-publisistik kitabı və yüzlərlə məqaləsi ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında müstəsna rol oynamışdır.
Lirik-psixoloji təmayülün teatrlarda yer almasında B.Vahabzadə yaradıcılığında yüksək ictimai qayə, əqidə, təmiz əxlaqi pafos və fəlsəfi mövqe xüsusi yer tutmuşdur. Görkəmli dramaturqun pyeslərini iki qismə ayırmaq olar. Birinci qisməİkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Cəzasız günah”, “Rəqabət” və s. müasir mövzulu lirik-psixoloji dramlarıikinci qisməFəryad”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” tarixi dram əsərləri daxildir. Dramaturq lirik-psixoloji üslubdakı pyeslərində müasirlərimizin mənəvi aləminə işıq salmaq, onların xarakterindəki psixoloji dəyişmələri, ziddiyyətləri göstərməyə nail olmuşdur.
İkinci səs” pyesi B.Vahabzadənin ən çox səhnəyə qoyulan əsəri olmuşdu.
Onun böyük səhnəyə yol açan ilk əsəri “İkinci səs” pyesi də bu üslubda qələmə alınmış, realist-psixoloji teatrın tələblərinə tam cavab verməklə uğur qazanmış, milli teatrın repertuarını zənginləşdirmişdir. “İkinci səs” pyesinin mündəricəsi bir-birinə saf duyğularla bağlı iki insanın məhəbbəti üzərində qurulub. Nəbatat İnstitutunun elmi işçisi qırx yaşlı Rəşadı və otuz iki yaşlı həkim Arzunu bir-birinə doğmalaşdıran təkcə hisslər deyil, dünyagörüşü, həyata eyni mənəvi prizmadan baxış, sevgi, ideal, ictimai amal və arzulardır. Amma sevən insanların daxili dünyasında sanki heç bir maneə yox ikən, bu əngəllərlə onlar real həyatda, cəmiyyətdə üzləşirlər. Rəşadın ailəsi, ailə qarşısında məsuliyyəti, ər və ata borcu var. İlk nəzərdə ailə-məişət mövzusuna toxunan pyes ictimai borc və saf məhəbbət duyğuları arasında konfliktə rəvac verərək, dərin mənəvi məsələlər, fəlsəfi mətləblər qaldırır, ağıl və hissin məngənəsində çırpınan müasir insanın daxili dünyasına nüfuz edir. Əsərin əsas psixoloji konfliktini də məhz bu – ürəklə vicdan, azad məhəbbət arzusu ilə cəmiyyət qarşısındakı borc, ehtirasla ağıl arasındakı barışmaz mübarizə təşkil edir. Əsərin əvvəlindən axırına kimi bu mübarizə hadisələrin hərəkətverici qüvvəsinə çevrilir, qəhrəmanların məhəbbətini, vicdanlarını imtahana çəkir.
“İkinci səs” pyesində rəmzi qat daha geniş planda nəzərdə tutulub. “Əsərin şərti, bədii rəmzi müəllifin obrazlara verdiyi adlarda da öz ifadəsini tapıb: Arzu-müəllifin sevgi haqqında idealının, arzusunun ifadəsidir. Həyat - real gerçəkliyi, həyatı əks etdirən surətdir. Müəllif iradəni isə övladla bağlamışdır - ailə qarşısında ictimai məsuliyyət və borc hissi ilə. Rəşad məhz Arzu ilə Həyat yəni idealla gerçəklik arasında çırpınır” . Rəşad da bəraəti ondadır ki, o, görkəmli mütəxəssisdir, zəhməti ilə insanlara xeyir verir. “Lakin məhəbbəti bir an onu rahat buraxmır. Ürəyindən qopan bir səs addımbaşı onunla sual-cavab edir. Bu, vicdanın səsidir. İkinci səsdir” Beləliklə, pyes psixoloji konfliktin nəzərdə tutduğu problemlərin geniş spektrinə varmağa imkan verir, obrazlardan hər birinin daxili aləmində: ürək və ağıl, arzu və vicdan, ideal və qanun, sərbəstlik və normaların çarpışmasından doğan əxlaqi qənaətləri inikas etdirirdi.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə