|
Ci illər peyzaj: Hüseyin ArifPOVESTLƏRİ:
1.Bir görüşün tarixçəsi
|
səhifə | 12/51 | tarix | 07.06.2023 | ölçüsü | 214,12 Kb. | | #115792 |
| Allah komeyimiz olsunPOVESTLƏRİ:
1.Bir görüşün tarixçəsi - Burada yazıçı furqon sürən Məmmədağanın və onun məhəllə qonşusu Məsməxanımın obrazlarını yaradır, onların mürəkkəb münasibətləri barədə söz açır. Yazıçı bu sadə, zəhmətkeş, qədirbilən adamlarda yüksək mənəvi keyfiyyətlər: həssaslıq, fədakarlıq, yaxşı mənada təəssübkeşlik tapır. Özləri kasıb və köməksiz olan bu adamlar hər cür fədakarlığa, verdikləri sözün dalında durmağa, qonşuya əl tutmağa həmişə hazırdırlar.
2.Dolça - Yazıçı bu əsərini fəlsəfi pritça-povest şəklində yazmışdır. Bu janr bədii ümumiləşdirmənin çətin üsulu olmaqla yanaşı, böyük həyat həqiqətlərini bədii şəkildə ifadə etməyə imkan verir. 70-ci illərin sonlarından başlayaraq cəmiyyətdə qütbləşmə güclənirdi: məmurların bir qismi rüşvət, fırıldaq, xalq malını oğurlamaq yolu ilə varlanıb harınlayır, ətraf insanlara da təsirini göstərirdi. Cəmiyyətdə tamahkarlıq, xeyir dalınca qaçmaq əsas sosial qüsura çevrilir, əxlaqi pozğunluğun, meşşanlığın geniş yayılması ilə nəticələnirdi. Dövrün bu eybəcərliklərini yazıçı alleqorik formada − Dolça adlı həyət itinin timsalında əyani şəkildə göstərir. Dolça peşəsi avtobus sürmək olan zəhmətkeş, fədakar bir insanın həyət itidir. Həmin həyət dənizə yaxın və yay istirahəti üçün əlverişli olduğundan şəhərli tanışlar həyət sahibindən xahiş edirlər ki, öz ikimərtəbəli evində onlara istirahət üçün otaq ayırsın. Ev sahibi razılaşır. Kirayəçilər bir ay hər axşam ocaq qalayıb kabab bişirir və aləmi tüstüyə verirlər, səhərə qədər çalıb oynayırlar. Onlar köçəndən sonra qəribə hadisə baş verir: Dolça südəmər vaxtından böyüdüyü həyəti tərk edib yaxınlıqdakı kababxanada məskən salır və daha sahibinin həyətinə ayaq basmır. Nəyə görə? Ona görə ki, Dolça artıq ancaq kabab sümüyü yeməyə öyrəşib, daha ona atılan çörəkləri yemir. Yazıçı əsərdə insanın itin əxlaqını pozmasını göstərə bilmişdir. Lakin bu hələ əsərin fikrinin hamısı deyildir. Əsərin əsas qəhrəmanı əslində Dolça deyil, hər gün kabab sümüyü sormağa öyrəşmiş pozğun insanlardır. Sahibinə nəfsə görə xəyanət − it təbiətinə aid olan hadisədir. Lakin bu mənəvi qüsur Dolçaya kimdən keçir? Əlbəttə, harın insanlardan, vücudunu qarnına güzəştə getmiş gödən qullarından. «Dolça» povesti yazıçının insanlara xəbərdarlığıdır: harınlamaq, öz qarnının quluna çevrilmək itlərin belə, əxlaqını pozan bir eybəcərlikdir, cəmiyyət üçün təhlükəli olan çürüdücü virusdur. Yazıçı deyir ki, mənəvi dəyərlərdən uzaqlaşıb ancaq yeməklə yaşayan müftəxor, pozğun insanlar itdən də keyfiyyətsiz məxluqlara çevriliblər. Əslində Dolça itin yox, öz mənini maddi dəyərlərə satmış kommunist məmur sinfinin obrazıdır. Onlar insan cildində dolçalardır. «Dolça» povestində də sadə, zəhmətkeş adamlar, yazıçının uşaqlıq aləminin sakinləri mədəniyyət cildinə girmiş meşşan eybəcərliyinə qarşı müsbət, işıqlı bir qütb kimi durur. «Dolça» sovet cəmiyyətində gedən əxlaqi ikiləşməyə, kommunist əxlaqının çürüklüyünə qarşı yazılmış ən sərt satirik əsərlərdən biridir.
Dostları ilə paylaş: |
|
|