Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə13/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   9   10   11   12   13   14   15   16   ...   51
Allah komeyimiz olsun

3.Bayraqdar” povesti. Buzovna fəhlə yataqxanası sakinlərinin həyatı barədə hekayətlər silsiləsini davam etdirir. Hadisənin mərkəzində Surxay obrazı və onun böyük futbolçu istedadına görə Eysebio adını almış oğludur. Bir vaxtlar Şuşanın mərkəzindəki köşkdə qəzet satan Surxayın həyatda oğlundan və öz əlləriylə düzəltdiyi üçrəngli bayraqdan qiymətli heç nəyi yox idi “...və Surxay Bayraqdar 1988-ci ildə üçrəngli bayrağı başının üstünə qaldırıb mitinqin önündə dayananda, il-on iki ay Sovet Azərbaycanının oraqlı-çəkicli bayrağını görməyə adət etmiş çox adam o müstəqillik bayrağını birinci dəfə gördü.Və o vaxtdan Şuşada bir mitinq olmadı ki, Surxayın bayrağı o mitinqin iştirakçısı olmasın, erməni gülləsinə tuş gələn bir şəhid dəfni olmadı ki, Surxayın əlindəki o bayraq orada başını əyməsin...” Bu bayrağa sevgi Surxayın qəlbində əbədi yuva qurmuşdu.Mən 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Bakıda, elə bu cür bayraqdar-romantiklərin milis məntəqəsinə düşməyi göz önünə alaraq (bəziləri, yeri gəlmişkən, düşürdülər) paytaxtın küçə və meydanlarında üçrəngli bayrağı qaldırmaqlarını xatırlayıram. Onlar dəstələrin önündə öz bayraqları ilə qürurla addımlayırdılar və bu bayrağın daim başları üzərində dalğalanması naminə ölməyə hazır idilər. Bu oğlanların bir çoxu Qarabağ müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda həqiqətən həyatlarını qurban verdilər. Və Azərbaycanın o müharibədə məğlub olmasında onlar günahkar deyillər...Buzovnadakı fəhlə yataqxanasında sığınacaq tapan, ailəsi üçün gündəlik ruzisini Bakı-Mərdəkan trassında qəzet sataraq çıxaran Surxay öz adətinə xilaf çıxmayaraq əlamətdar bayram günlərində də öz sevimli üçrəngli bayrağını üçüncü mərtəbədəki balaca otağının pəncərəsindən asırdı. Amma sən saydığını say, gör fələk nə sayır: oğlu həyətdə uşaqlarla futbol oynayanda qazanxananın damına düşən topu götürərkən sürüşüb üzüqoylu, Surxayın artıq damdan çıxartsa da evə gətirməyə macal tapmadığı bayrağın üstünə düşür. Bayrağın dəstəyinin ucundakı zubul Eysebio-Əbülfətin sinəsini deşib düz ürəyinə girir.Əsərin sonluğu güclü təsir bağışlayır: yeganə oğlunu itirmiş Bayraqdar, Əbülfətin ölümündən sarsılmış yaxınlarının, qonşularının yığışdığı ehsan süfrəsinin arxasından qalxıb harasa gedir və birazdan əlində tutduğu üçrəngli bayraqla geri qayıdaraq onu məclisin qənşərindəki iydə ağacının budaqları arasından uzadır. Halbuki, iztirab və ümidsizlikdən hiddətlənərək, oğlunun ölümünə səbəb olan bayrağı, dəstəyi əslində parça-tikə edə, hətta təpiyinin altına sala bilərdi. Lakin bu dözülməz anda belə, bayraq onun üçün müqəddəs olaraq qalır, axı, hər şey bir yana, bu, Surxayın ailəsini və qaçqın ailələrini doğma Şuşaya bağlayan son ümiddir. Bu bayrağın doğma yurda qayıdacağına isə Surxay bəzi həmyerlilərindən fərqli olaraq bir an da şübhə etmir. Hüzür süfrəsi üzərində geniş açılmış bayraq sanki Surxayın oğlunun da Azərbaycanın müharibədən qayıtmayan minlərlə digər övladları kimi şəhid olmasını göstərir. Və onun bu ucuz ölümünə və belə qısa həyatına təsəlli bundadır...Povestdə vətənini sevmək, doğma yurdu qorumaq kimi heç bir şüarçı-publisistik çağırış yoxdur, bununla belə o, bütövlükdə elə güclü və silinməz vətənpərvərlik hissləri oyadır . Əsərdə bundan az koloritli olmayan çoxlu başqa personajlar var: məsələn, bufetçi İbadulla, prokuror Əhməd Ağayeviç, onun bağının gözətçisi Vasili Kuzmiç. Elçin heç vaxt öz qəhrəmanlarını yalnız bircə ağ yaxud qara boyalarla təsvir etmir, hətta sərt təbiətli rüşvətxor prokuror belə restoranda Cavanşir adlı klarnetçinin vəcdlə çaldığı “Seygahın” qüssə gətirən melodiyasından son dərəcə təsirlənə bilir və belə daxili səmimilik anlarında prokuror anlayır ki, mahiyyətcə həyatını hədər yaşayıb və ölüm saatı ərəfəsində o, cənab Allaha əyri yolla yığdığı var-dövlət və arvadının brilliantlarından savayı heç nə təqdim edə bilməyəcək.Əsərdə belə epizod var: Vasili Kuzmiç isə o maçanın əti ilə plovun düyüsünü ləzzətlə yeyə-yeyə bir daha əmin olurdu ki, dünyada azərbaycanlılardan dadlı xörək bişirən millət yoxdu və həmin anlarda Vasili Kuzmiç fəxr eləyirdi ki, o da bu gözəl azərbaycanlılar kimi müsəlmandı... Bununla yanaşı, elə əsərlər var ki, Qarabağ probleminə birbaşa deyil, dolayısıyla, müharibənin dəhşətlərindən keçmiş insanların acı taleyi vasitəsiylə toxunur. Xalq yazıçısı Elçinin “Qaçqınlar” silsiləsində – “Qarabağ şikəstəsi”, “Sarı gəlin”, “Bayraqdar” və s. povest və hekayələri bu qəbildəndir.Bu povestlərdə pulemyot güllələri eşidilmir, döyüş səhnələri canlandırılmır və igidlərimiz qəhrəmancasına şəhid olmurlar. Lakin o, bu murdar müharibə Elçinin povestlərində doğma torpağında bir göz qırpımında qaçqına çevrilən qarabağlıların ağrılı taleyi şəklində iştirak edir. Onlar acından ölmürlər, onlar Buzovnada fəhlə yataqxanasında alababat sığınacaq tapıblar, onlar bütün günü ruzi axtarışında Abşeronu dolaşırlar, gecə isə yuxularında doğma el-obalarını görürlər. Bu insanlar Elçinin “4.Qarabağ şikəstəsi” povestinin qəhrəmanı Cümü kimi itirilmiş torpaqlarının xatirəsiylə yaşayırlar. Cümü yüzüncü, mininci dəfə yaddaşındakı dağ sıldırımlarına dırmaşaraq, az qala hər ağacı, qaya parçasını, böyürtkən kolunu gözü önünə gətirir və qüssəylə dərk edir ki, Şuşanın işğalından sonra keçən illər onun həyatı olmayıb. “...aradan keçən bu on ildəki həyat Cümünün ömrü deyildi, bu başqa bir şey idi. Nə idi? Nə idisə də, Cümünün yaşadığı ömür – Şuşada, o Ağadədəli məhəlləsində qaldı...”Hətta Abşeronun sərt, gözəl təbiəti, məsələn, yerli sakin Ağadadaşa “rahatlıq və dinclik” gətirdiyi halda, Cümü üçün nə isə yad, hətta xoşagəlməzdir. Və o, gecələr tez-tez dənizin uğultusundan oyanaraq, isti, boğanaq havada nəfəs ala bilmir. Azca mürgüləyən kimi isə düşüncəsində sevimli Şuşanın yamyaşıl, zümrüdü mənzərələri canlanır.Doğma ev-eşiyini ixtiyarsız tərk etmiş qaçqınların faciəsini Elçin quru təsvirlərlə deyil, sırf bədii vasitələrlə – obraz və xarakterlərlə, Buzovnanın fəhlə yataqxanasında sığınacaq tapmış insanların psixoloji vəziyyətini göstərməklə çatdırır: doğma yurd-yuvasının həsrətindən yaddaşını itirmiş Məmməd kişi, öz dünya gözəli arvadını dəlicəsinə sevən və vəziyyətinin çarəsizliyini dərk etdiyi üçün içən Cümşüd, nə miskin həyat tərzinin, nə yuyulmaqdan solmuş donunun gözəlliyinə kölgə sala bilmədiyi arvadı Sona, məmurların tapşırıqlarına baxmayaraq qaçqınların işi üzrə BMT Ali Komissarlığının əməkdaşının üzünə “bizə heç nə lazım deyil! Humanitar yardım da lazım deyil! Aparın bunu ermənilərə verin. Bircə Şuşanı bizə qaytarın!” acı sözlərini çırpan Məmməd kişinin arvadı Sürəyya xala... Bu qısa povestdə bir də buzovnalı Ağadadaşın, eləcə də anası Zibanın uzaq vətəni Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbəyə həsrətini genlərində daşıyan BMT-nin əməkdaşı İzabel Xanukoffun koloritli obrazları vardır. Bütün bu obrazlar uzaq, gözəl doğma torpağın rəmzi kimi təsirli “Qarabağ şikəstəsi” melodiyasıyla bir bütöv halında birləşir və bu torpağı itirdikdə insan heç vaxt xoşbəxt ola bilməz. Bu qısa povestdə kifayət qədər lokal materialda Elçinə qlobal problemləri əks etdirmək, erməni işğalının Azərbaycan xalqının taleyində iz buraxdığı faciəvi təzadları və acı nəticələri göstərmək müyəssər olmuşdur.
5.“Toyuğun diri qalması” povestində dəllal Zübeydənin özünün-özünə qurduğu divanın təsviri Elçin bədii dilinin epik imkanlarını bütün qüvvəti ilə üzə çıxaran səciyyəvi nümunədir. Təsvir mənəvi səfalətin çeynəyib-tükətdiyi, üzüb əldən saldığı bir qadının etirafı kimi düşünülmüşdür. Lakin bu etiraf, sadəcə olaraq günahların qeydə alınması deyildir, taleyin özünəməxsus dil təsbitidir, uzun bir ömür yolunun kiçik bir dil mətnində sıxılaraq təmərküzləşməsidir. Zübeydənin indi onda əzablı bir can yanğısı doğuran <> həqiqətən uzun romandır. Lakin müəllifin tətbiq etdiyi orijinal təsvir vasitələri (yaddaşın oyanışı, lap uzaqlarda qalmış uşaqlığın «
Elçin bədii dilinin zənginliyi, əlbəttə ki, yazıçının həm də yüksək poctika mədəniyyətindən xəbər verir, məsələn, epik forma axtarışlarındakı orijinallığını, bənzərsiz bədii təsvir və ifadə vasitələri tapmaq ustalığını nümayiş etdirir.



Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə