Ci illər peyzaj: Hüseyin Arif


Vətən haqqında şeir yazmağın qaydalarını vaxtilə Kommunist partiyası necə müəyyən edibsə, indi də elədir



Yüklə 214,12 Kb.
səhifə16/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   12   13   14   15   16   17   18   19   ...   51
Allah komeyimiz olsun

Vətən haqqında şeir yazmağın qaydalarını vaxtilə Kommunist partiyası necə müəyyən edibsə, indi də elədir. Son illərdə ayrı-ayrı mediya qurumlarının hazırladıqları xüsusi buraxılışlar, “Vətən” topluları da bunu təsdiq etməkdədir. Şairliyin əlamətlərindən biri də şeirdə bayağı, qondarma fikirlərin yer ala bilməməsidir. Basmaqəlib epitetlər, sözün şitini çıxaran qafiyəli bər-bəzək oxucuda yaxşı təəssürat oyada bilməz. Belə yazılar Vətən, torpaq haqqında düşüncənin daşıyıcısı ola bilməz. Həyatı boyu “seçilmiş əsərlər” yazıb-yaradan Ə. Salahzadə yaradıcılıq potensialını aydın, saf, təmiz siyasi düşüncəsi ilə kinetik enerji halına gətirərək onu bir işıq kimi müasir cəhalətlərin başı üstündə yandıra bilir. C. Məmmədquluzadələrin, Məhəmməd Hadilərin platformasında duran Ə. Salahzadə ən səmimi duyğularını Vətəninə həsr etdi.
Kürdəmir” şeiri azərbaycanlının yurdu haqqında yazılmış ən şirin bir bayatı qədər təsirlidir. Hərdənbir Kürdəmirdən də ötə gərək adam, Kürdəmir də gərək keçə hərdən adamdan... Kirpiyində od götürən nar bağları gərək keçə. Qatarların vaxtlı-vaxtsız reysləri gərək keçə. Fit səsləri altında ekvator-relsləri gərək keçə. Bir qocanın “Hophop” şeiri kimi tünd sözləri, uşaqların qatarlara baxmaqdan iri-iri gözləri gərək keçə... Vətən üçün onun doğmalıq halı başlıca şərtdir. Poeziyada o doğmalıq adama sözün qüdrəti ilə xatırladılmalıdır.Əvvəldən axıra qədər bu şeirdə Vətən kəlməsi yoxdur. Lakin Vətənin nə olduğu, onun doğmalığının nədən ibarət olduğu – ölkə övladı yaşadığı yerlərdə “xatirə cızığıyla” bir də gəzdirilərək anladılır. ... Toxum kimi en yerə, qalx, sünbüldən dən-dən düş. Bu torpaqda ilk cığırın ucundan tut, xəyalların göyündən düş. Dağından vur, qumundan çıx..., en bir xalı naxışından, çıx bir Bakı metrosundan... və s.
Ə. Salahzadənin təsvir və tərənnüm etdiyi Vətəni göy gurultusu, ağacları, çiçəkləri ilə şəhərə gəlib çıxan kəndimizin göylərindən, havasına qayıtdığımız palıdından, canında tükənməz cingilti yatıb qalan Lahıc qabından, yelpik-yelpik yarpaqlarının havasından, ayağı yalın dumanından, muzeyin vaxt dəryasında əl-qol atan xalısından... tanımaq olur. Son dövrlərdə Vətən haqqında yazılan əsərlərdə mövzu olaraq onun ağır, faciəli tarixi üstünlük təşkil edir. Lakin bu mövzunun ədəbi təqdimatı çox vaxt publisistikanın etdiyindən o qədər də fərqlənmir. Ədəbiyyat həyat hadisələrinin tipikləşdirilməsi yolu ilə yarana bilər. Məsələn, Ə. Salahzadənin “İz” şeiri 20 Yanvar hadisələrindən bəhs edir. Cinayət hadisəsi üçün ən tutarlı dəlil “iz” ola bilər. Şair iz itirmək, cinayətin izi kimi ifadələrin yaratdığı təsəvvürlərlə müdhiş bir qətlin mahiyyətini açmağa nail ola bilir. ... Bəsincə yaz, kefincə poz – iz itir, özün uydur, özün də yaz – iz itir. .. Boz varaqda laxtalanan gürzə imza cinayətin izidir.
Yolu Vətənin içindən gəlib keçən bir mövzu da 41-45 davası ilə bağlıdır. Nefti dava yandırdı, davanı neft yandırdı. Neftimi yandıran davalar yandırır məni. Tarixin ən müdhiş cəngi olan İkinci Dünya müharibəsinin odu, tüstüsü göylərimizin üzərindən hələ də çəkilməyib. Bu müharibənin ədəbiyyatımızdakı qələbə və məğlubiyyətləri hələ bundan sonra da dönə-dönə nəzərdən keçiriləcək və təhlil olunacaqdır. Tarix üçün də, ədəbiyyat üçün də həmin savaşın qəhrəmanı xalq idi. Bu savaş tək fürerizmə qarşı yox, dünyanın hər yerinə, o cümlədən ən ucqar yaşayış yerlərinə hücum edən yüz cür adı olan şərə qarşı idi. Bu şərin – müharibənin axırına çıxmaq hər yerdə hər kəsin bir nömrəli vəzifəsi idi. Davanın ən dəhşətli yeri də o vaxt arxa cəbhə idi. Ə. Salahzadə “Yeddi para kəndin nağılı” poeması ilə 41-45 davasından yazan o şairlər sırasında durur ki, onlar müharibə aparan ölkənin qanlı döyüşlərin getmədiyi şəhərlərindən, qəsəbə və kəndlərindən yazırdılar. “Yeddi para kənd” kəlməsi həm o müdhiş davanın para-para saldığı yer üzünü, həm də amansız bir siyasi sistemin gücün, zorun ağzına verdiyi azlığı, köməksizliyi, talesizliyi ifadə edir. Barmaqları göynək-göynək Qəmər köynək toxuyurdu. Bu əsərin fabulası Qəmərin cəbhədəki oğulları üçün əlcək, köynək, corab toxuması üzərində qurulub. O müharibədə düşmən əsgəri ilə birlikdə üstümüzə soyuq, şaxta, aclıq gəlirdi. İkinci dünyanın yun çırpanları, yun əyirənləri, başa corab hörənləri, Stalinlərin, Hitlerlərin başına ip salıb gəzdirənləri dünyada olduqca, yun çırpıb, əlcək toxuyub bu müharibələrin axırına çıxmaq istəyən Qəmər kimi analar da olacaqlar. Bu poemada müharibə iştirakçısı olan Vətən təsvir olunub.

Ulduzların nağılı”poemasında hərbin ağrı-acılarına sinə gərmiş qadınların sədaqətindən bəhs olunur.


Azərbaycan şairi Ələkbər Salahzadənin türk dilinə tərcümə edilmiş “Üstümə gəlir”, “Bir də gördün”, “Yol” şeirləridir. Ələkbər Salahzadə uzun illər gəncliyin jurnalına rəhbərlik etdi.Redaktor kimi fəaliyyət göstərdi. Daha sonra incəsənət toplusuna məsləhət bildilər.
Redaktorluq onun üçün də, mənsub olduğu nəslin əksər nümayəndələri kimi, ədəbiyyatın və mədəniyyətin, əsl sənətin dəbə yox, dəyərə işləməsi məsuliyyətinə ekvivalent idi, Ələkbər Salahzadə və onun nəslinə mənsub olanlar ədəbiyyatda, sənətdə dəyərin mahiyyətini və məzmununu şou niyyətlərindən uzaq tutmağı bacarırdılar. 
Heç bir halda bədbinlik təlqin eləmirdi, sadəcə, özünü etnik mühitin rəngarəngliyində itirməməyə, seçilməyə ümidləndirirdi. Çünki Ələkbər Salahzadə bu yurdu, bu vətəni nəhayətsiz bir ehtirasla sevirdi və şeiri - düşüncəsi bu şövqün ötürücüsü ola bilirdi. Ələkbər Salahzadənin şair obrazı özündən sıyrılıb bir baş yuxarı, bir boy ucada durur, bu, faktdır! O, ustad bildiyi Rəsul Rza ilə yanaşı durmurdu, şöhrəti ilə onu ötüb keçmək iddiası və nəsibi olmadı, ancaq mənsub olduğu bu ədəbi məktəbə məhz Ələkbər Salahzadə naxışı vura bilirdi, bu məktəbin ayaq üstə dura bilməsi, möhkəmlənə bilməsi, üçün orijinal yaradıcı əmək qoydu.
Ələkbər Salahzadə bayram şairi olmadı, ola bilmədi. Onun natiqliyi kütlə ehtirasına hesablanmamışdı. Ələkbər Salahzadə daxili monoloq xiridarıydı, o kəslərçün yazırdı ki, o kəslərə yazırdı ki, mikrofon aludəçisi deyildilər, səsucaldıcı küyü yox, özüylə qalıb qəlbiylə söhbət etməyi üstün tuturlar. O, oxucunun ardınca getmədi, oxucunu günün içindən, vaxtın yollarından keçirib uzaqlara, çox uzaqlara aparırdı. Bu uzaqlığın adı - oxucunun öz qəlbiydi. Elə ona görə də Ələkbər Salahzadə həyatdan getsə də, diqqətləri özünə yönəldə bildi, sağlığında olduğundan daha çox! Səslənməsiylə yox, səsiylə, səsləri dinləyə bilməsiylə. Dinləyə bilən insan düşünə bilir; düşünə bilirsənsə, düşündürməyi də bacaracaqsan!



Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə