Ci illər peyzaj: Hüseyin Arif


Həyat faktlarına xüsusi poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində - poemalarında da saxlanır



Yüklə 214,12 Kb.
səhifə18/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   14   15   16   17   18   19   20   21   ...   51
Allah komeyimiz olsun

Həyat faktlarına xüsusi poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində - poemalarında da saxlanır.
İdman mövzusunda yazdığı «Bir santimetr haqqında ballada» poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Ə.Kərimdə oxucusunu poetik mühitinə salmaq istedadı vardır: «Ilk simfoniya» poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii sahələrlə yaşayırsan: şair oxucunu musiqi salonundan çıxarıb. qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir.
Ə.Kərimin bədii təfəkkürü uşaq poeziyası sahəsində də gözəl məhsul vermişdir. Uşaqların ürəyini şair nəğmə yuvası bilir. Ə.Kərimin uşaq şeirlərində səmimi, ürǝyǝyatan bir yumor var.
Onun nəsrindəki epiklik poemalarındakı mənzum təfərrüata, poetik süjet tipologiyasına çox uyğundur. Bu nəsrdə fəsillərin keçidi, səhnələrin bağlanması, hadisələrin kompozisiyası daxilində əlaqəsi və fabulanı təşkiletməsi, bədii lövhələrin mənzərə sistemi poemalardakı kimidir, şeir silsiləsi təsiri bağışlayır. Bu cəhətdən ilk iri nəsr əsəri «Pillələr» romanı ilə «Mavi nəğmənin sahilində» povesti istər məsələlərin qoyuluşuna vǝ obrazların səciyyələndirilməsinə, istərsə də fabulasına və dil-ifadə tərzinə görə bir-birindən xeyli fərqlənir. O, romanında gah nasir, gah ssenarist, gah da şair kimi çıxış edir. Təsadüfi deyil ki, romana şeirlərindən hazır qəlib-ifadələr düşür.
Pillələr” romanı tələbə həyatından danışır. Süjet sərt konflikt üstündə qurulmur, geniş həyat səhnələri yoxdur, obrazlar əsərdə təkamül keçirmir, elə bil hərə bir şeirdə təqdim olunan obrazdır - ilk təqdimatdan necə tanınırsa, elə də qalır. Ancaq özlüyündə gözəl dramatik təsvirlər var, dərin psixoloji anlar roman boyu səpələnmişdir. oxucunu ayrılmağa qoymayan gözəl bədii dili romanı şeir kimi oxutdurur. Bu, həm də əsl ədəbi, normativ dildir. Bütövlükdə şairanǝ dilli romanın hər səhifəsində elə mükalimələr, elə düşüncələr, elə təsvirlər, ayrı-ayrı elə ifadələr var ki, şeir kimidir və məhz şeir emosiyası doğurur.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə