Ci illər peyzaj: Hüseyin Arif


Seyid Əzim Şirvaninin maarif və məktəb yolunda apardığı mübarizələr əsərin əsasını təşkil edir



Yüklə 214,12 Kb.
səhifə20/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   16   17   18   19   20   21   22   23   ...   51
Allah komeyimiz olsun

Seyid Əzim Şirvaninin maarif və məktəb yolunda apardığı mübarizələr əsərin əsasını təşkil edir. Xalqın övladlarının savadsız və cahil qalmasına şair dözə bilmir. Uşaqlar mollaxanalarda, mədrəsələrdə illərlə çərəkəni öyrənir və Quranı oxumağı öyrənirlər və bundan savayı heç nə bilmirlər. Bu Seyid Əzimi narahat edir çünki o, uşaqlar sadəcə cahil olaraq yetişirlər. Onlar Quranı oxumağı öyrənsələrdə mahiyyətini dərk etmirlər. İnsanlar kordurlar bu mühitdə sadəcə mollaların dediklərinə inanırlar. Bunun mahiyyətini dərk etmirlər, sözdə dindar müsəlman olsalar da dinlərindən belə xəbərləri yoxdur və mollalar tərəfindən aldadılırlar. Bütün bunlar Əzimin ürəyini parçalayır o xalqını belə avam görmək istəmir. İnsanları mədəni savadlı, həm dünyəvi elmlərə yiyələnmiş həm də dininin mahiyətini dərk etmiş görmək istəyir. Bir para mollalar var ki, onlar xalqın hər zaman avam olmasını istəyirlər. Avam insanları oyatmağa çalışanları isə qəbul etmirlər. Seyid Əzimin də yaratdığı məktəb bu şəkildə fitnəkar mollaların, dindən xəbəri olmayan möminlərin hədəfinə çevrilir. Qapaqlılar, Məşədi Alışlar və Qurbanqulular onu əzmək üçün əllərindən gələni edirlər. Bu kütlə heç cür maarifi, məktəbi, mədəniyyəti, irəliyə atılmış heç bir addımı qəbul etmək istəmirlər. Dar çərçivənin Qapaqlıları cahil kütlənin söz keçirəni olmaqda davam etmək istəyirlər. Seyid Əzimə qarşı avam camaatın isə münasibəti bir tərəfli deyil. Onu bir tərəfdən seyid, peyğəmbər övladı bilirlər, haqqında eşidilənlər və danışdıqlarını eşidən də isə ziddiyyətlər içində qalırlar. Bütün bunlara baxmayaraq, Seyid Əzim çalışır. Bilir ki, bu gün olmasa da bir gün mütləq onun da xalqı tərəqqi edəcək. İstedadlar musiqi şeir, sənət torpağı olan Şamaxı bir gün sənətkarlara da öz qucağını açacaq. Uşaqlar dünyadan xəbərli savadlı olacaqlar. Buna inanaraq Seyid Əzim bir an belə mübarizəsindən qalmır. O, uşaqları ac qaldıqda belə yenə də yalnız özünü düşünmür, qapıya gələnləri əliboş yola salmır. Əlində olanını yarı bölür.
Əsərin sonlarında artıq görürük ki, Seyid Əzim qocalmışdır. Xalqın dərdi Seyid Əzimi qocaltmışdır. Şəhərə yeni təyin olunan axundun gəlişini fürsət bilən Qapaqlılar, Məşədi Alışlar hücuma keçirlər hərəsi bir yandan Seyid Əzimin şeirini deyərək onun kafirliyini isbatlamağa çalışır. Onlar şeirləri əzbər bilirlər. Bütün bunlar qoca şairə pis təsir edir. Şair bir müddət xəstə yatdıqdan sonra dünyasını dəyişir amma köçən çairin cismidir, ruhu hər zaman xalqı ilədir. Seyid Əzimin səsi aləmdə hələ də yaşayır.
28. Ə.Cəfərzadənin nəsr sənətkarlığı
İyirminci yüzilin Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri olan xalq yazıçısı Əzizə Cəfərzadə özünəməxsus bir yaradıcılıq yolu keçmişdir. Daha çox tarixi roman ustası, etnoqrafik yaddaşımızın mahir salna- məçilərindən biri kimi tanınan yazıçının ədəbi-bədii irsi özünün zənginliyi, əhatəliliyi və çoxcəhətliliyi ilə diqqəti çəkməkdədir.
Müellifi ilk hikâyesini 1937-ci ildə yazıb yayımlattığında hələ 16 yaşında idi. Stalin rejiminin ən qanlı illərindən olan və müxtəlif qətliamların edildiyi, milli görüşlü aydınların Pantürkist və Panislamist adi ilə damğalanaraq qətldildiği və ya Sibirə sürüldüyü 1937-1939'lu illərdən sonrakı mərhələdə daha da zorlaşdı. 1941-ci ildə Heç nə demədən bütün kişilər Sovet Ordusunun tərkibində almanlarla döyüşə göndərildi, geridə qalanlar isə arxa cəbhəni təşkil edərək cəbhəyə silah-sursat, ərzaq və geyim çatdırmaq üçün mübarizə aparmağa başladılar. Aclığın və səfalətin tüğyan etdiyi müharibə illərində 20 yaşlı gənc Cəfərzadə Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyirdi. Müəllif bu dövrdə yaşadıqlarını, çalışdığı bölgədəki insanların, ümumən Azərbaycan xalqının dərd və məşəqqətlərini müharibə ilə bağlı hekayə və xatirələrində uğurla təsvir etmişdir.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə