Ci illər peyzaj: Hüseyin Arif


Şairin mövzularının fərqli olmasına baxmayaraq əsas ideya birdir



Yüklə 214,12 Kb.
səhifə22/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   18   19   20   21   22   23   24   25   ...   51
Allah komeyimiz olsun

Şairin mövzularının fərqli olmasına baxmayaraq əsas ideya birdir: "Mübarizə aparıb qalib gəlmək, ya da Qarabağsız yaşamamaq. Bu baxımdan "Necə yaşayırsan, ay Famil Mehdi?” şeri düşündürücüdür.Şerdə simvolik olaraq yalnız özünü qınayan şair əslində üzünü bütün Azərbaycan xalqına tutaraq, Qarabağsız yaşadığları ücün onları qınayır.
Famil Mehdinin son dövr şerlərində üsyan hissi daha çox və güclüdür. Müəllif "Mənim Qarabağım mənim deyilsə”, "Zamanın üzü qaradır”, "Qaçqınlar ölməyin aman günüdür”, "Körpə qaçqın”, "Mənim qaçqın anam Bakıda öldü” şerlərində kəskin tənqidi notayla çıxış edərək hadisələri, günümüzün faciələrini üsyankarcasına əks etdirmişdir. ”Mənim Ağdamımı kim satdı Allah!” (1995) şerində müəllif Ağdamın Mədinə, Məkkə qiymətdə olduğunu, Ağdamın Azərbaycanın şöhrət tacı olduğunu yana-yana eyni zamanda qeyzlə qəzəbdən boğula-boğula qeyd eləyir.
Qaçqınlıq mövzusu Famil Mehdi poeziyasında fərqlidir. Müəllifin "Körpə qaçqın” (1995) "Qaçqınlar ölməyin aman günüdür”.(1995) "Mənim qaçqın anam Bakıda öldü”. (1994) şerlərində qaçqınlıq həyatı, qaçqın iztirabı, vətən həsrəti, torpaq sevgisi ön plandadır.Şairin "Körpə qaçqın” şeri "Mənim qaçqın anam Bakıda öldü” şeri ilə səsləşir, üst-üstə düşür. Müəllif şerdə valideyinlərini itirmiş qaçqın uşağının obrazını canlandırır. O. Böyük məharətlə körpənin daxili dünyasına baş vuraraq, onun yaşantılarını, əzab, iztirablarını poetik, sadə bir dillə oxucusuna çatdırır. Dünyada elə əslində yetim, yurdyuvasından didərgin düşənlərdi. Famil Mehdi uşağın taleyinə acıyır, özünü onunla müqayisə edir. Və əsil həqiqəti dərk edir.
Şairin qaçqın həyatını əks etdirən şerləri çoxdur. Və şerlərin hər birində müəllif qaçqınların ağır dərdlərini duyub, özününkiləşdirərək, daha doğrusu bu həyatın içərisində olduğu və yaşadığı üçün daha təbii, daha rial əks etdirə bilmişdir. "Qaçqınlar, ölməyin, aman günüdür” şerində müəllif içindəki odu, alovu sözlərə sığdıra bilmir. "Yamandır yaşamaq, urvatsız ölmək, yurd- yuvasız ölmək, elatsız ölmək” ifadəsilə ən dözülməz məqama toxunur.
Famil Mehdi Qarabağ torpağını özü qalxdığı zirvəyə ucaltsa da, əsl mənada bütöv Azərbaycan şairidir. Azərbaycan onun poeziya dünyasının şah əsəridir. O, Qarabağı da, Şəki və Şirvanı da, Gəncəni, Naxçıvanı və Lənkəranı da, Qubanı da eyni məhəbbətlə sevən və tərənnüm edən şairdir.Son illər Famil Mehdinin şair nəfəsi daha da genişlənmiş, onu daha qlobal məsələlər, ictimai-siyasi ruhlu, milli və dünya məsələləri daha çox maraqlandırırdı. Bu dövrün şeirlərində nifrət də var, məhəbbət də, sarkazm da, acı qəhqəhə də, tolerantlıq da var, güzəştsizlik də.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə