Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə24/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   20   21   22   23   24   25   26   27   ...   51
Allah komeyimiz olsun

Sərbəst şeirlərinə gəlincə, Rəsul Rza məktəbindən görüb-götürdüyü dərslər yetərincə bəs idi ki, bütün yaradıcılığı boyu o, ustadın bu yoldakı əməyini yerə vurmadı və Rəsul müəllimlə yanaşı, müasir sərbəst şeirin gözəl nümunələrini yaratdı. 
Onun poeziyasında realizm də, romantizm də, modernizm də, simvolizm də bir-birini təkzib etmir. Məsələn, müstəqillik illərində yazılmış "Kimindir" şeiri başdan-ayağa realizmdir, çağdaş dövrümüzdə baş verən bəzi neqativ halları əks etdirir.
Yetmiş yaşının ərəfəsində şair bir sıra silsilə şeirlərini "Çox aldadıb fələk məni" başlığı ilə "Azərbaycan" jurnalında çap etdirdi (1999). Doğrudan da, bu şeirlərdə doxsanıncı illərin təzadlı, mürəkkəb, dramatik hadisələrindən doğan bir əhval-ruhiyyə hakim idi, hətta təəssüf, hədsiz nigarançılıq, bədbinlik çalarları da gözdən qaçmır. Poeziyası əsasən nikbinliklə aşılanan Fikrət Sadığın bu silsiləsində bədbinlik çalarlarl var idi. 
Fikrət Sadığın "Sevgi yağışı", "Balıqçı və su pərisi" poemalarında sevginin gözəlliyi və ölməzliyi ideyası romantik pafosla ifadə olunub.
F.Sadığın üslubunun müasirliyi təkcə bu günün canlı hadisələrini, adi həqiqətlərini təsvir etməkdə, dövrün, zamanın aktual problemlərinə fəal münasibət bildirməkdə deyil, həyatın həqiqi tipik cizgilərini, insanlığın mahiyyət və çətinliklərini, sevincini və kədərini təfərrüatı ilə təsvir etməklə yanaşı, tərənnüm və təlqin edilən poetik materialın yüksək bədii həlli ilə şərtlənir.
Onun lirikasında bəşəri mövzularla yanaşı, beynəlxalq aləmin ən mühüm hadisələri, dünyəvi-qlobal məsələlərə münasibət xüsusi yer tutur. “Ulduz davası”, “Tanrı türkü qorusun”, “Azadlıq”, “Paris”, “Oktyabr inqilabı və kapitalizmşeirlərində müstəqillikbütövlük uğrunda mübarizə, sülhsevərlik və demokratizm ideyaları təsvir edilir, özlərini sivil, inkişaf etmiş, ən mədəni ölkələr cərgəsində hesab edən hüquq təminatçıları kimi göstərənlərin ölkəsində baş verən ədalətsizlik, milli ayrı-seçkilik, xalqları əsarətdə saxlamaq meylləri ifşa olunur.


35. Həsən Seyidbəyli yaradıcılığının ideya-bədii istiqamətləri
Həsən Seidbəyli ssenarist,yazıçı,əməkdar incəsənət xadimi,xalq artisti olmuşdu.Onun əsərlərində həmişə milli ruh lövbər salıb.Tariximizə adət-ənənimizə ,söy kökümüzə marağı ,dürüst münasibəti əsərlərində öz əksini tapıb.
H.Seyidbəyli ssenarist əsasında “Doğma Xalqımız”1954, “Qızmar günəş altında”1956 filmləri çəkildi. “Uzaq sahillərdə” filmi isə bu istedadlı yazıçının çox uğurlu addımlarından biri olub.
Həsən Seyidbəyli həmdə görkəmli yazıçı idi.Onun nəsr əsərləri keyfiyyətcə sanballı,məzmunca bitkin idi.İlk kitabı “Kənd həkimi”1950-ci ildə çap edilib.Ömrünün sonuna kimi müxtəlif nəşryyatlarda 20-dən artıq kitabı işıq üzü görüb.Həm uşaqlar,həm də böyüklər üçün müxtəlif mövzularda mükəmməl nəsr nümunələri vardır.Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” “İllər keçir” (şərikli), “Uzaq sahillərdə” , “Tərsanə” , “Çiçək” povest və romanları müəllifə böyük şöhrət gətirmişdi.İmran qasımovla birgə yazdığı “Uzaq sahillərdə” kitabı dəfələrlə nəşr edilib.
Həsən Seyidbəyli həm də peşəkar publisist idi.İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrində müxtəlif səfərlərdə olurdu.Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk,təssürat,yol qeydləri kimi öz əksini tapırdı. “İlk tanışlıq” , “on beş gün Yaponiyada” , “Yuqaslaviya xatirələri” , “İyirmi gün Amerikada” “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəsüratlarıdan bəhs edilir.
H.Seyidbəyli hekayələr və novellalar ustasıdır.
Ədibin “iki müavin” , “Qığılcımlar” , “Qiymətli damcılar” , “Vəfalı it və oğru pişik” hekayələrində yaddaqalan obrazlar yaradıb.H.Seyidbəyli hekayələrinin mövzusu beynəlmiləçilik ruhunda olsa da, obrazlar milli xarakterlidir.
H.Seyidbəylinin yaradıcılığı müasirlik hissinin qabarıqlığı və ideya mündəricisnin əhatiliyi ilə diqqəti cəlb edir.
Yazıçının məşhur əsərlərindən olan "Cəbhədən-cəbhəyə" əsəri maraqlı bir tasvirla baslanır. Müharibadan cixmis Bakı çox nigarandır. Gecə-gündüz çalışan, insanları hələ də gözləri yol çəkən, oğul gözləyən kim, bu ağır vəziyyatdan istifadə edərək nə isə pis işlər görməyə hazırlaşan toplum kimi qruplaşır. Bakının elə vaxtıdır ki, xabis, çirkin ünsürləri baş qaldırmağa, dövləti içəridən sarsıtmağa məqam gözləyirlər. Roman Teymurun müharibədə yaralanaraq qayıdarkən onun Bakı dalanlarımın birində - İçarişəhərdə soyğunçu - cinayətkar tərəfindən, küt alətlə - toppuzla vurularaq çamadanının aparılması və ölümcül vəziyyətə salınması ilə başlayır.
"Cəbhədən-cəbhəyə" əsəri çox asanlıqla hadisələri, insanları göz qabağına gətirə bilir,təsvir olunan Bakı həyatının içərisində yaxşı və pis cəhətlərini , uğurlu va nöqsan tərəflərini təsəvvür etməyə imkan yaradır.. Povestin inandırıcı olmayan səhnələri yoxdur. Düzdür, əsərdə bəzi məqamlarda publisistik ruh da özünü büruzə verir. Ədibin romanında hayat (Bakı gerçəkliyi) dinamik halda, ictimai mübarizə konflikti, veninin köhnə ilə mübarizəsi gərgin şəkildə təsvir olunduğundan təbii ki, əsərdə müsbət obrazlarla bir sırada bir çox mənfi tiplar da varadılmışdır. Nasir inandırıcı bir qələmlə, mənfi obrazları çürük monaviyyatlarını açıb göstərdiyindən, oxucu bu yaramazlıqları, vətən xainlərinin gec- tez sıradan çıxacaqlarına - həbs və va ifsa olunacaqlarına inanır. İstər "İllər keçir"də. istərsə də "Cəbhədən-cəbhəyə" əsərlərindəki bu inandırıcılıq prinsipinin əsas səbəblərindən biri də çatışmazlıqlara keçmiş sosialist hayatım fövqündan baxılması, olayların yeniliyin mütləq qalib gələcəyi fonunda təsvir edilməsidir.
İlk səhifələrdən cəbhədə qəhrəmanlıq göstərib varalanmış, qolunun biri gipsdə geri dönmüş Teymurun fiziki ağrılan deyil, daxili düşmənlərdən, quldurlardan aldığı zərbələr daha çox tasir edir. Əsərin sonunda quldur dəstələri yaxalanarkan Güldastanin dilinin açılmasına sabab Seymurun meyitini görməsi olur. Məhz bundan sonra "basçıları"nın ünvanına gedir.
Teymurun hüquq fakültəsində qiyabi təhsil alması da, qarajdan çıxıb milis şöbəsində işə girməsi də maskalanmış canilərə qarşı mübarizə aparmaq istəyindən irəli gəlir. Taleyin qisməti imiş kimi Teymur cəbhədən-cəbhəyə, yəni hər iki cəbhədə mübarizə aparmalı olur.
Aradan 4-5 il keçib. Vətənin Teymur kimi oğullara ehtiyacı çoxdur. Onun dostları vicdanlı, qeyrətli əməliyyat işçiləri olmaqla, qanunun aliliyi də onun arxasındadır.
H.Seyidbəyli Güldastanin Salyanda, Kürün sahilində gəzintisini, onu fəhlə paltarı geyib traktorları arasından oğrun-ogrun izləyən müstəntiq Teymurun "bu qızın heç bir günahı yoxdur, onu bu yola düşməyə vadar edən müharibə oldu" ifadəsini pıçıldaması bas veran olaylarda müharibəni suçlayır. Axı, müharibə insanların hamısını eyni silahla məhv etmir.

Unutmamaq lazımdır ki, bu dövrdə də xüsusi mülkiyyətçiliyə meyli olanlar, vətəni sevməyənlər var idi.


Yazıçı içində yaşadığı cəmiyyətdə görüb müşahidə etdiyi hadisələri, yani ictimai quruluşun doğurduğu ziddiyyətləri bədii cəhətdən ümumiləşdirərək dinamik, həm də sanki dramatik konfliktlər şəklində bədiiləşdirməyə müvəffəq olmuşdur.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə