Ci illər peyzaj: Hüseyin Arif


Dramaturqun başlıca vəzifələrindən biri



Yüklə 214,12 Kb.
səhifə26/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   22   23   24   25   26   27   28   29   ...   51
Allah komeyimiz olsun

Dramaturqun başlıca vəzifələrindən biri Azərbaycanda inqilabi hərəkatın təntənəsinin siyasi, iqtisadi səbəbləri ilə yanaşı, milli köklərini, xüsusiyyətlərini bədii formada təcəssüm etdirməkdir.

  • «Mahnı dağlarda qaldı» əsərinin daxili struktur qatında tarixi-siyasifərdi-psixoloji kontekstlərin toqquşması nəticəsində fəlsəfi təmayüllü lirik-psixoloji kontekst meydana çıxır.

  • Tarixi-siyasi kontekst. «Mahnı dağlarda qaldı» pyesində inqilab kateqoriyası ilə qarşılaşmada həm obrazların sosial mövqeləri, həm də konfliktin tarixi-siyasi parametrləri müəyyənləşir.

  • «Mahnı dağlarda qaldı» pyesi hadisələrin dramatizmini gücləndirmiş, konfliktin ictimai mahiyyətini dərinləşdirmiş, xarakterlərin psixoloji aləminə zəngin lirizm çalarları aşılamışdır.

  • İnqilab və milli şüur problemini ümumi hadisələr fonunda deyil, personajların psixoloji münasibətlərində, özü lirik planda həll etməyə çalışmışdır. Tarixi-inqilabi kontekstdə inqilabın şüurlara təsirinin dialektik inkişafı hadisələrin psixoloji mahiyyəti ilə bağlanıb. Belə bir bağlılıq pyesdəki sinfilik problemini realist lirik- psixoloji üslub xüsusiyyətləri ilə göstərməyə imkan yaratmışdır.

  • «Mahnı dağlarda qaldı» pyesində əsas konflikt inqilabi qüvvələrlə, ideyalarla köhnə cəmiyyət arasındadır. İnqilab və əks-inqilab konflikti əsas kimi mərkəzdə durur, eyni zamanda digər münaqişələri də açıq və gizli şəkildə özündə birləşdirir.

  • Həsənalı və Böyükbəy münaqişəsinin ictimai kökləri sinfiliklə bağlı olsa da, indiki halda konflikt şəxsi və ya ailə-məişət münasibətlərində yaranmışdır.

  • Nicat Şahnaz xəttindəki münaqişələrin, hətta faciəyə səbəb olan anlaşılmazlığın özəyində Şahnazın dərk edə bilmədiyi sinfi mənsubiyyət durur.

  • Qaçaq Bahadur və onun dəstəsinin Böyükbəylə (həmçinin digər ağalarla) düşmənçiliyindəki ziddiyyət şəxsi münasibətlərdən doğsa da, onun əsasını sinifli cəmiyyətin antaqonizmi təşkil edir.

  • «Mahnı dağlarda qaldı» əsərindəki siyasi situasiya lokallıqla (məkan və zaman konkretliyi) bərabər, bütövlükdə Azərbaycanda gedən inqilabi dəyişmələrin tərkib hissəsidir.

  • Sosial mənşələrinə görə personajlar iki qütbə bölünürlər. Həsənalı kişi kəndlidir, Nicat onun oğludur. Qaçaqlar hamısı bəy-xan, pristav tərəfindən incidilib təhqir edilmiş kəndlilərdir. Sadə və mehriban Gülgəz kəndli qızıdır. Böyükbəy, Fəxrəndə xanım, Şahnaz, Bayram bəy istismarçı sinfin yetirmələridir.


  • Yüklə 214,12 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   22   23   24   25   26   27   28   29   ...   51




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə