Ci illər peyzaj: Hüseyin Arif


Tarixi romanlar.Fərman Kərimzadə “Qarlı aşırım” romanında insan və zaman



Yüklə 214,12 Kb.
səhifə23/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   19   20   21   22   23   24   25   26   ...   51
Allah komeyimiz olsun

31.32. Tarixi romanlar.Fərman Kərimzadə “Qarlı aşırım” romanında insan və zaman
Fərman Kərimzadənin «Qarlı aşırım» əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır. 1967-ci ildə çap olunmuş "Qarlı aşırım" onun yazıçı istedadını, ümidverici və gələcəkli bir nasir kimi yetişdiyini üzə çıxardı. F.Kərimzadə "Qarlı aşırım"da 30-cu illərin ziddiyyətlərini, kollektivləşmə dövrünün çətinliklərini, özündən əvvəlki nəsr ustalarını təkrar etmədən tamamilə yeni ruhda əks etdirdi. F.Kərimzadəni sinfi toqquşmaların təsvirindən daha çox, bu toqquşmaya qoşulanların daxili dünyası və mənəvi ovqatı, onların hərəkətlərini şərtləndirən daxili impulslar maraqlandırırdı. O, cavab axtarırdı ki, axı niyə fərdin ictimai-sinfi statusu, sosial mövqeyi və rolu onun əməl və hərəkəti ilə heç də həmişə düz gəlmir, insan heç özü də gözləmədən bu statusu kökündən zidd addımı atmağa, sinfi mahiyyətə əks hərəkət xəttini həyata keçirməyə hazır olur? “Qarlı aşırım” xarakterlər romanıdır. Fərman Kərimzadə obrazların adi hərəkətlərini ustalıqla təsvir etməklə yanaşı, onların daxili aləmi də əks etdirir.
33. Fikrət Sadıq poeziyasının ideya-bədii xüsusiyyətləri
34. Fikrət Sadıq sərbəst şeirin nümayəndələrindən biri kimi.
60-80ci illərdə poetik xəritə və onun nümayəndələri yenidən dəyişikliyə məruz qalır; poeziyaya yeni qüvvələrin gəlişi onun mənzərəsinə də təsirini göstərir. Fikrət Sadıq, İlyas Tapdıq, Famil Mehdi, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə və s. Poeziyanın inkişafında əməkləri olub. Onlar poeziyanı məna, məzmun, üslubbaxımdan zənginləşdirmişdilər.
Fikrət Sadıq ədəbiyyata "altmışıncılar" sırasında gəldi.
Fikrət Sadığın şair ömrü özünün bir yazısında xatırlatdığı kimi, Həsənoğlunun məşhur qəzəlinə nəzirəylə başlanır. Sonradan isə “Cığır” adlı ilk şeirlər kitabı çap olundu.
Fikrət Sadıq ADU-nun fililogiya fakultəsində təhsil alıb. 1963cü ildə “Cığır” adlı ilk şeir toplusu çapdan çıxıb.
O, vətənə, xalqa bağlı şair olub.
Onun ilk şeiri Bahar” adlı şeiri olmuşdu. Şair Xalq düşməni oğlu adını aldığına görə bu şeir 10 il çap olunmamışdı.
Fikrət Sadıq tərcüməçiliklə də məşğul olmuşdu. O, Şəhriyarın “Azərbaycan” şeirini farscadan Azərbaycan türkçəsinə çevirmişdi.
F. Sadıq balacalarl da unutmayıb. Onlar üçün “Yumaq top”, “Oğul”, “Biri vardı, biri yoxdupyeslərini yazıb.

Fikrət Sadıq universal şair idi. Hecada da, sərbəstdə də, əruzda da gözəl şeirlər yazırdı. O, xalq şeirinə və ana vəznimiz olan hecaya möhkəm bağlı idi, qoşmaları, gəraylıları, bayatıları, hecanın müxtəlif bölgülərində yazdığı şeirlər dilinin sadəliyinə, fikrin, hissin obrazlılığına görə təmiz idi, saf idi və indinin özündə də bu saflığını, təmizliyini hifz edir. Azərbaycan xalçalarına həsr elədiyi bayatıları da diqqətəlayiqdır. 

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə