Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə19/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   15   16   17   18   19   20   21   22   ...   51
Allah komeyimiz olsun

«Mavi nəğmənin sahilində» lirik povestdir. Bu lirika əsərin adından başlayır və axıracan epik lövhələri müşayiət edir. Lirik- poetik müşayiət süjetin gedişında nəsr aydınlığına kölgə salmır. Bu mavi nəğmə bir çaydı ki. Aydıngilin evinin yanından axır və Səfa ilə onun ürəyindən keçənləri daimi zümzümə kumi müşayiət edir. Həmin çay – həmin mavi nəğmə povestin bir pak, munis,səmimi obrazdır ki. Aydınla Səfanı bir-birinə bağlayır.. hər ikisinin qulağına eyni melodiyanı pıçıldayır. Povest müharibənin başlanma xəbəri ilə başlanır. Bu xəbəri ilk eşidənlər dəhşətə gəlməyib onu zarafat bilir, təbəssümlə qarşılayırlar: «> sözünü bəzisi ərlə arvad arasındakı narazılıq: bəziləri də qonşu ilə qonşu arasındakı söz-söhbət kimi başa düşür. Bir an sonra aydınlaşır ki. bu daha o davadan deyil. Qəribədir ki, bu xəfif başlanğıc, bu mülayim kədər povestin sonuna qədər davam edir (Yalnız son epizod bu mülayimliyi alt-üst edir, əsər qurtarır). Müharibə xəttindən çox-çox uzaqlarda yerləşən kənddə bəlkə müharibənin səsi var, ölümü-itimi yoxdur. Əsərdə dalğın baxışlar. Pərişan əhvallar verilir,hələ öldürücü, göynədici hüzn görünmür. Burada top-tüfəng nǝrǝsindən uzaq bu kənddə hələ qaraqılçıq buğda zəmisinin, turac səsinin, «mavi nəğmə»nin poeziyası duyulur. Bu kənddən müharibəyə gedənlərdən hələ qara xəbər gəlməyib,hələ onlar döyüşlərə yol gedirlər, ya da xəbərləri hələ yol gəlir. Bu davalı günlərdə burada hələ təbiət səfalıdır – nə müddətdir başlanan müharibə insanların ürəyinə girmiş, ancaq hala çöllərin bərəkətinə,təbiətin naz-nemətinə, gül-çiçəyinə nüfuz etməmişdir. İstər poeziyada, istərsə bədii nəsrdə Ə.Kərimin öz yeri, mövqeyi olmuş və başqa müəlliflərdən, eləcə də həmyaşıd qələm sahiblərindən fərqlənmişdir. Onun dil və üslub xüsusiyyətləri sonra da davam etmiş və rəngarəngliyini müasir ədəbiyyatımızda da saxlaya bilmişdir.


27. Əzizə Cəfərzadə “Aləmdə səsim var mənim” romanında cəhalət və maarifçilik qarşıdurması.
Əzizə Cəfərzadənin tarixi romanlarından biri də “Aləmdə səsim var mənim” romanıdır. Əsərin adı “Məhəbbət günahdırmı?” olsa da, sonradan yazıçı romanın adını yenisi ilə əvəzləmişdir. “Əzizə Cəfərzadə Azərbaycan tarixinə faktlar və sənədlərlə aydınlıq gətirmiş, bir çox məqamlarda keçmişin qaranlıq, öyrənilməmiş səhifələrini canlandırmışdır. Bu baxımdan “Aləmdə səsim var mənim” romanı böyük maraq doğurur”. Əsər XIX əsr ədəbi fikir ideologiyasının öncüllərindən biri olan şair Seyid Əzim Şirvanidən bəhs edir. Burada onun yeniyetməlik illərindən, ömrünün sonlarına qədər olan yaşamı əks edilmişdir. Romanda şairin həyatı ilə bərabər XIX əsr Azərbaycan xalqının həyatı, etnoqrafiyası göz önünə gətirilir. “”Aləmdə səsim var mənim” romanında Əzizə Cəfərzadə, yaradıcılığına və şəxsiyyətinə hörmət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş, bütövlükdə XIX yüzil Şirvan tarixini, daha doğrusu, Şamaxı mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında işləmişdir.
Əsərdə etnoqrafik ünsürlər öz-özlüyündə rəngarəngdir. Romanda rast gəlinən etnoqrafik mərasimlərə çəngi məclisi, toy və yas mərasimləri, tasıldöydü, şeir məclisi- “Beytüs-səfa”, çillə çıxarmaq, orucluq bayramı adətləri, müsəlla, qaravəlli, Novruz-ilaxır çərşənbə adətləri, ümumi ibadət, hələ o dövrdə mövcud olan edam mərasimləri və sairəni misal göstərmək olar. Bu mərasimlər müxtəlif səhnələrdə işlənmişdir.
XIX əsr Azərbaycan məişətini xarakterizə edən məclislərdən biri də “çəngi məclisləri”dir. Lakin bu məclis xalq tərəfindən heç də birmənalı qarşılanmır. Dinin xalq üzərində mütləq hakimiyyəti, musiqini, çalğını qadağan etdiyi üçün Şirvan camaatı da bu cür məclislərdə iştirak etdən insanlara yaxşı münasibət göstərmirdi. Romanda ilk çəngi məclisi Mahmud ağanın evində təsvir olunur. Orada Sona, Nisə, Rəna, Qəndi, Badam, İzzət və başqa qızlar rəqs edir, göbək atır, oxuyur və məclisdəki- ləri əyləndirir. Qızlar ara-sıra mahnının ritminə uyğun olaraq nəğmələr, bayatılar oxuyurlar.
“Beytüs-səfa” ədəbi məclisi S.Ə.Şirvani tərəfindən yaradılmış və dövrünün ən böyük ədəbi məclislərindən sayılırdı. Məclisin adı Seyid Əzimin dostu, gənc şair Məhəmməd Səfanın adı ilə adlandırılırdı. 
Bütün bunlardan başqa əsərdə bəzi dini mərasimlər də keçirilir. Bunlardan biri də el ağsaqqallarının başçılığı və kəndə əhalisinin kütləvi iştirakı ilə müsəlla mərasimləridir. Allahdan quraq torpaqlara yağış yağması üçün Şirvanda bu cür dini mərasimlər keçirirlər.
Romanın ilk səhifələrində Seyid Əzim gənc bir şairdir yeni tanınmağa başlayır. Mahmud ağanın məclisində ilk dəfə iştirak edir və burada rastlaşdığı gözəl rəqs ustası olan, zahirən də görənləri bihuş edən Sonanın gözəlliyinə yazdığı şeiri oxuyur. Bu məclisdə Seyid Əzim həm də Sonaya aşiq olur. Seyid Əzimin ən yaxın dostu Tərlanda bu məclisdə idi və o da Sonanın eşqinə düçar olmuşdu. Lakin Sonanın eşqi onların dostluğunu poza bilmir. Seyid Əzim dostunun Sonaya olan sevgisini bildikdə öz hisslərini yalnız şeirlərdə biruzə verir. Onların qovuşması üçün həyatının sonuna qədər çalışır. Bunları əsas götürərək əsərin məhəbbət yönümlü olduğunu deyə bilmərik. Bu sadəcə dövrün mühitinin avam, cahil və xürafatçı tərəflərini açmaq üçündür. Bu Sona bir rəqassədir və rəqsin ustasıdır, heç kim onun kimi rəqs edə bilməz. Lakin sənəti və sənətkarı qəbul edə bilməyən bu dar çərçivəli mövhumat əhli onu çəngi adlandırır hətta onun adında söyüş, qarğış kimi istifadə edirlər. Hətta onu görərəkən qadınlar yaşmanırlar. Bu münasibətə görə heç kim Sonanı sevə bilməz, onunla evlənə bilməz, bunu namussuzluq və biabırçılıq qəbul edərlər. Rəqs kimi şeir də, musiqi də qəbul olunmur hər biri Allaha xoş getməyən əməl kimi qələmə verilir. Lakin bu sənətkarları yolundan döndərmir. Burada biz sənətin və sənətkarın sözsüz və kəlamsız nitqini də görürürük. Burada Seyid Əzimin rəssamla məhz duyğular və baxışları ilə danışdığının şahidi oluruq onlar bir-birinin dilini bilməsələr də lakin bir-birinin ruhunu anlayırlar.
Seyid Əzimin ailə qurması və həyat yoldaşı Ceyrana olna münasibəti mehribanlığı və şəfqəti də əsərdə geniş təsvir olunmuşdur. Seyid Əzimin dünayaya göz açan uşaqlarına verdiyi adlarda insanlar arasında etiraz yaradır. Uşaqlara Aişə, Ömər adlarının qoyulmasını avam camaat qəbul etmək istəmir. Seyid övladlarına bu adlar qoyula bilməz deyirlər. Bütün bunlar yazıçının mühitin xüsusiyyətlərini, cizgilərini vermək üçün istifadə etdiyi xırda detallardır.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə