«kauzal atribusiya»
adlanır. Psixoloci tədqiqatlar göstərir ki, qavranılan
adamın tam surətinin yaranması daha çox qavrayanın fərdi xüsusiyyətlirəndən, onun
emosional halından, qavradığı adama fərdi münasibətindən, həyat təjrübəsindən,
aldığı informasiyanın nəinki məzmunundan, həm də miqdarından və s. asılıdır.
Şəxsiyyətlərarası qavrayış sahəsində müəyyən effektlər vardır: «Oreol effekti»
və «yenilik effekti» vardır.
O r e o l effektinin mahiyyəti ondan ibarətdir ki, biz hər hansı bir adamı yaxşı
adam kimi tanıdıqda sonralar onun nöqsanlarını adətən görmürük, davranışını,
əməllərini, eləjə də ayrı-ayrı keyfiyyətlərini yaranmış ilk xoş təəssürat əsasında
qiymətləndiririk və əksinə, adam yeni kollektivdə, qonşular arasında özünün pis adam
kimi tanıtdıqda, onun hətta yaxşı əməllərinə də inanılmır.
Y e n i l i k effekti isə tanıdığımız və tanımadığımız adamlar haqqındakı
informasiyanın əhəmiyyəti ilə bağlıdır. Müəyyən edilmişdir ki, tanımadığımız adamın
davranışını izah edərkən adətən onun haqqında bizə məlum olan ilk informasiyaya
əsaslanırıq.
6-cı sual.
Ünsiyyət prosesində müəyyən çətinliklər müşahidə olunur. Onlar
adətən sosial və psixoloci xarakter daşıyır. Bu çətinliklər şəxsin müəyyən fərdi –
psixoloci xüsusiyyətlərə malik olmasından irəli gəlir. Psixoloqların fikrinjə, ünsiyyət
prosesində əmələ gələn çətinlikləri aradan qaldırmaq üçün adamlarda ünsiyyət
vərdişlərini aşılamaq və ünsiyyət mədəniyyətini artırmaq lazımdır. Müasir dövrdə
ünsiyyət vərdişlərini aşılamağın təsirli vasitəsi kimi sosial- psixoloci treninqdən
istifadə olunur.
Sosial psixoloci treninq sosial psixologiyanın tətbiqi məsələlərindən biridir.
Özünüdərketmə, ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaşması sahəsində qrup
metodlarının işlənilməsi və tətbiqi onun əsas vəzifəsini təşkil edir. Sosial- psixoloci
treninq prosesində başlıja vasitə kimi müxtəlif modifikasiyalarda tətbiq edilən qrup
diskussiyasından və rollu oyunlardan istifadə olunur.
Ünsiyyət prosesində insanlar bir-birinə müxtəlif yollarla psixoloci təsir
göstərirlər. Sosial psixologiyada bir ənənə olaraq psixoloci sira-yət, təlqin, inandırma,
təqlid kimi vasitələri fərqləndirirlər. Bir çox hallarda şayiə, moda kimi xüsusi
fenomenlər də psixoloci təsir vasi-tələri sırasında nəzərdən keçirilir.
Dostları ilə paylaş: |