sosial persepsiya
adlanır. Bu sahədə tədqiqatlar əsasən iki
istiqamətdə aparılır: 1) sosial persepsiyanın məzmununun öyrənilməsi: 2)
şəxsiyyətlərarası qavrayışın mexanizmləri, onu müşayiət edən vasitələrin və s.-nin
öyrənilməsi. Şəxsiyyətlərarası qavrayışda insanın fiziki siması, ifadəli hərəkətləri və
geyim xüsusiyyətləri əks olunur. Sosial persepsiyanın məzmunu həm qavrayış
obyektinin həm də qavrayış subyektinin xüsusiyyətlərindən asılıdır. Çünki o istər-
istəməz iki şəxs arasında baş verən qarşılıqlı təsir prosesidir.
Sosial-psixoloci tədqiqatlar göstərir ki, insanlar bir-birini qavrayarkən, bir
tərəfdən, özlərinin fiziki simasını, digər tərəfdən sosial simanı qavrayırlar.
Fiziki simanın qavranılmasında sifət mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də
ağızla göz sahəsindəki məsafə ən ifadəli hərəkətlərin məkanıdır. Bu sahəyə mimika
zonası deyilir.
Sosial sima ilk növbədə, insanın geyim xüsusiyyətləri, bəzək-düzəyi və s.
aksessuarları vasitəsilə qavranılır.
İnsanlar qavrayış prosesində bir-birlərini müxtəlif sosial etalon və stereotiplər
baxımından qiymətləndirirlər. Etalon fransız sözü olub ölçü nümunəsi deməkdir.
İnsanlar müxtəlif fiziki obyektlərlə yanaşı sosial obyektləri də qiymətləndirərkən
müəyyən etalonlardan istifadə edirlər. Sosial etalonlar müxtəlifdir. Kişilik və qadınlıq
etalonlarını buna misal göstərmək olar.
İnsanların bir-birini qavraması prosesində sosial stereotiplərin də öz rolu var.
Stereotiplər müəyyən bir irqə, millətə, peşəyə və s. mənsub olan adamlar, qruplar
haqqında adi şüur üçün səjiyyəvi olan təsəvvürlər kimi meydana çıxır.
Refleksiya
geniş anlayışdır. Refleksiya dedikdə, birinji növbədə, insanın özünü,
öz daxili aləmini dərk etməsi, özünün fikir və hisslərini təhlil etməsi, özünü, öz
əməllərini, adamlarla münasibətlərini görmək bajarığını, özü haqqında
mühakimələrini nəzərdə tuturlar. Bundan başqa refleksiya - başqa adamların sənə nejə
münasibət bəslədiyini, nejə yanaşdığını, onların səni nejə başa düşdüklərini görmək və
dərk etmək deməkdir.
7
İnsan başqalarının davranışının səbəblərini özünəməxsus tərzdə izah edirsə, bu
tip proseslər
Dostları ilə paylaş: |