onu əhatə edən mühit, istərsə də keçmiş və gələjək barədə hər jür məlumatı əsasən yazılı və
şifahi nitq vasitəsilə alır. Nitqin əsas struktur vahidi olmaq etibarilə söz çox böyük qüvvəyə
malikdir. İ.P.Pavlovun sözləri ilə desək «Söz fırtına kimi insanın orqanizminin ən etibarlı
4
hesab edilən psixofizioloji prosesləri belə dağıda bilər, tərsinə çevirər, hətta yox edər və ya
dəyişə bilər». Söz yalnız pozan, dağıdan deyil, eyni zamanda müsbət təsirə malik ən
qüvvətli qıcıqlandırıcıdır. Ən çətin şəraitdə deyilən bircə kəlmə söz belə insanda ruh
yüksəkliyi yaradır, onda müsbət emosiyaların baş qaldırmasına, nəcib əxlaqi keyfiyyətlərin
yaranmasına, təzahürünə, həmçinin formalaşmasına istiqamət verə bilər. Burada əsl məsələ
hər sözdən yerində istifadə etmək, bununla da ünsiyyətə düzgün qiymət verməkdir.
Nitqin müxtəlif funksiyaları var. Onlardan bəzilərini qeyd edək:
1.
Nitq insanın intellektual fəaliyyətinin əsas silahıdır.
2.
İjtimai- tarixi şərait haqqında məlumatı nitq vasitəsilə alınır.
3.
Nitq ümumbəşəri təjrübənin mövjudluğunu təmin edir.
4.
Nitq milli mədəniyyətin inikası vasitəsidir.
5.
Nitq idrak alətidir
Nitqin əsas funksiyası ilə yanaşı köməkçi funksiyaları da mövjuddur: a) nitqin emotiv
funksiyası ( danışanın emosiyasını, hisslərini ifadə etməsi); b) nitqin roetik, yaxud da
estetik funksiyası; j) nitqin nominativ funksiyası; ç) nitqin yardımçı funksiyası ( məs:
allo); d) nitqin fərqləndirmə (diakretik) funksiyası; e) nitqin interdiktiv (qadağanediji)
funksiyası və s.
Kütləvi informasiya prosesi 4 tərkib hissədən ibarətdir: kommunikator, resipient,
verilən məlumat, informasiyanın verilməsini və qəbulunu təmin edən vasitələr.
Kommunikator.
Adi kommunikasiya prosesində kommunikator konkret fərddir.
Burada isə məlumatı verən müəyyən kollektiv və ya qrupdur. Daha doğrusu verilən
məlumat konkret fərdin adından yox, hər hansı kollektiv adından verilir.
Resipient.
Kütləvi informasiya prosesində adətən müəyyən ixtisas sahibləri və
ya hər hansı yaş qrupunu təmsil edən adamlar resipient rolunda çıxış edirlər.
Dostları ilə paylaş: