3. Sosial ünsiyyət zonası
(1,2 m-dən 3,6 m-ə qədər)- işgüzar ünsiyyət üçün
səmərəli sahədir.
4. Kütləvi zona
(3,6 sm-dən daha çox)- ijtimai yerlərdə bir-birini tanımayan
adamlar arasında ünsiyyət üçün səmərəli sahədir.
4-cü sual.
İnsanlar birgə fəaliyyət prosesində müxtəlif formalarda əlaqə və
münasibətlərə girir, əməkdaşlıq edirlər. Qarşılıqlı təsir təsir edəndən, təsirə məruz
qalandan, təsiri təmin edən vasitələrdən, təsirin insan davranışında əmələ gətirdiyi
dəyişiklikdən, daha doğrusu təsirin nəticəsindən ibarətdir. Bu baxımdan istər nəzəri,
istərsə də praktik məqsədlər üçün onların əsas tiplərinin müəyyən edilməsi xüsusi
əhəmiyyət kəsb edir. Bu sahədə müxtəlif təsnifatlar məlumdur. Onların əksəriyyəti
dixotomik xarakter daşıyır: insanların qarşılıqlı təsiri bir-birinə əks olan tiplərə
bölünür. Qərb psixologiyasında müxtəlif müəlliflər qarşılıqlı təsirin bu iki tipin
6
«kooperasiya-rəqabət»
«razılaşma-münaqişə»,
«uyğunlaşma-
müxalifət»,
«assosiasiya- dissosiasiya» kimi terminlərlə ifadə edirlər.
Birinji halda qarşılıqlı təsirin «pozitiv» növləri təhlil olunur: onlar bu baxımdan
birgə fəaliyyətin təşkilinə kömək göstərirlər. Qar-şılıqlı təsirin «neqativ» növlərini isə
ikinji tipə daxil edirlər: onlar bir-gə fəaliyyəti bu və ya digər dərəjədə «zəiflədir», «po-
zur», həmin fəaliyyət üçün müəyyən çətinliklər yaradır.
5-cü sual.
Ünsiyyət insanların bir-birini qavramasından başlayır. Qavrayışın bu
növü psixologiyada
Dostları ilə paylaş: |